Məhkəmə qərarları › İş №2(005)-2307/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2307/2020

26.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2307/2020 26.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdırki, o, Ərizəçi xx xxxx 1952-ci il tarixdə İsmayıllı rayonu, Aşıqbayramlı kəndində dünyaya gəlmişdir. Lakin doğum haqqında Şəhadətnaməsini itirmişdir. Buna görə də Şəhadətnamənin bərpası üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat Şöbəsinin xx xxxx 2020-ci il tarixli 319 nömrəli cavab məktubunda onun doğum haqqında Şəhadətnaməsinin bərpasından imtina edilmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, Ərizəçi xx xxxx 1952-ci il tarixində doğum haqqında və anasının X5 olması barədə akt Qeydinin bərpa edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, xx.xx.2020-ci il tarixli məktubla məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının X8 Bölgüsü nümayəndəliyinin 25.11.200-ci il tarixli 71№-li arayışından görünür ki,Ərizəçi həqiqətən X1 oğludur. Mərhumə X5 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İsmayıllı rayon Aşıqbayram ərazi nümayəndəliyinin xx.xx.2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı 006783 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.2002-ci il tarixdə İsmayıllı rayonunda vəfat etmişdir. İş materiallarında olan İsmayıllı rayon Kürdmaşı kənd icra nümayəndəliyinin xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 029242 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.1975-ci il tarixdə İsmayıllı rayonunda vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 545 №-li nikah haqqında arayışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 ilə _ _ _ Məhi Məhəmməd qızı xx.xx.1957-ci il tarixdə İsmayıllı rayon Kürdmaşı KİN tərəfindən 01 saylı akt qeydi ilə nikaha daxil olmuşlar. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 319 saylı məktubundan görünür ki, 1949-1955-ci illər, üzrə İsmayıllı rayonu Qeydiyyat şöbəsi Kürdmaşı kənd icra nümayəndəliyi üzrə ilkin və 1953-1983-cü illər bərpa və xx.xx.2020-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2000-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamədən görünür ki, X7 həmin vəsiyyətnamə ilə aşağıdakıları sərəncam verir: Vəsiyyət etdiyi günə qədər ona şəxsi mülkiyyət hüququ əsasında məxsus olan bütün əmlakını onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olamayaraq, habelə İsmayıllı rayonun Aşıqbayram kəndində yerləşən yaşayış evini bütünlükdə oğlu Ərizəçi vəsiyyət edir. İş materiallarında olan AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən,məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə İsmayıllı rayonu, Aşıq Bayram kəndində anadan olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1952-ci il tarixdə İsmayıllı rayonu, Aşıq Bayram kəndində anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Doğum haqqında şəhadətnamənin “ata” qrafasında X4, “ana” qrafasında X5 qeyd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar