Məhkəmə qərarları › İş №2(005)-23/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-23/2023

08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-23/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İdarəsinin nümayəndəsi ƏliTahirli Elxan Əlitahir oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Cavabdeh1nə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, X13 X14 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb olunmaqla) vurulmuş maddi ziyanın aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Cavabdeh1nə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, X13 X14 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb olunmaqla, vurulmuş maddi ziyanın aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) və Cavabdeh1ın X1 evinə dəyən ziyana görə 150000 manat pulun və ya tikilinin yenidən inşa edilib ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Yusifov X11 rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi 220-də, 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 276 kv.m., torpaq sahəsi 0,0178 ha olan evi alqısatqı yolu ilə almışdır. Evimdə ailəmlə, 3 azyaşlı uşağımla, qoca anamla, 6 nəfər ailə üzvü ilə birlikdə yaşayıram. 2011-2015-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socarın) X13 X12 Güzdək qəsəbəsindəki 10 saylı sahəsinə D-250 mm və DG -300 (quru qaz) neft boru kəmərləri çəkilmişdir. Bu kəmərlər 2011-ci il tarixdə çəkilmişdir. Bundan əlavə Cavabdeh1ın X10 tərəfindən 2013-2015-ci il tarixdə “Akkord Gənclər Şəhərçiyi” yaşayış kompleksinə D 219 mm. yeraltı orta təzyiqli qaz kəməri çəkilərək istismara verilmişdir. Boru kəmərləri çəkilərkən, İddiaçı Cavabdeh1 Şirkətinin əməkdaşlarından Masazır Bələdiyyəsinə məxsus torpaq sahələrinin sürüşməyə meyilli torpağın olmasını bildirib, sürüşməni olub-olmamasını aydınlaşdırdıqlarını soruşdu. Cavabdeh1ın əməkdaşları buna əhəmiyyət vermədilər, boru kəmərlərini mövcud boru kəmərindən sağ tərəfdən aparmasını xahiş etsə də, onlar heç bir sürüşmə olmayacağını bildirib, evinin 6-7 mertliyindən yeraltı boru kəmərləri çəkdilər. İddiaçı evi ilə boru kəməri arasında maşın yolu var. Socarın ağır maşınları oradan işləyir, həmin ağır maşınların torpağı basması nəticəsində boru kəmərləri üçün qazılmış hissələri torpaqla doldurduğundan, torpağın sürüşməsi hərəkəti nəzərə çarpan dərəcədə aktivləşmişdir. 2020-ci ildə bu sürüşmə artaraq evinin qarşı tərəfi aralanaraq, evini qəzalı vəziyyətə salmışdır. İddiaçı bu barədə AR Dövlət Neft Şirkətinin (Socar) rəhbərliyinə dəfələrlə məlumat verərək, ona kömək etmələrini xahiş etmişdir. Bu barədə Abşeron rayon İcra Başçısına, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ərizə ilə müraciət etsə də, heç bir təşkilat ona kömək etmək istəməmişdir. Evin sürüşmə nəticəsində qabaq hissəsinin əsas hissələrdən aralanması 4 otağın qızdırılmasına imkan vermir. Bu səbəbdən də qışın bu sərt şəraitində qoca anam və uşaqları xəstələnərək, səhhətləri və sağlamlıqları üçün ciddi problem yaranır. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İdarəsinin nümayəndəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi tərəfindən çəkilən boruların mübahisəli evdən çox daha aralıda və sonradan çəkildiyini bildirərək idarənin hazırda baxılan mülki işə heç bir aidiyyətinin olmadığını qeyd etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, iddia ərizəsində qeyd edilən boru kəmərləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən çəkilməmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, X13 X14 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi müstəqil hüquqi şəxslər olmaqla öz hərəkətlərinə görə müstəqil məsuliyyət daşıyırlar. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi Nümayəndə2, Cavabdeh1 qaz borularının çəkilməsi zamanı texniki şərtlərin verilməsi ilə, yəni çəkilməli borulara dair tələblər, qaz sayğacına dair tələblər və s. tələblərin qoyulması ilə məşğul olduğunu, boruların çəkilişini aparan müəssisə olmadığını bildirərək iddia tələbinin Cavabdeh1nə qarşı yönəlməsi üçün heç bir əsasın olmadığını bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə4 iclasda bildirdi ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, iddiaçının evinin hazırki vəziyyətə düşməsinə səbəb həmin evin normlara uyğun inşa edilməməsi olmuşdur. Belə olan halda onun hazırki iddia tələbi əsassızdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 X12 nümayəndəsi Nümayəndə3 iclasda bildirdi ki, zavod tərəfindən 2011-ci il tarixdə sözügedən ərazidə boru xətləri çəkilsə də bu zaman qazıntı işləri aparılmamış, boru xətləri yerüstü birləşdirilmişdir. İddiaçı özü də ekspertiza keçirilən zaman zavod tərəfindən çəkilən boruların deyil qaz idarəsinə məxsus olduğunu bildirdiyi başqa boruların yeraltı çəkilməsi nəticəsində onun əmlakına zərər vurulduğunu qeyd etmişdir. Cavabdehə və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışdan aydın olur ki, ünvan 1 ünvanında 0.0176 ha torpaq sahəsi və bu torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətidir və bu barədə xx.xx.2010-cu il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/2740 nömrəli ekspert rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/55 nömrəli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evinə ziyan dəydiyi və həmin evin faktiki vəziyyətdə yaşayış üçün yararsız olduğu müəyyən edilmişdir. Lakin yaşayış evinə dəymiş ziyanın səbəbi, həmin ev üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən müayinə tədqiqat işləri aparılmaqla müəyyən oluna bilər. Mülki iş materiallarında olan, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Vəkil ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda tədqiq olunan yaşayış evinin yerləşdiyi ərazidən Dş-500 mm. neft boru kəmərinə paralel zavoda məxsus Dş-300 mm. (reaktiv mühərrik yanacağı), Dş-250 mm. (nafta) və Dş-300 mm. (quru qaz) neft boru kəmərləri keçdiyi, həmçinin Dş-500 mm.(dizel) və Dş- 300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərlərinin 1993-cü ildə, Dş-250 mm. (nafta) və Dş-300 mm. (quru qaz) neft boru kəmərlərinin isə 2011-ci ildə çəkildiyi göstərilmişdir. Lakin həmin boru kəmərlərinin çəkilməsi ilə bağlı müvafiq icazə və layihə sənədləri iş materiallarına əlavə edilmədiyindən, boru kəmərlərinin (su, kanalizasiya, qaz, neft kəmərləri və s..) və kommunikasiyalarının (elektrik, rabitə xətlərinin və s..) layihələndirilməsi aparılarkən, ünvan 2 ünvanda yerləşən həmin əmlakla bağlı Azərbaycan Respublikası "Şəhərsalma və Tikinti Məcəlləsinin qaydalarına riayət edilib-edilməməsini müəyyən etmək mümkün olmadı. Tədqiq olunan yaşayış evinin daxili və xarici divarlarında şaquli və üfüqi istiqamətlərdə iki tərəfli keçici çatlar əmələ gəldiyini, suvaq qatının bəzi yerlərdə qopub töküldüyünü, divarların bir hissəsinin əyildiyini, divarların tavana və döşəməyə birləşmə yerlərinin bir-birindən aralandığını, pəncərə və qapı boşluqlarının kənarlarında iri həcmli çatlar əmələ gəldiyini və s.. əlamətləri nəzərə alaraq, həmin evin faktiki vəziyyətdə bərpa olunması üçün ayrı-ayrı konstruktiv elementlərinin sökülərək yenidən inşa edilməsinin, həmçinin müvafiq gücləndirmə işlərinin aparılmasının zəruri olduğu müəyyən edilir. Lakin yaşayış evinə dəymiş ziyanın məbləği, həmin ev üzrə müvafiq təşkilatların mütəxəssiləri tərəfindən müayinə tədqiqat işləri aparılaraq, bərpa işləri ilə əlaqədar yerinə yetirilməli söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir işlərinin ümumi həcmi dəqiqləşdirildikdən və həmin işlərə dair layihə smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli texniki təhlükəsizliyə dair ekspertiza rəyinin təsdiq edilməsi barədə qərarda qeyd olunur ki, “Böyük-Şor-Sumqayıt” D,700 mm magistral neft kəmərinin 0-7.3 vı 19.5-34.76-cı km hissələrinin yenidən qurulması (Sifariş № 1172) obyektinin işçi layihəsi texniki təhlükəsizlik üzrə qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı məxsus olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə vizual baxış zamanı inşaat norma və qaydalarından aşağıda qeyd edilən kənaraçıxmalar müəyyən edilmişdir: xarici fasad divarları ilə arakəsmə divarlarının və baş fasadda yerləşən yarımçevrə hissənin hörgüsünün fasadın divarları ilə birləşmə yerlərində çatların xarakter və xüsusiyyətlərindən bəlli olur ki, hörgünün tikişlərində metal torlar qoyulmamışdır və hörgü bağlantısı təmin edilməmişdir; fərdi yaşayış evinin bütün daxili divarları 20 sm qalınlığında inşa edilmişdir. AzDTN 2.3-1-ə əsasən ən azı bir daxili yükdaşıyan divar inşa edilməlidir; binanın ətrafında həyət beton qatı ilə hamarlandığından binaya ayrıca sel-səki verilməmiş, həyətin beton döşəməsi isə keyfiyyətsiz inşa olduğundan (çatlar əmələ gəlmişdir) həyətin mailliyinin bina tərəfə olması səbəbindən atmosfer suları binaya yönəlir və nəticədə bünövrə qruntu islanaraq fiziki mexaniki göstəricilərini dəyişərək bünövrənin qeyri-bərabər çökməsinə səbəb olur; zirzəmi hissəsində qapı, pəncərə üstü atmalar 63x63 mm ölçülü bucaqlıqlardan istifadə edilərək quraşdırılmış, lakin bir biri ilə bağlantı verilməmişdir; Binada müşahidə edilən çat və zədələnmələrin əsasən binanın bünövrələrinin qeyri-bərabər çökməsindən yaranmasını ehtimal etmək olar; Yuxarıda göstərilən tikinti normalarından kənaraçıxmalar da, həmçinin, çat və zədələrin inkişafına təsir edən amillər sırasındadır Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İş materiallarından aydın olur ki, iddiaçı ona məxsus fərdi yaşayış evinə yaxın ərazidə boru xətlərinin çəkilməsi nəticəsində zərər dəydiyini bildirir və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Cavabdeh1 cavabdeh olaraq qoymaqda dəymiş zərərinin ödənilməsi barədə məhkəmədə iddia qaldırır. Məhkəmə baxışı zamanı işdə iştirak edən şəxslərin verdiyi izahatlarda İddiaçı məxsus ünvan 1 ünvanında 0.0176 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə yaxın ərazidən keçən boru xətlərinin X13 X14, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi tərəfindən çəkiliyi qeyd olunmuşdur. Bunu iddiaçı tərəf özü də təsdiq etmişdir. Həmin hüquqi şəxslər məhkəmə tərəfindən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuş, işin hərtərəfli araşdırılmasını təmin etmək məqsədi ilə iş üzrə məhkəmə ekspertizaları təyin edilmişdir. Lakin verilmiş ekspert rəylərindən iş üçün əhəmiyyətli olan halları müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində sözügedən fərdi yaşayış evinin inşaat norma və qaydalarına uyğun inşa edilməməsi nəticəsində zərər alması ehtimalı öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi hazırki cavabdehlərə qarşı aşağıdakı səbəblərə görə təmin edilə bilməz : Məhkəmə iclaslarında iddiaçı tərəf boru xətlərinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Cavabdeh1 tərəfindən çəkilməməsi faktını qəbul etmiş, həmin xətlərin tərəfindən çəkildiyi bildirilən hüquqi şəxslərin işə cavabdehlər qismində cəlb olunmaları təklif olunsa da, bu barədə məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qeyd edir ki, hazırki cavabdehlər hüquqi şəxslər olmaqla onların iddia tələbləri üzrə hər hansı hüquqi məsuliyyət daşımaları iş materialları ilə sübut olunmur. Halbuki qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəf boru xətlərinin çəkilməsi nəticəsində vurulmuş maddi zərərə görə məsuliyyətlərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi və X13 X12 işə cavabdehlər qismində cəlb olunması barədə məhkəmənin təklifini qəbul etməmiş, əsas olaraq həmin hüquqi şəxslərin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisələri olmasını göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən hüquqi şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təsis edilsə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həmin hüquqi şəxslərin öhdəlikləri üçün məsuliyyət daşımır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş şəxslər qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, mülkiyyətində ayrıca əmlakı olan, öz öhdəlikləri üçün bu əmlakla cavabdeh olan, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik hüquqi şəxslərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfin hüquqlarının məhkəmə müdafiəsini təmin etmək üçün qanunvericiliyin imkan verdiyi bütün səaliyyətlərdən istifadə edilmiş, iddiaçı tərəfə əlavə sübutların təqdim olunması təklif olunmuş, iş üzrə məhkəmə ekspertizaları təyin edilmiş, işə aidiyyəti olan hüquqi şəxslər işə cəlb olunmuş, yetərli sübutların toplanması üçün məhkəmə iclasları təxirə salınmışdır. Bununla belə iddiaçı hazırki cavabdehlərə qarşı iddia tələblərinin əsaslı olduğunu təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Cavabdeh1 iddia tələbləri ilə bağlı hər hansı hüquqpozmaya yol verilməsi və buna görə də məsuliyyət daşımasını müəyyənləşdirməyə imkan verən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbləri onlara qarşı təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Cavabdeh1nə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, X13 X14 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb olunmaqla, vurulmuş maddi ziyanın aradan qaldırılması tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia tələbi rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza xərci olaraq 150 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinə ödəniməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Cavabdeh1nə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, X13 X14 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mülki işə cəlb olunmaqla, vurulmuş maddi ziyanın aradan qaldırılması tələbinə dair iddiası rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizanın xərci olaraq 150 manat İddiaçı tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X6, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar