Məhkəmə qərarları › İş №2(005)-2292/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2292/2021

17.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2292/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Tarvredi oğlunun cavabdeh “xxxx” MMC-yə oğluna qarşı “qanunsuz zəbt edilmiş ticarət obyektinin boşaldılması və pul" tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tarvredi oğlu cavabdeh “xxxx” MMC-yə oğluna qarşı “qanunsuz zəbt edilmiş ticarət obyektinin boşaldılması və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 firması tərəfindən onun direktoru olduğum ünvan 1, üvanında yerləşən 55 kv.m sahəsi olan ticarət obyektini qanunsuz zəbt etdikləri üçün həmin firma tərəfindən ticarət obyektinin boşaldılması və ona vurduqları maddi ziyana görə 14400 (on dörd min dörd yüz) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, onunla “xxxx” MMC arasında 01 may 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında onun direktor olduğu ünvan 1 ünvanında yerləşən 55 kv.m sahəsi olan ticarət obyektini icarəyə vermişdim.Aramızda rəsmi qaydada icarə müqaviləsi bağlanmışdır. İcarəçi təşkilat müəyyən müddət oranı işlətdikdən sonra onun xəbəri və razılığı olmadan cavabdeh kimi qeyd etdiyi Cavabdeh1 şirkətinə icarəyə vermişdir Bir il olar ki, bu təşkilat razılaşmadığı formada və mənim onlarla işləmək istəmədəyimi bildikləri halda ona müəyyən qədər icarə haqqı verməklə oranı işlədirlər. Bu təşkilat ona veriləcək icarə haqqını vaxtlı-vaxtında vermir və ümumiyyətlə onunla bu təşkilat arasında icarə müqaviləsi bağlanmamışdır. Dəfələrlə həmin təşkilatın nümayəndəsinə şifahi formada müraciət edərək oradan çıxmalarını tələb etsə də onlar onun tələbini əsas tutaraq yaızılı qaydada ona müraciət ediblər ki, onların orada işləmələrinə razılığını bildirsin. O, birdəfəlik olaraq bildirmişdir ki, onlarla işləmək istəmir, zəbt mdiyiniz yeri boşaldın. Həmçinin bildirməki istəyir ki, həmin yeri o, başqa məqsəd üçün istifadə etmək niyyətindədir. Bu təşkilat onun yerini qeyri qanuni yolla zəbt edərək ona böyük məbləğdə ziyan vurmuşdur. Onların buranı işlətdikləri bir il ərzində o, böyük məbləğdə zərər çəkmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı Tarvredi oğlu iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək, iddia tələbinin əsassız olduğunu bildirdi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İdddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş “İcarəyə verən” adlandırılacaq “xxxx” MMC ilə “İcarəçi” adlandırılacaq “xxxx” MMC arasında bağlanmış 01.05.2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyə verən” ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 55 kv.m sahəni ticarət və kommersiya obyekti təyinatı ilə istifadə edilməsi üçün “İcarəçi” yə icarəyə verməyi, “İcarəçi” isə icarəni qəbul etməyi və Müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi 5(beş) illik müddət bağlanır. İş materiallarında olan, “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə ünvanlandığı şikayət ərizəsindən görünür ki, aralarında 01.05.2018-ci il tarixində bağlanılan müqavilənin 3.1 maddəsinə uyğun olaraq icarə müddəti 5 (beş) il təşkil edir. Bu müddət ərzində icarə sahəsindən istifadə tam olaraq təmin edilməlidir. Aralarında 01.05.2018-ci il tarixində bağlanılan müqavilənin 12.1 maddəsidə uyğun olaraq olaraq müqaviləyə xitam verilməsi Tərəflərin qarşılıqlı razılığı əsasında ola baş tuta bilər. "xxxx” MMC bu müqavilənin bir Tərəfi olduğu üçün xitamla bağlı vermir və icarəyə verənin iddiası yalnız AR qanunvericiliyinə uyğun olaraq həll oluna bilər. Sizə bildirmək istəyirik ki, aramızda bağlanılan müqavilənin qüvvədə olduğu müddətdə icarə sahəsindən maneəsiz istifadəsi təmin edilmədikdə məhdudlaşdırıldıqda hər istifadə edilməyən gün üzrə itirilmiş zərərin məsiliyyətini icarəyə verən tərəf daşıyır. İş materiallarında olan, “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə ünvanlandığı müraciətindən görünür ki, Sizin şifahi müraciət əsasında Sizinlə iki dəfə görüş keçirildi. Görüş zamanı icarə haqqının artırılmaı tələbi qoyulmuşdur. Görüş zamanı icarə haqqının artırılması tələbi qoyulmuşdur. Görüş zamanı hal hazırda icarəyə götürülən marketin gəlir/xərc məlumatı ilə tanış edib, Şirkətimizin maddi durumu barədə ümumi məlumat vermişdik. Lakin Sizin tərəfinizdən icarə haqqının artırılmasının mütləq xarakter daşıması və müqavilənin xitamla bağlı müraciətiniz bizlərə bildirmişdir. Hal hazırda maddi vəziyyətimizin qeyri stabil olması Azərbaycan Respublikasının Prezidentinin sahibkarlara yeni iş yerlərinin açılması və mövcud iş yerlərinin saxlanıması müraciəti əsasında, biznesin inkişafı məqsədi ilə Sizdən icarə haqqının artırılması mövzusunun müzakirəsini 1 il müddətinə təxirə salınmasını xahiş edirik və qeyd etmək istəyirik ki, aramızda bağlanılan müqavilə şərtlərinə müqavilənin 12.1-ci maddəsinə əsasən ziddir. “xxxx” MMC-nin Rəhbərliyinin hər zaman bizə dəstək olmasını dəyərləndiririk və ümid edirik ki, partnyorluq münasibəti uğurla davam edəcək. Bu məqsədlə dövriyyənin artırılması və xərclərin minimallaşdırılması istiqamətində ciddi tədbirlər daim aparırıq. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırlması İdarəsi tərəfindən verilmiş 20/2534 saylı, 12.12.1997-ci il tarixli texniki pasportun surətindən görünür ki, ümumu faydalı sahəsi 117.3 kv.metr, əsas sahəsi 80.8 kv.metr olan və 36.5 köməkçi sahədən ibarət Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsinin sonunda tikilmiş obyekt “xxxx” firmasına məxsusdur. İş materiallarında olan 464 saylı, 21.11.1997-ci il tarixli Azərbaycan Respublikası Xətai Rayon İcra hakimiyyətin Başçısının sərəncamından çıxarışa əsasən, İcra Hakimiyyətinin 04.12.1992-ci il tarixli 1882 saylı Sərəncamı ilə “Tomiris” firmasında verilmiş Nazimov küçəsinin sonunda, hərbi hissənin sonunda tikilmiş ticarət mərkəzi kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün “xxxx” firmasında verilməsi, Sərəncam imzalandığı tarixdən etibarən 10(on) gün müddətinə MKTB ilə icarə müqaviləsinin bağlanılması, ətraf yanı sahənin abadlıq işləri və sanitariya qaydalarına riayət edilməsi “xxxx” firmasına tapşırılması qərara alınmışdır. İş materiallarında olan ödəniş tapşırıqlarında görünür ki, “xxxx” MMC tərəfindən “xxxx” MMC-nin hesabına ümumilikdə 2520 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, “İcarəyə verən” adlandırılacaq “xxxx” MMC ilə “İcarəçi” adlandırılacaq “xxxx” MMC arasında bağlanmış 01.05.2018-ci il tarixli icarə müqaviləsinə əsasən “xxxx” MMC ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 55 kv.m sahəni ticarət və kommersiya obyekti təyinatı ilə istifadə edilməsi üçün “xxxx” MMC-yə 5 il müddətinə icarəyə vermişdir. “xxxx” MMC tərəfindən ümumilikdə 2520 manat məbləğində icarə haqqı “xxxx” MMC-nin hesabına ödənilmişdir. İddiaçı cavabdeh “xxxx” MMC ilə rəhbəri olduğu müəssisə arasında bağlanmış icarə müqaviləsindən xəbərinin olmadığını, həmçinin icarəçi təşkilat tərəfindən icarə haqqı ödənişlərinin edilməməsini bildirir və cavabdehin qanunsuz zəbt edilmiş ticarət obyektinin boşaldılmasını və dəymiş zərərin ödənilməsini tələb edir. Ümumu faydalı sahəsi 117.3 kv.metr, əsas sahəsi 80.8 kv.metr olan və 36.5 köməkçi sahədən ibarət Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsinin sonunda tikilmiş obyekt “xxxx” firmasına məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 683.1-ci maddəsinə əsasən kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. 686-cı maddəsinə əsasən əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin hallarından göründüyü kimi iddiaçı sahibkar kimi vergi orqanında qeydiyyatdan keçmiş olsa da, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərnində onun deyil, “xxxx” firmasının hüquqları qeydə alınmış, həmçinin, “xxxx” MMC ilə icarə müqaviləsi də əmlakın sahibi olaraq “xxxx” firması tərəfindən bağlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquq İddiaçı deyil, “xxxx” firmasına məxsusdur. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin müddəti bitməmişdir, 2025-ci ilə kimi qüvvədədir, “xxxx” MMC tərəfindən qeyri – yaşayış sahəsinin başqa şəxsin istifadəsinə verilməsi ilə bağlı da məhkəməyə heç bir sübut təqdim olunmamışdır və icarə müqaviləsinin ləğvi ilə bağlı da iddia irəli sürülməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığından, həmçinin, əsassız olduğuna görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Tarvredi oğlunun cavabdeh “xxxx” MMC-yə oğluna qarşı “qanunsuz zəbt edilmiş ticarət obyektinin boşaldılması və pul" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar