Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2317/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı1 Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1rşı “göstərilmiş xidmətlərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1rşı “göstərilmiş xidmətlərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6.000 (altı min) manat məbləğində pul vəsaitinin İddiaçı1 oglunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 2017-ci il tarixdən kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fəaliyyət sahəsinə istehlakçılara (vətəndaşlara) mülki-hüquqi xidmətlərin göstərilməsi aiddir.2018-ci ilin yanvar ayında Cavabdeh ilə onun arasında mülki-hüquqi xidmətlərin göstərilməsi barədə razılaşma əldə olunmuşdur. Müvafiq razılaşmaya əsasən, X2 Ləğv prosesində olan “Dəmir Bank" Açıq Səhmdar Cəmiyyətinin N70161367 və N70161367-23 nömrəli müqavilələri üzrə pul vəsaitlərini almalı idi.Göstərəcəyi mülki hüquqi xidmətləri həyata keçirdikdən sonra Cavabdeh alınan məbləğin 20% həcmində ona xidmət haqqı verməli idi. Tərəflər arasında yaranan razılaşmaya əsasən o, müvafiq xidmətləri Cavabdeh göstərmişdir. Nəticədə X2 Cavabdeh xeyrinə 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin ödənilməsinə nail olmuşdur.Lakin Cavabdeh onu aldaraq və etibarından sui-istifadə edərək ona çatası 6.000 (altı min) manat məbləğində xidmət haqqı məbləğini ödəməmişdir. Halbuki, Cavabdeh qanunun vicdanlılıq prinsipinə əsasən, öz vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməli idi. Pozulmuş hüquqlarının bərpası ilə bağlı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin polis və məhkəmə orqanlarının prosessual qərarlarına əsasən sözügedən situasiyanın mülki xarakterli olması nəzərə alınmış və Cavabdeh barəsində cinayət təqibi həyata keçirilməmişdir. Məhkəmədən Cavabdeh İddiaçı1 xeyrinə 6.000 (altı min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrılıqda iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tərəflər arasında belə bir müqavilə mövcud olmamışdır, yəni tələbin sahibi kimi qeyd edilən tələbi iddiaçı şəxsə güzəşt etməyi barədə müqavilə onlar arasında bağlanmamışdır. İş materiallarında olan müqavilə isə heç bir səlahiyyətli orqan tərəfindən təsdiq olunmamışdır. Həmin müqavilə onun xəbəri və məlumatı olmadan tərtib edilmiş, qeyd edilən müqavilə onun iradə ifadəsini əks etdirmədiyindən, həmin müqavilədə əks olunan imzasından imtina edir. Bu baxımdan müvafiq iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: X4 Cavabdeh nümayəndəsi İddiaçı1 ünvanladığı xx xxxx 2018-ci il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı və 8.1.20-ci maddələrinə uyğun olaraq müəyyən edilən illik faiz dərəcəsinin həddi müəyyənləşdirilərkən əmanət üzrə istənilən formada ödənilən gəlirlik nəzərdə tutulan illik gəlirliyi manatda 15%-dən, xarici valyutada isə 3%-dən çox olan qorunmuş əmanətlər kateqoriyasına aid edilir və Fond tərəfindən sığortalanmır; Cavabdeh-tələbin ilkin sahibi ilə İddiaçı1-tələbin yeni sahibi arasında bağlanmış tələbin güzəşti barədə xx xxxxx 2018-ci il tarixli müqavilənin məzmunundan görünür ki, N70161367 və N70161367-23 əmanət müqaviləsindəki “əmanətçi” Cavabdeh baş vermiş sığorta hadisəsi ilə bağlı öhdəlik daşıyan X1rşı malik olduğu hüquqları və tələbləri tələbin yeni sahibinə güzəşt edir (1.1-ci bənd). Müqavilə imzalandığı gündən öhdəlik daşıyan X1rşı ödənişin (kompensasiyanın) alınması hüququ və tələbi tələbin yeni sahiblərinə bərabər payda keçir (1.2-ci bənd). Tələblər və hüquqlar tələbin yeni sahiblərinə tələbin ilkin sahibində olduğu vəziyyətdə keçir (1.3-cü bənd). Güzəşt edilən tələbin məbləği 18.000 (on səkkiz min) manat (N70161367 nömrəli müqaviləyə əsasən 14.000 (on dörd min) ABŞ dolları və N70161367-23 nömrəli müqaviləyə əsasən 4.000 (dörd min) ABŞ dolları) məbləğindədir (1.4-cü bənd). Tələbin ilkin sahibi borcluya (X6) tələbin güzəşti barədə məlumat verməlidir. Məlumat verildikdən sonra borclu (X6) yaranmış öhdəliyini tələbin yeni sahibinin xeyrinə icra etməlidir (2.1-ci bənd). Tələbin ilkin sahibi tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları tələbin yeni sahibi verməlidir (2.2-ci bənd); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(006)-3634/2018 nömrəli qətnaməsinin məzmunundan görünür ki, müvafiq qətnamə ilə iddiaçı Cavabdeh X1rşı “sığorta ödənişinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, “DəmirBank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli və xx xxxxxx 2017-ci il tarixli Bank əmanəti müqavilələrinə (“Göy Əmanət”) əsasən ümumi sığorta məbləği olan 18.000 (on səkkiz min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Azərbaycan X2 alınaraq iddiaçı Cavabdeh verilməsi müəyyən edilmişdir; Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X8 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı1 müraciəti əsasında Cavabdeh barəsində cinayət təqibi və material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı1 Cavabdeh qarşı məhkəmədə mülki iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 6(004)-84/2019 nömrəli qərarının məzmunundan görünür ki, müvafiq qərarla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X8 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərarından İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin müvafiq qərarı qanuni hesab edilmişdir; İddiaçı1 tərəfindən X10 ünvanladığı göstərilmiş xidmətlərin əvəzinin ödənilməsi barədə xx xxxxx 2020-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, tərəflər arasında 2018-ci ilin yanvar ayında bağlanmış mülki-hüquqi xidmətlərin göstərilməsi barədə razılaşmaya əsasən X9 onun xeyrinə 6.000 (altı min) manat məbləğində xidmət haqqının 7 (yeddi) gün ərzində ödənilməsi xahiş edilmişdir; Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, X11 ünvan 1 ünvanında qeydiyyatdadır; xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı1 tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vətəndaşlara mülki-hüquqi xidmətlərin göstərilməsi ilə məşğul olan İddiaçı1 ilə 2018-ci ilin yanvar ayında Cavabdeh arasında mülki-hüquqi xidmətlərin göstərilməsi barədə razılaşma əldə olunmuşdur. Müvafiq razılaşmaya əsasən, X2 Ləğv prosesində olan “Dəmir Bank" Açıq Səhmdar Cəmiyyətinin N70161367 və N70161367-23 nömrəli müqavilələri üzrə pul vəsaitlərini almalı idi.Göstərəcəyi mülki hüquqi xidmətləri həyata keçirdikdən sonra Cavabdeh alınan məbləğin 20% həcmində ona xidmət haqqı verməli idi. Tərəflər arasında yaranan razılaşmaya əsasən o, müvafiq xidmətləri Cavabdeh göstərmişdir. Nəticədə X2 Cavabdeh xeyrinə 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin ödənilməsinə nail olmuşdur.Lakin Cavabdeh onu aldaraq ona çatası 6.000 (altı min) manat məbləğində xidmət haqqı məbləğini ödəməmişdir. Pozulmuş hüquqlarının bərpası ilə bağlı İddiaçı1 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin polis və məhkəmə orqanlarının prosessual qərarlarına əsasən sözügedən situasiyanın mülki xarakterli olması nəzərə alınmış və Cavabdeh barəsində cinayət təqibi həyata keçirilməmişdir. Müvafiq iddia ərizəsi ilə məhkəməyə müarciət edərək, Cavabdeh onun xeyrinə 6.000 (altı min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini qəbul etməmiş, tərəflər arasında belə bir müqavilənin mövcud olmadığını bildirmiş, iş materiallarında olan müqavilənin isə heç bir səlahiyyətli orqan tərəfindən təsdiq olunmadığını qeyd edərək, həmin müqavilədən xəbəri və məlumatı olmamış, bu baxımdan da qeyd edilən müqavilə onun iradə ifadəsini əks etdirmədiyindən, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh şəxsdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı şəxs iddia ərizəsində tələb etdiyi pul məbləğini cavabdehdən tələb etməkdə haqlı olmamışdır. İddiaçının cavabdehə hər hansı xidmətin göstərməsi və həmin xidmət görə haqq ödənilməsi məhkəmə iclasında tədqisini tapmamışdır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, Səlimov Əzizağa Böyükağa oğlunun hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, iddia ərizəsinə fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin və yaşadığı evin planının surətlərini, müvafiq evlərin foto şəkillərini iddia ərizəsinə əlavə etməklə kifayətlənmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı1 Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1rşı “göstərilmiş xidmətlərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1rşı “göstərilmiş xidmətlərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2317/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2317/2020
21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver