Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-23/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimova Rəqsanə Tofik qızının katibliyi, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 5 193,55 manat məbləğində kredit borcunun – bundan 4 763,86 manat əsas borcun, 429,69 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan “xxxx” ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək cəmi 5 193,55 manat məbləğində kredit borcunun – bundan 4 763,86 manat əsas borcun, 511,20 manat faiz borcunun, 150,86 manat kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan “xxxx” ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 111 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 15 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3, 4.3, 5.2 və 7.2.2-ci bəndlərinə əsasən borc alan Cavabdeh kredit məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən banka aylıq ödənişlər etmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş və kredit götürdükdən sonra banka əsas borc üzrə sonuncu ödənişini etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə bir neçə dəfə şifahi, xx xxxxxx 2018-ci il tarixdə isə **********800 nömrəli bildirişlə isə yazılı müraciət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək onun izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş xx xxxxxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 04322573 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, borclu Cavabdeh ünvan 1 mənzil 315A ünvanında qeydiyyatdadır. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 111 nömrəli Kredit Müqaviləsinin surətindən görünür ki, “Bank” cavabdehə illik 6 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 15 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli **********800 nömrəli Xəbərdarlıq (Pretenziya) məktubundan görünür ki, cavabdehə borcunu ödəməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli **********105 nömrəli Arayışın surətindən görünür ki, cavabdehin əsas borc üzrə 4 763,86 manat, faiz borcu üzrə 429,69 manat və kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu üzrə 106,92 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən iddia tələbi əsas borcun və faiz borcunun tutulması hissəsində təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 4763, 86 manat əsas, 511, 20 manat (beş yüz on bir manat, 20 qəpik) faiz borcu məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbində cavabdehdən kredit müqaviləsi üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 150,86 manat məbləğində faiz borcunun tutulması ilə iddia tələbinə münasibətdə qeyd edir ki, həmin 150,86 manat hesablanmış faiz kredit müqaviləsinin bitdiyi tarixdən hesablanmış məbləğ olaraq qətnamə qəbul ediləcək günədək hesablanmalı olduğundan tələb əsaslıdır. İddia tələbindən görünür ki, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 4763,86 manat əsas, 511,20 manat faiz borcu, 150,86 manat kredit müqaviləsi müddəti bitdikdən sonra hesablanan faiz məbləği olmaqla, ümumilikdə 5425 manat borc olmasına baxmayaraq iddiaçı iddia təlbinin dəqiqləşdirilməsilə bağlı ərizə ilə 5300,47 manat tələb edir. Bu səbəbdən məhkəmə iddia tələbində göstərilən ümumi məbləğlə bağlı hədlərdə pul məbləğinin cavabdehdən tutulmasını məqbul hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, yerdə qalan hissə isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 4763,86 manat əsas, 511,20 manat faiz borcu, 150,86 manat kredit müqaviləsi müddəti bitdikdən sonra hesablanan faiz məbləğinin olması, iddia tələbinin dəqiqləşməsi barədə iddia tələbinin ümumi məbləği iddia tələbi hədlərində nəzərə alınmaqla, xx xxxx 2015-ci il tarixli, 111 saylı kredit müqaviləsinə əsasən 5300,47 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı ləğv prosesində olan “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 111 nömrəli Kredit Müqaviləsi üzrə ümummilikdə 5300,47 (beş min üç yüz manat, qırx yeddi qəpik) manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı ləğv prosesində olan “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-23/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-23/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver