Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-229/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 40000 (qırx min) manat və 30 manat dövlət rüsumunun, cəmi 40030 ( qırx min otuz) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1 40000 ( qırx min) manat və 30 manat dövlət rüsumunun, cəmi 40030 (qırx min otuz) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X8 Cavabdeh1 ilə 2020-ci ildən etibarən tanıyır. Özünü iddiaçıya uğur qazanan sahibkar kimi təqdim etmişdir. İddaçı da araşdırıb müəyyən etdi ki, həqiqətən də Mübariz sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin dövrdə iddiaçı evinin təmiri ilə məşğul olurdu və əlində pul olduğunu bildiyindən iddiaçıdan onun biznes işinə pul qoymağını, külli miqdarda gəlir əldə edəcəyini söz verərək razı olmağına nail olmuşdur. 2021-ci ilin aprel ayına qədər olan müddət ərzində iddiaçı cavabdehə ümumilikdə 40000 (qırx min) manat pul vəsaiti vermişdi. Qeyd edir ki, Cavabdeh1 nəyin ki iddiaçıdan hətta ətrafında olan insanlarında əlində pul olduğunu bilərək, iddiaçıdan həmin şəxslərdən borc ona pul verməyi təkid etmişdir. Bununla daha çox gəlir əldə edəcəyini və qısa müddət ərzində iddiaçının onlardan borc götürdüyü pulları həmin şəxslərə daha tez qaytaracağını bildirmişdir. Belə ki, uşaqlıqdan tanıdığı X1 iddiaçının adından müraciət edərək Cavabdeh1 İman oğlu X1 10000 (on min) manat borc olaraq pul almışdır. X6 iddiaçı ilə əlaqə saxlayaraq Mübarizin iddiaçının adından borc götürmək istədiyini bildirmiş, iddiaçı da Arzuya pulu Mübarizə verməyini, qısa müddətdə həmin borcun tərəfindən ödənəcəyini bildirmişdir. Həmçinin cavabdeh tanışı X2 xahiş edərək 4000 manat borc istəmiş və pulun kart hesabında olduğunu bildirən Tağıyev İradədən həmin pulu Mübarizin kartına göndərməyini xahiş etmişdir. O da bank kartı vasitəsilə 4000 (dörd min) manat pul vəsaitini borc olaraq Cavabdeh1 göndərmişdir. Lakin, dəfələrlə iddiaçı Arzu və İradə Cavabdeh1 pulunu tələb etsə də pulu ödəyə bilmədiyi üçün möhlət istəmiş, sonradan isə ödəməkdən qəsdən yayınmışdır. Bununla bağlı tərəfindən Binəqədi Rayon Polis İdarəsinə müraciət edilmiş, işin araşdırılması üçün Binəqədi RPİnin İŞ-nin müstəntiqi X9 həvalə edilmişdir. Lakin, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Kamran Əliyev 23 iyun 2021-ci il tarixli qərarına əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Kamran Əliyev cinavət isi başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Belə ki, Cavabdeh1 WhatsApp vasitəsi ilə yazışmada və göndərdiyi səs yazılarda mənimsədiyi həmin məbləğləri etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, cavabdehin polis orqanında bir neçə dəfə izahat verdiyini, izahatı zamanı vəkili olmadığından həyəcanlı olduğunu, daha sonra isə bank çıxarışlarına baxdıqdan sonra iddiaçıya və onun yaxın rəfiqəsinin kart hesablarına etdiyi ödənişləri dəqiqləşdirmişdir. Bundan sonra cavabdeh müəyyən etmişdir ki, aldığı borc məbləğinin çox hissəsini iddiaçıya qaytarmışdır. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, o iddiaçını uşaqlıqdan tanıyır. Belə ki, o iddiaçının Cavabdeh1 ilə ortaq şəkildə bizneslə məşğul olduğunu bilirdi. Onlar iddiaçı ilə ad günü qonaqlığında idilər. Bu zaman iddiaçı cavabdehin ondan 10000 manat pul istədiyini bildirərək, ondan iddiaçıya cavabdehə verməsi üçün 10000 manat pul verməsini xahiş etmişdir. O isə iddiaçını tanıdığı üçün ona güvənmiş və həmin pulu vermişdir. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, o cavabdehlə dəfələrlə telefon vasitəsilə əlaqə yaratmış və onun pulunu geri qaytarmasını tələb edib. Lakin ona möhlət verməsini bildirmiş və daha sonra isə pulu geri qaytarmaqdan yayınmışdır. O ad günü mərasimində cavabdehin həmin məkana gələrək, iddiaçıdan onun verdiyi pulu almasına şahid olub. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, lakin cavabdehin nümayəndəsi və vəkili Vəkil2 üzrlü səbəbdən məhkəmə iclasında iştirak etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə baxışında tədqiq edilmiş: Binəqədi RPİ-nin İstintaq Şöbəsinin bas müstəntiqi, polis mayoru X7 23 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X8 tərəfindən yazılmış ərizə əsasında toplanmış material üzrə Azərbaycan Respublikası cinayət məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 9/1963 saylı, xx.xx.2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hazırki ekspertiza tədqiqatı zamanı Kapital Bank” ASC-dən Cavabdeh1 (xx.xx.1992-ci il təvəllüdlü) məxsus VSDC Gold növlü “**********777962” nömrəli kart hesabından İddiaçı (xx.xx.1974-cü il təvəllüdlü) məxsus “**********999269” nömrəli karta və X4 (xx.xx.1976-cı il təvəllüdlü) məxsus “**********798374” nömrəli karta hansı məbləğdə pul köçürüldüyünü müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5.-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, borc pulun verilməsi ilə bağlı proseslər 2017-ci ilə aid olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinə 31 may 2016-cı il tarixli 269-VQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən, qüvvədə olan müddəaları tətbiq olunmalıdır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X8 Cavabdeh1 2020-ci ildən etibarən tanıyır. 2021-ci ilin aprel ayına qədər olan müddət ərzində iddiaçı cavabdehə sahibkarlıq fəaliyyətini davam etdirməsi üçün borc pul vermişdir. Lakin, dəfələrlə Cavabdeh1 pulunu tələb etsə də pulu ödəməmişdir. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı bildirir ki, cavabdehə borc olaraq 40000 manat pul vermişdir. Cavabdeh isə iddiaçıdan 40000 manat almadığını qeyd edərək, aldığı borcu "xxxx" ASC-də özünə məxsus kart hesabından İddiaçı məxsus karta və onun tanışı X4 məxsus karta müxtəlif vaxtlarda hissə-hissə ödənişlər etdiyini bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, Mülki Məcəllənin 740-cı maddələsinə uyğun olaraq, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa yazılı formada bağlanmalıdır. Hazırki mülki mübahisədən görünür ki, tərəflər arasında 3000 manatdan yüksək məbləğində pulun borc olaraq verilməsi mübahisəsizdir, lakin həmin razılaşma şifahi olaraq bağlanmışdır. Qanunvericiliyin tələbinə əsasən, borcun məbləği üç min manatdan çoxdursa bu zaman müqavilənin yazılı formasından istifadə olunmalı idi. Belə olan halda tərəflər aralarında bağlanmış müqavilənin forma və məzmununa riayət etmədiklərindən həmin əqd etibarsız hesab olunmalı, bundan sonra tərəflər əvvəlki vəziyyətə qaytarılmalı, yəni cavabdeh əqd üzrə aldıqlarının hamısını iddiaçıya qaytarmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh iddiaçı tərəfindən ona cəmi 20000 manat məbləğində pul verildiyini, həmin puldan isə 15806 manat vəsaitin bankdakı hesabı vasitəsilə ödənildiyini, hazırda iddiaçıya təxminən 5000 manata yaxın borcunun qaldığını, iddiaçı isə aralarında olan yazışmalara, səs yazılarına istinad edərək cavabdehə cəmi 40000 manat verdiyini, həmin borc pulun geri qaytarılmadığını bildirir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 40000 manat verilməsi, habelə cavabdehin isə iddiaçıya bank hesabı vasitəsilə 15806 manat məbləğində ödəniş etməsi ilə bağlı sübutetmə yükü tərəflərin üzərinə düşür. Belə ki, İddiaçı 40000 manat verdiyini, Cavabdeh1 isə 15806 manat ödədiyini bəyan edirsə, istinad etdikləri bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı iddiaçının yalnız mülahizə xarakterli izahatı mövcuddur. İddiaçının izahatları isə sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Cavabdehin təqdim etdiyi hesabdan çıxarışdakı məlumatlara gəldikdə isə məhkəmə qeyd edir ki, 9/1963 saylı, xx.xx.2022-ci il tarixli ekspertiza rəyi ilə cavabdeh tərəfindən aparılmış ödənişlərin müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin təqdim etdiyi hesabdan çıxarışdakı məlumatların əldə edilməsi ilə bağlı məhkəmə xüsusi biliyə malik olmadığından, habelə borcun qaytarılması ilə əlaqədar digər sübutlar təqdim edilmədiyindən, cavabdehin iddiaçıya 15806 manat pul vəsaitinin geri qaytarılması müəyyən olunmur. Beləliklə məhkəmə iddia tələbini qismən əsaslı hesab edərək, Cavabdeh1 İddiaçı xeyrinə 20000 manat məbləğində pulun tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. İddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X3 şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ondan xahiş etdiyi üçün cavabdehə o da borc pul vermişdir. Şahid iddiaçının mübahisələndirdiyi məbləğin həcmini bildirməməklə yanaşı habelə iddiaçı ilə yaxın münasibətləri olduğuna və mübahisənin öz yaxınının xeyrinə həll edilməsində maraqlı olduğuna görə onun ifadəsi verilən borcun həcmi, hansı məbləğin geri qaytarılması müəyyən edilərkən mötəbər sübut sayıla bilməz. Belə ki, mülki prosessual qanunvericiliyin tələbləri baxımından qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 20000 manat və 30 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Cavabdeh1 İddiaçı xeyrinə 20000 manat və 30 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəriəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-229/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-229/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver