Məhkəmə qərarları › İş №2(005)-232/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-232/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-232/2025 09.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İlkin iş üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İlkin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6, Birləşdirilmiş iş üzrə iddiaçı X12 nümayəndəsi (övladı) X7 iştirakları ilə, İlkin iş üzrə İddiaçı Cavabdeh ASC-yə qarşı (X19 və X21 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “miras əmlakın girovdan azad edilməsi və vərəsəyə qaytarılması”, birləşdirilmiş iş üzrə iddiaçı X12 Cavabdeh ASC-yə və İddiaçı qarşı “miras əmlakın naturada bölüşdürülməsi və avtomobilin açıq hərracdan satılması” tələblərinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iş üzrə İddiaçı Cavabdeh ASC-yə qarşı (X21 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, MQ/23983/91/15 nömrəli kredit müqaviləsinə əlavə olaraq, zinət əşyalarının girovuna dair 23983/23 saylı “Girov aktı”na xitam verilərək, iddiaçının miras qoyanın bacısı X14 tərəfindən cavabdeh "xxxx" ASC-dən alınmış kreditin təminatı üçün banka təhvil verilmiş: 1) Sep: 3 dəst, çəkisi 35,09 qr, əyarı 750; 2) Sep-kulon: 1 dəst, çəkisi 20,5 qram, əyarı 750; 3) Qolbaq: 2 dəst, çəkisi 27,1 qram, əyarı 750; 4) Qolbaq: 4 dəst, çəkisi 47 qram, əyarı 585; 5) Kulon: 3 dəst, çəkisi 24 qram, əyarı 585; 6) Komplekt: (sırğa-üzük): 2 dəst, çəkisi 24 qram, əyarı 585; 7) Dəst (kolye-qolbağ və sırğa-üzük): 1 dəst, çəkisi 41,2 qram, əyarı 750 olan qızıl-zinət əşyalarının, həmçinin xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit müqaviləsinə əlavə olaraq, zinət əşyalarının girovuna dair 18932/23 saylı “Girov aktı”na xitam verilərək, iddiaçının miras qoyanın bacısı X14 tərəfindən cavabdeh "xxxx" ASC-dən alınmış kreditin təminatı üçün banka təhvil verilmiş: 1) Boyunbağı: dəst, çəkisi 18,3 qram, əyarı 750; 2) Sep-kulon: 1 dəst, çəkisi 10,4 qram, əyarı 585; 3) Sırğa (cüt): 1 dəst, çəkisi 8,28 qram, əyarı 585; 4) Kolye: 1 dəst, çəkisi 6,74 qram, əyarı 585; 5) Sırğa (cüt): 1 dəst çəkisi 4 qram, əyarı 585; 6) Üzük: 1 dəst, çəkisi 3,59 qram, əyarı 583 olan qızıl-zinət əşyalarının girovdan azad edilməsi və İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı bacısı X14 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X5 vərəsəsi qismində bacısı İddiaçı çıxış edir və o, miras əmlakdan 4/5 hissədə pay almalıdır. X5 adına Cavabdeh ASC-də xx.xx.2023-cü il tarixli, MQ/23983/91/15 nömrəli kredit müqaviləsi əsasında kredit verilmiş, kredit üzrə öhdəlik tam icra edilmişdir. Kreditin təminatı qismində qızıl-zinət əşyaları çıxış etmişdir. Tərəflər arasında zinət əşyalarının girovuna dair 23983/23 saylı “Girov aktı” imzalanmışdır. Akta əsasən, iddiaçının bacısı X14 Cavabdeh aldığı kreditin təminatı üçün banka 1) Sep: 3 dəst, çəkisi 35,09 qr, əyarı 750; 2) Sep-kulon: 1 dəst, çəkisi 20,5 qram, əyarı 750; 3) Qolbaq: 2 dəst, çəkisi 27,1 qram, əyarı 750; 4) Qolbaq: 4 dəst, çəkisi 47 qram, əyarı 585; 5) Kulon: 3 dəst, çəkisi 24 qram, əyarı 585; 6) Komplekt: (sırğa-üzük): 2 dəst, çəkisi 24 qram, əyarı 585; 7) Dəst (kolye-qolbağ və sırğa-üzük): 1 dəst, çəkisi 41,2 qram, əyarı 750 olan qızıl-zinət əşyalarını təhvil vermişdir. Bacısı vəfat etdikdən sonra iddiaçı kredit borcunu miras kimi qəbul etmiş vərəsə olaraq özü ödəmişdir. X1 adına Cavabdeh ASC-də xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 saylı kredit müqaviləsi əsasında kredit verilmişdir. Tərəflər arasında imzalanmış zinət əşyalarının girovuna dair 18932/23 saylı “Girov aktı”na əsasən, bacısı X14 "xxxx" ASC-dən aldığı kreditin təminatı üçün banka 1) Boyunbağı: dəst, çəkisi 18,3 qram, əyarı 750; 2) Sep-kulon: 1 dəst, çəkisi 10,4 qram, əyarı 585; 3) Sırğa (cüt): 1 dəst, çəkisi 8,28 qram, əyarı 585; 4) Kolye: 1 dəst, çəkisi 6,74 qram, əyarı 585; 5) Sırğa (cüt): 1 dəst çəkisi 4 qram, əyarı 585; 6) Üzük: 1 dəst, çəkisi 3,59 qram, əyarı 583 olan qızıl-zinət əşyalarını təhvil vermişdir. Yenə də X14 vəfat etdikdən sonra iddiaçı kredit borcunu özü ödəmişdir. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakın 1/5 hissəsinə şəhadətnamə verilmişdir. Miras əmlakın 1/5 hissəsinə qanun üzrə vərəsə iddiaçının qardaşı X15r. İddiaçı Cavabdeh ASC-yə müraciət edərək, “Girov” müqaviləsinə xitam verib miras əmlakdan ona düşən 4/5 hissədə payın verilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina etmiş, səbəb kimi miras əmlakın digər hissəsinə, yəni 1/5 hissəsinə digər vərəsənin hələ də vərəsəlik şəhadətnaməsi almaması və bununla bağlı Cavabdeh ASC-yə müraciət etməməsini göstərmişdir. İlkin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və birləşdirilmiş iş üzrə iddiaçı X12 nümayəndəsi (övladı) X20 iddiaya etiraz təqdim edərək, 2(005)-2756/2024 nömrəli iş üzrə İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-2756/2024 nömrəli iş ilə e-2(005)-2804/2024 nömrəli işin bir icraatda birləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Etirazda qeyd olunmuşdur ki, paylar sadəcə şəhadətnamədə bölünmüşdür, amma faktiki olaraq hansı qızıl-zinət əşyalarının hansı vərəsəyə verilməsinə dair İddiaçı və X21 arasında razılıq əldə edilməmişdir. İlkin olaraq Hüseynov Rəcəbin iddia tələbi üzrə İddiaçı və X21 arasında qızıl-zinət əşyalarının naturada bölgüsü ilə bağlı mübahisə həll olunmalı, habelə işlər bir icraatda birləşdirilməlidir. Lakin hazırki iş üzrə İddiaçı onunla X21 arasında qızıl-zinət əşyalarının naturada bölgüsü ilə bağlı mübahisə öz həllini tapmamış banka qarşı iddia qaldıraraq girov aktlarının ləğv edilməsini və bütün zinət əşyalarının ona verilməsini tələb edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2804/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X12 cavabdehlər Cavabdeh ASC-yə və İddiaçı qarşı “miras əmlakın naturada bölünməsi, avtomobilin açıq hərracda satılması” tələbinə dair 2(005)- 2804/2024 nömrəli mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh ASC-yə qarşı “miras əmlakın girovdan azad edilməsi və həmin əşyaların vərəsəyə qaytarılması” tələbinə dair 2(005)-2756/2024 nömrəli mülki işə birləşdirilməsi qərara alınmışdır. Birləşdirilmiş iş üzrə iddiaçı X21 cavabdehlər Cavabdeh ASC-yə və İddiaçı qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh ASC-də xx.xx.2024-cü il tarixli, MQ/23983/91/15 nömrəli kredit müqaviləsinin və xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən qızılzinət əşyalarının 1/5 hissəsinə münasibətdə iddiaçının və 4/5 hissəsində cavabdeh İddiaçı payının faktiki olaraq (qızıl-zinət əşyalarının adı, sayı, çəkisi, əyarı göstərilməklə) müəyyən edilməsi və həmin qızıl-zinət əşyalarının 1/5 hissəsinin iddiaçıya verilməsi, X5 adına Cavabdeh ASC-də xx.xx.2024-cü il tarixli, MQ/23983/91/15 nömrəli kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən qızıl-zinət əşyalarının girovdan azad edilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması, AR DİN BDYPİ Qİİ tərəfindən X5 adına verilmiş xx.xx.2022-ci il tarixli, BB244633 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi LJ12FKT34N4018358, mühərrikin nömrəsi N3304619 və buraxılış ili 2022-ci il olan “JAC J7” minik markalı, **-EA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hərrac vasitəsilə satılması, əldə edilən pulun 1/5 hissəsinin ona verilməsini xahiş etmişdir. Daha sonra birləşdirilmiş iş üzrə iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh ASC-də xx.xx.2024-cü il tarixli, MQ/23983/91/15 nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən zinət əşyalarının girovuna dair 23983/23 saylı “Girov Akt”ında qeyd edilən və xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən zinət əşyalarının girovuna dair 18932/23 saylı “Girov Akt”ında qeyd edilən qızıl-zinət əşyalarının 1/5 hissəsinə münasibətdə iddiaçının və 4/5 hissəsində cavabdeh İddiaçı payının faktiki olaraq (qızılzinət əşyalarının adı, sayı, çəkisi, əyarı göstərilməklə) müəyyən edilməsi və həmin qızılzinət əşyalarının 1/5 hissədə iddiaçıya verilməsi, X5 adına Cavabdeh ASC-də xx.xx.2024cü il tarixli, MQ/23983/91/15 nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən zinət əşyalarının girovuna dair 23983/23 saylı “Girov Aktına” və xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən zinət əşyalarının girovuna dair 18932/23 saylı “Girov Aktına” xitam verilməsi və hər iki “Girov Aktı”nda qeyd edilən qızıl-zinət əşyalarının girovdan azad edilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması, AR DİN BDYPİ Qİİ tərəfindən X5 adına verilmiş xx.xx.2022-ci il tarixli, BB244633 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi LJ12FKT34N4018358, mühərrikin nömrəsi N3304619 və buraxılış ili 2022-ci il olan “JAC J7” minik markalı, **-EA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hərrac vasitəsilə satılması və əldə edilən pulun 1/5 hissəsinin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birləşdirilmiş iş üzrə iddia onunla əsaslandırılmışdır ki, iddiaçı X12 bacısı X14 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. H.Fəridənin vəfatından sonra iddiaçı 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmiş və vərəsəlik işi açılmışdır. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X8 verilmiş **********21-05301-093122 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 202A, M4, m6 ünvanında yerləşən, ümumi sahəsi 47,8 kv.m. olan əmlakdan və AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BB244633 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi LJ12FKT34N4018358, mühərrikin nömrəsi N3304619 və buraxılış ili 2022-ci il olan “JAC J7” minik markalı, 77-EA171 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Həmin şəhadətnaməyə əsasən X3 Fəridə Əlizadə qızının qanun üzrə vərəsəsi kimi şəhadətnamədə qeyd edilən miras əmlakdan ⅕ hissədə pay almalıdır. Bundan başqa, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli, 99/24-YSF nömrəli məktubuna görə X5 adına Cavabdeh ASC-də xx.xx.2024-cü il tarixli, MQ/23983/91/15 nömrəli kredit müqaviləsi əsasında kredit verilmişdir. Kredit üzrə öhdəlik tam icra edilmişdir. Kreditin təminatı qismində bu qızıl-zinət əşyaları çıxış edir: sep - 3 dəst, çəkisi 35,09 qr., əyarı 750 sepkulon - 1 dəst, çəkisi 20,5 qr., əyarı 750 qolbağ - 2 dəst, çəkisi 27,1 qr., əyarı 750 qolbağ - 4 dəst, çəkisi 47 qr., əyarı 585 kulon - 3 dəst, çəkisi 24 qr., əyarı 585 komplekt (sırğa-üzük) - 2 dəst, çəkisi 24 qr., əyarı 585 dəst (kolye-qolbağ-sırğa-üzük) - 1 dəst, çəkisi 41,2 qr., əyarı 750. Həmin şəhadətnaməyə əsasən X5 adına Cavabdeh ASC-də xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit müqaviləsi əsasında kredit verilmişdir. Kreditin təminatı qismində bu qızıl-zinət əşyaları çıxış edir: boyunbağı - 1 dəst, çəkisi 18,3 qr., əyarı 750 sep-kulon - 1 dəst, çəkisi 10,4 qr., əyarı 585 sırğa (cüt) - 1 dəst, çəkisi 8,28 qr., əyarı 585, kolye - 1 dəst, çəkisi 6,74 qr., əyarı 585 sırğa (cüt) - 1 dəst, çəkisi 4 qr., əyarı 585 üzük - 1 dəst, çəkisi 3,59 qr., əyarı 583. Həmin şəhadətnaməyə əsasən X3 Fəridə Əlizadə qızının qanun üzrə vərəsəsi kimi şəhadətnamədə qeyd edilən miras əmlakdan ⅕ hissədə pay almalıdır. Sözügedən kredit müqavilələrinin təminatı qismində çıxış edən qızıl-zinət əşyalarının girovdan azad edilməsi ilə bağlı Cavabdeh ASC-yə müraciət etsələr də, bank həmin qızıl-zinət əşyalarını girovdan azad etməkdən imtina etmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə də qeyd edilmişdir ki, miras əmlakdan ⅕ hissədə pay almaq hüququ X16 məxsusdur və miras əmlakın ⅘ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli şəhadətnamələrə əsasən mərhumun bacısı İddiaçı miras əmlakdan ⅘ hissədə pay almalıdır. Miras əmlak qanun üzrə vərəsəlik haqqında şəhadənamələrə əsasən bölünsə də, tərəflər faktiki olaraq miras əmlakın bölgüsü ilə bağlı razılığa gələ bilmirlər. Belə ki, miras əmlaka daxil olan “JAC J7” minik markalı, **-EA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qanunsuz olaraq cavabdeh və onun digər bacısı X19 tərəfindən idarə olunur. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı miras əmlakdan, o cümlədən qeyd edilən nəqliyyat vasitəsindən ⅕ hissədə pay almalıdır. Cavabdeh isə iddiaçıya düşən payın dəyərini ona ödəmədən, avtomobili öz adına qeydiyyatdan keçirmədən idarə edir və iddiaçının hüquqları kobud surətdə pozulur. Buna görə də iddiaçı tərəfindən cavabdeh İddiaçı rəsmi qeydiyyatda olduğu və yaşadığı ünvana məktub göndərilmiş və sözügedən avtomobilin iddiaçının payına düşən hissəsini pul şəklində ona verməsi təklif edilmişdir, lakin cavabdeh Ə.Validə bu təklifə heç bir cavab verməmişdir. Hesab edilir ki, sözügedən nəqliyyat vasitəsi naturada bölünə bilməz və buna görə də həmin nəqliyyat vasitəsi hərrac vasitəsilə satılmalı və tərəflərin payına uyğun olaraq pul vəsaiti onlara ödənilməlidir. Çünki tərəflər avtomobilin bir nəfərin mülkiyyətinə keçməsi və digərinə kompensasiya ödənilməsi ilə bağlı razılığa gələ bilmirlər. Bu halda həmin avtomobil hərrac vasitəsilə satılarsa və tərəflərin paylarına uyğun olaraq onlara pul vəsaiti ödənilərsə, tərəflərin vərəsəlik hüququ ədalətli şəkildə realizə oluna bilər. Həmçinin tərəflər yuxarıda qeyd edilən kredit müqavilələrinin təminatı qismində çıxış edən qızıl-zinət əşyalarının bölgüsü ilə bağlı razılığa gələ bilmirlər və həmin qızıl-zinət əşyaları lüzumsuz yerə girovda saxlanılır. Sözügedən qızıl-zinət əşyalarının ⅕ hissəsinin iddiaçıya verilməsi ilə bağlı tərəflərindən qızıl-zinət əşyalarının saxlanıldığı Cavabdeh ASC-yə müraciət edilsə də, bank həmin əşyaların ⅕ hissəsini iddiaçıya verməkdən imtina etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı X12 nümayəndəsi X21 məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, mübahisə predmeti olan qızıl-zinət əşyalarının ümumi dəyəri ekspert tərəfindən 40465 manat müəyyən olunmuşdur. X12 1/5 hissədə payına uyğun ona verilməli olan qızıl-zinət əşyalarının ümumi dəyəri 8093 manat təşkil edir. 8093 manat dəyərində qızıl-zinət əşyasının X16 verilməsi ilə bağlı qeyd edilir ki, ekspert tərəfindən ümumilikdə 6889,46 manat dəyərləndirilən dəst (kolye-qolbağ-sirğa-üzük) - 1 dəst, çəkisi 41,2 qr., əyarı 750 olan zinət əşyası nümayəndənin anası Hümbətova Arzuya məxsus olmuş, nümayəndənin qardaşının toy mərasimi zamanı həmin dəst zinət əşyası anası tərəfindən qardaşının keçmiş həyat yoldaşına hədiyyə olunmuşdur. Qardaşının nikahına xitam verildikdən sonra sözügedən qızıl-zinət əşyasına dair məhkəmə mübahisəsi olmuş, məlum olmuşdur ki, qardaşının keçmiş həyat yoldaşı həmin dəst qızıl-zinət əşyasını hazırki iş üzrə cavabdeh İddiaçı bacısı Hüseynova Suqra və mərhum Hüseynova Fəridəyə vermiş, onlarla əlbir olaraq bu əşyaların müqabilində qardaşının keçmiş həyat yoldaşının adına mənzil alınmışdır. Yəni hazırkı iş üzrə mübahisə predmeti olan və ekspert tərəfindən ümumilikdə 6889,46 manat dəyərləndirilən dəst (kolye-qolbağ-sırğa-üzük) 1 dəst, çəkisi 41.2 qr., əyarı 750 olan zinət əşyasının daha öncə ailəsinə məxsus olduğunu nəzərə alaraq, həmin zinət əşyasının bölgüyə uyğun olaraq atası X16 verilməsinin qət edilməsini məhkəmədən xahiş etmişdir. 8093 manatdan (H.Rəcəbə qızıl-zinət əşyasından verilməli olan pay) 6889,46 manatı (dəst qızılın dəyəri) çıxdıqda 1203,54 manat edir. Dəst (kolyeqolbağ-sirğa-üzük) - 1 dəst, çəkisi 41.2 qr., əyarı 750 olan zinət əşyasından savayı 1203,54 manat dəyərində əlavə zinət əşyası da H.Rəcəbə verilməlidir. Həmin məbləğə uyğun olaraq ekspert tərəfindən ümumi dəyəri 1356,47 manat müəyyən edilən sep kulon - 1 dəst, çəkisi 10.4 qr., əyarı 585 əşyası H.Rəcəbə verilməlidir. Qeyd edilən formada bölgü aparıldıqdan sonra H.Rəcəbə 15,.93 manat dəyərində əlavə qızıl verilmiş olur ki, həmin məbləği də H.Rəcəbə avtomobilin dəyərindən ona çatası hissədən çıxmaqla kompensasiya etmək olar. Mübahisə predmeti olan nəqliyyat vasitəsi ekspert rəyində 18000 manat dəyərində, bundan əvvəlki ekspert rəyində isə 26300 manat dəyərində qiymətləndirilmişdir. X12 1/5 hissədə payına uyğun həmin nəqliyyat vasitəsindən ona verilməli olan pul 3600 manat təşkil edir. Bu məbləğdən 152,93 manat çıxdıqda (əlavə verilmiş qızılın dəyəri) 3447,07 manat edir. Nümayəndə təklif etmişdir ki, X12 1/5 hissədə payına uyğun həmin nəqliyyat vasitəsindən ona verilməli olan pul, yəni 3447,07 manat cavabdeh Ə.Validə tərəfindən ona ödənilsin. Əks halda iddia tələbinə uyğun olaraq nəqliyyat vasitəsinin hərracdan satışa çıxarılmasını və satışdan əldə edilən pul məbləğindən H.Rəcəbə 1/5 hissədə payın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı bildirmişdir ki, onlar dörd bacıdırlar və onlardan biri dünyasını dəyişmişdir. Bacısı Suqra mərhum Fəridənin adına banka qızıllarını qoyaraq pul götürmüş və həmin pulla özünə maşın almışdır. Banka olan borclar Suqra tərəfindən ödənilmişdir və qəbzləri də mövcuddur. Şəhid anası olduğu üçün vərəsələr iddiaçının xeyrinə evdəki paylarından imtina ediblər. Qarşı tərəfin qızıllarla və maşınla bağlı hüququ yoxdur. O, iddiasının təmin edilməsini, digər iddiaçının isə iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, mərhum Fəridə Hüseynova xx.xx.2023cü il tarixdə qızıl-zinət əşyalarını Cavabdeh ASC-yə girov qoyaraq 14500 manat pul götürüb. Banka girov qoyulan qızıl-zinət əşyaları Suqra xanıma məxsusdur. xx.xx.2023-cü il tarixli müqavilə üzrə girov qoyulan qızıl-zinət əşyaları isə Fəridə Hüseynovaya məxsus olub. Fəridə xx.xx.2023-ci ildə dünyasını dəyişib. Mərhum 12 iyun tarixində girov qoyduğu qızıllar üçün 1 ay ödəniş etmiş, 1 ay ödədikdən sonra dünyasını dəyişmişdir. Həmin vaxt o, qızılları girov qoyub 3000 manat götürmüş və pul qardaşı oğlu Rasimə verilmişdir. Fəridə Hüseynova dünyasını dəyişdikdən sonra isə Suqra xanım qardaşı oğluna 3000 manat məbləğindəki krediti ödəməli olduğunu demiş, Rasim isə imkanının olmadığını bildirmişdir. Bundan sonra Suqra xanım ödənişləri özü edib. 19 apreldə girov qoyulmuş qızıllar üçün isə Fəridə xanım 3 ay ödəniş edib, daha sonra hər ay 1400 manatını Suqra Hüseynova ödəyib. Bu kredit müqaviləsi üzrə Suqra mərhumun adına qızılları girov qoyaraq pul götürüb, həmin pulu avtomobil üçün xərcləyib, daha sonra isə yenidən müqavilə bağlayaraq əldə etdiyi pulla ev alıb. Suqranın “Hundai” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, həmin maşını dəyişmək üçün avtomobili Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda xx.xx.2022-ci ildə 12000 manata X30 adlı şəxsə satmış və baş etibarnamə vermişdir. Ümumilikdə, qızılların və avtomobilin iddiaçının mərhum bacısı Fəridəyə aidiyyəti yoxdur.Onlar hamısı Suqraya məxsusdur. İlkin iddianın təmin edilməsini, birləşdirilmiş iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 bildirmişdir ki, daha əvvəllər Cavabdeh ASC-dən öz adına kredit götürmüş, lakin gecikmələrlə borc qaytarıldığından, növbəti dəfə Bankdan özü üçün krediti mərhum X5 adına götürmək məcburiyyətində qalmışdır. Kredit borclarını özü ödəmişdir və Nümayəndə miras əmlakda heç bir payı yoxdur. Maşın və qızıllar ona məxsusdur. İlkin iddianın təmin edilməsini, birləşdirilmiş iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs və birləşdirilmiş iş üzrə iddiaçı X12 nümayəndəsi Nümayəndə bildirmişdir ki, mərhum X14 dünyasını dəyişdikdən sonra qanun üzrə birinci dərəcəli vərəsləri olmadığı üçün bacı və qardaşlar vərəsə qismində cəlb olunublar. Onların isə 1/5 payları olub. Hüseynov Əkbər, Hüseynova Suqra və digər bacı Mədinə paylarından Hüseynova Validənin xeyrinə imtina ediblər. Lakin onun təmsil etdiyi şəxs olan atası Hüseynov Rəcəb payından imtina etməyib. Buna görə də ayrı-ayrılıqda 3 saylı “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisinə müraciət olunub və vərəsəlik şəhadətnaməsi verilib. Paylar müəyyən edilsə də, naturada bölgü mümkün deyil, çünki onlar razılığa gələ bilmirlər. Qızıllar arasından komplekt anasına məxsus olub. Avtomobili mərhum Fəridə Hüseynova nağd pulla özü alıb, yəni avtomobil Suqra xanımın adına deyil və onun adına etibarnamə də verilməyib. Həmçinin vərəsəlik şəhadətnaməsi digər məhkəmədə mübahisələndirilsə də qarşı tərəfin iddiası təmin edilməyib. İlkin iddianın təmin edilməməsini, birləşdirilmiş iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh ASC heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, ilkin iş üzrə iddia və birləşdirilmiş iş üzrə iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, MQ/23983/91/15 nömrəli kredit sazişindən görünür ki, “Kredit verən” Cavabdeh ASC tərəfindən “Kredit alan” X8 12 ay müddətinə, illik 26 faiz olmaqla, 14500 manat nağd kredit verilmişdir. Öhdəlik 23753,03 manat dəyərində zinət əşyalarının “Kredit alan” tərəfindən banka girov qoyulması yolu ilə təmin edilmişdir; - xx.xx.2023-cü il tarixli, MQ/23983/91/15 nömrəli kredit sazişinə əlavə olan 23983/23 nömrəli “Girov aktı”ndan görünür ki, X14 Cavabdeh ASC-dən aldığı kreditin təminatı üçün banka 1) Sep: 3 dəst, çəkisi 35,09 qr, əyarı 750; 2) Sep-kulon: 1 dəst, çəkisi 20,5 qram, əyarı 750; 3) Qolbaq: 2 dəst, çəkisi 27,1 qram, əyarı 750; 4) Qolbaq: 4 dəst, çəkisi 47 qram, əyarı 585; 5) Kulon: 3 dəst, çəkisi 24 qram, əyarı 585; 6) Komplekt: (sırğaüzük): 2 dəst, çəkisi 24 qram, əyarı 585; 7) Dəst (kolye-qolbağ və sırğa-üzük): 1 dəst, çəkisi 41,2 qram, əyarı 750 olan zinət əşyalarını girov qoymuşdur. Tərəflər əşyaların ümumi bazar dəyərinin 23753,03 manat müəyyən olunduğunu imzaları ilə təsdiq etmişlər; - xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit sazişindən görünür ki, “Kredit verən” Cavabdeh ASC tərəfindən “Kredit alan” X8 12 ay müddətinə, illik 26 faiz olmaqla, 3090 manat nağd kredit verilmişdir. Öhdəlik 5075,40 manat dəyərində zinət əşyalarının “Kredit alan” tərəfindən banka girov qoyulması yolu ilə təmin edilmişdir; - xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit sazişinə əlavə olan 18932/23 nömrəli “Girov aktı”ndan görünür ki, X14 Cavabdeh ASC-dən aldığı kreditin təminatı üçün banka 1) Boyunbağı: dəst, çəkisi 18,3 qram, əyarı 750; 2) Sep-kulon: 1 dəst, çəkisi 10,4 qram, əyarı 585; 3) Sırğa (cüt): 1 dəst, çəkisi 8,28 qram, əyarı 585; 4) Kolye: 1 dəst, çəkisi 6,74 qram, əyarı 585; 5) Sırğa (cüt): 1 dəst çəkisi 4 qram, əyarı 585; 6) Üzük: 1 dəst, çəkisi 3,59 qram, əyarı 583 olan zinət əşyalarını girov qoymuşdur. Tərəflər əşyaların ümumi bazar dəyərinin 5075,40 manat müəyyən olunduğunu imzaları ilə təsdiq etmişlər; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 202A, M4, m6 ünvanında yerləşən, ümumi sahəsi 47,80 kv.m. olan mənzil xx.xx.2021-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə durğunluq ürək çatışmazlığı xəstəliyindən ölmüşdür; - xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizələrin surətlərindən görünür ki, X19, X17 və X23 xx.xx.2023-cü il tarixdə ölmüş bacısı X4 irs qalmış mirasın ona çatan hissəsindən bacısı İddiaçı xeyrinə imtina etmişdir; - xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi - bacısı İddiaçıdır və o, miras əmlakdan 4/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə X8 verilmiş **********21-05301-093122 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 202A, M4, m6 ünvanında yerləşən ümumi sahəsi 47,8 kv.m olan mənzildən və AR DİN BDYPİ Qİl tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BB244633 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi LJ12FKT34N4018358, mühərrikin nömrəsi N3304619 və buraxılış ili 2022-ci il olan, “JAC J7” minik markalı, **- EA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakın 1/5 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir; - xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi - qardaşı X15r və o, miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə X8 verilmiş **********21-05301-093122 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 202A, M4, m6 ünvanında yerləşən ümumi sahəsi 47,8 kv.m olan mənzildən və AR DİN BDYPİ Qİl tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BB244633 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi LJ12FKT34N4018358, mühərrikin nömrəsi N3304619 və buraxılış ili 2022-ci il olan, “JAC J7” minik markalı, **- EA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakın 4/5 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir; - 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi - bacısı İddiaçıdır və o, miras əmlakdan 4/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli, 99/24-YSF nömrəli məktubuna əsasən X5 adına Cavabdeh ASC-də xx.xx.2023-cü il tarixli, MQ/23983/91/15 nömrəli kredit müqaviləsi əsasında kredit verilmişdir. Kredit üzrə öhdəlik tam icra edilmişdir. Kreditin təminatı qismində aşağıdakı qızıl-zinət əşyaları çıxış edir: 1) Sep: 3 dəst, çəkisi 35,09 qr, əyarı 750; 2) Sep-kulon: 1 dəst, çəkisi 20,5 qram, əyarı 750; 3) Qolbaq: 2 dəst, çəkisi 27,1 qram, əyarı 750; 4) Qolbaq: 4 dəst, çəkisi 47 qram, əyarı 585; 5) Kulon: 3 dəst, çəkisi 24 qram, əyarı 585; 6) Komplekt: (sırğa-üzük): 2 dəst, çəkisi 24 qram, əyarı 585; 7) Dəst (kolye-qolbağ və sırğa-üzük): 1 dəst, çəkisi 41,2 qram, əyarı 750. Bundan əlavə X5 adına Cavabdeh ASC-də 13.06 2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit müqaviləsi əsasında kredit verilmişdir. Kredit üzrə bu günə olan cari borc 538 manat təşkil edir. Kreditin təminatı qismində aşağıdakı qızıl-zinət əşyaları çıxış edir: 1) Boyunbağı: dəst, çəkisi 18,3 qram, əyarı 750; 2) Sep-kulon: 1 dəst, çəkisi 10,4 qram, əyarı 585; 3) Sırğa (cüt): 1 dəst, çəkisi 8,28 qram, əyarı 583; 4) Kolye: 1 dəst, çəkisi 6,74 qram, əyarı 585; 5) Sırğa (cüt): 1 dəst çəkisi 4 qram, əyarı 585; 6) Üzük: 1 dəst, çəkisi 3,59 qram, əyarı 583. X5 adına Cavabdeh ASC-də 3801000MQ8436815A84C saylı hesab üzrə qalıq 172 manat vəsaitdən ibarətdir. Miras əmlakın 1/5 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir; - 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi - qardaşı X15r və o, miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli, 99/24-YSF nömrəli məktubuna əsasən X5 adına Cavabdeh ASC-də xx.xx.2023-cü il tarixli, MQ/23983/91/15 nömrəli kredit müqaviləsi əsasında kredit verilmişdir. Kredit üzra öhdəlik tam icra edilmişdir. Kreditin təminatı qismində aşağıdakı qızıl-zinət əşyaları çıxış edir: 1) Sep: 3 dəst, çəkisi 35,09 qr, əyarı 750; 2) Sep-kulon: 1 dəst, çəkisi 20,5 qram, əyarı 750; 3) Qolbaq: 2 dəst, çəkisi 27,1 qram, əyarı 750; 4) Qolbaq: 4 dəst, çəkisi 47 qram, əyarı 585; 5) Kulon: 3 dəst, çəkisi 24 qram, əyarı 585; 6) Komplekt: (sırğa-üzük): 2 dəst, çəkisi 24 qram, əyarı 585; 7) Dəst (kolye-qolbağ və sırğa-üzük): 1 dəst, çəkisi 41,2 qram, əyarı 750. Bundan əlava X5 adına Cavabdeh ASC-də xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit müqaviləsi əsasında kredit verilmişdir. Kredit üzrə bu günə olan cari borc 538 manat təşkil edir. Kreditin təminatı qismində aşağıdakı qızıl-zinət əşyaları çıxış edir: 1) Boyunbağı: dəst, çəkisi 18,3 qram, əyarı 750; 2) Sep-kulon: 1 dəst, çəkisi 10,4 qram, əyarı 585; 3) Sırğa (cüt): 1 dəst, çəkisi 8,28 qram, əyarı 583; 4) Kolye: 1 dəst, çəkisi 6,74 qram, əyarı 585; 5) Sırğa (cüt): 1 dəst çəkisi 4 qram, əyarı 585; 6) Üzük: 1 dəst, çəkisi 3,59 qram, əyarı 583. X5 adına Cavabdeh ASC-də 3801000MQ8436815A84C saylı hesab üzrə qalıq 172 manat vəsaitdən ibarətdir. Miras əmlakın 4/5 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir; - Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X5 Cavabdeh ASC-yə borc öhdəliyi yoxdur; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X39 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1961-ci il təvəllüdlü X5 adında xx.xx.2011-ci il tarixdən “SKODA FABİA” markalı, **-LO-*** və xx.xx.2022-ci il tarixdən “JAC J7” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. “JAC J7” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanunsuz idarə olunması ilə bağlı DYP-nin şəxsi heyəti təlimatlandırılmışdır; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/8530 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 35778 manat müəyyən edilmişdir. Həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda çəkiləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qızıl-zinət əşyaları üzərində 1/5 və 4/5 hissələrdə payların müəyyən edilməsi məqsədilə onların dəyəri nəzərə alınmaqla real bölgü hansı qaydada aparıla bilər? məzmunlu sual məhkəmə əmtəəşünaslıq ekspertizasının həll etdiyi suallar dairəsinə aid deyildir. Ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd 2022-ci il buraxılışlı, göy rəngli, dəri oturacaqlı, 49151 km yürüşlü, mühərrik gutumy, 1499 kub sm, “JAC J7” minik markalı, **- EA-*** dövlət qeydiyyat mövcud orta bazar qiyməti təxminən 26300 manat müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2932/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdehlər İddiaçı və X9 qarşı “əmlaka mülkiyyət hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair iddiası rədd edilmişdir. Tərəflər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2932/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmiş və qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir; - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, AQP/QXM-21 nömrəli hesabatından görünür ki, qızıl-zinət əşyalarının bazar dəyəri 40465 manat məbləğində müəyyən edilmişdir. Qızılzinət əşyaları üzərində 1/5 və 4/5 payların müəyyən edilməsi məqsədilə onların dəyəri nəzərə alınmaqla real bölgünün hansı qaydada aparılması barədə qiymətləndirmə aparılması tələb olunmuşdur. Lakin göstərilən sualın cavablandırılması qiymətləndirmə səlahiyyətlərinə daxil olmadığından mümkün olmamışdır. Buraxılış ili 2022-ci il olan, “JAC J7” minik avtomobili markalı, göy rəngli, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixinə mövcud bazar dəyəri 18000 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 472 manat təşkil etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ilkin iş üzrə İddiaçı bacısı - mərhum X2 Cavabdeh ASC ilə xx.xx.2023-cü il tarixli, MQ/23983/91/15 nömrəli və xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit sazişləri bağlamış, müqavilələr üzrə götürdüyü öhdəliklərin təminatı qismində müvafiq qızıl-zinət əşyalarını girov qoymuşdur. X14 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, onun qanun üzrə birinci növbədə vərəsələri olmadığından, ikinci növbədə bərabər pay hüquqlu vərəsələr kimi ölənin bacıları və qardaşları, yəni İddiaçı, X21, X19, X17 və X23 çıxış etmişlər. Miras aktivi xx.xx.2023-cü il tarixli, MQ/23983/91/15 nömrəli kredit sazişinə əlavə olan 23983/23 nömrəli “Girov aktı” ilə banka girov qoyulmuş: sep - 3 dəst, çəkisi 35,09 qr., əyarı 750, sep-kulon - 1 dəst, çəkisi 20,5 qr., əyarı 750, qolbaq - 2 dəst, çəkisi 27,1 qr., əyarı 750, qolbaq - 4 dəst, çəkisi 47 qr., əyarı 585, kulon - 3 dəst, çəkisi 24 qr., əyarı 585, komplekt (sırğa-üzük) - 2 dəst, çəkisi 24 qr., əyarı 585, dəst (kolye-qolbaq-sırğa-üzük) - 1 dəst, çəkisi 41,2 qr., əyarı 750 olan qızılzinət əşyaları, xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit sazişinə əlavə olan 18932/23 nömrəli “Girov aktı” ilə banka girov qoyulmuş: boyunbağı - 1 dəst, çəkisi 18,3 qr., əyarı 750, sep-kulon - 1 dəst, çəkisi 10,4 qr., əyarı 585, sırğa (cüt) - 1 dəst, çəkisi 8,28 qr., əyarı 583, kolye - 1 dəst, çəkisi 6,74 qr., əyarı 585, sırğa (cüt) - 1 dəst, çəkisi 4 qr., əyarı 585, üzük - 1 dəst, çəkisi 3,59 qr., əyarı 583 olan qızıl-zinət əşyaları, habelə ban nömrəsi LJ12FKT34N4018358, mühərrikin nömrəsi N3304619 və buraxılış ili 2022-ci il olan, “JAC J7” minik markalı, **-EA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 202A, M4, m6 ünvanında yerləşən ümumi sahəsi 47,8 kv.m olan mənzildən ibarətdir. Notarial qaydada təsdiqlənmiş ərizələri ilə X19, X17 və X23 mərhum X4 irs qalmış mirasın onlara çatan hissəsindən bacıları İddiaçı xeyrinə imtina etmişlər. Nəticə etibarı ilə miras kütləsinin 4/5 hissəsinə dair İddiaçı, 1/5 hissəsinə dair isə X16 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Kredit müqavilələri üzrə götürülmüş borcların tam şəkildə ödənilməsinə baxmayaraq, qızıl-zinət əşyaları bankın saxlancındadır və vərəsələr arasında miras əmlakın bölgüsü ilə bağlı mübahisə olduğundan qızılların verilməsindən imtina olunur. Hazırda ilkin iş üzrə İddiaçı banka olan borcların, bacısı X19 tərəfindən ödənilməsinə və qızılların ona məxsus olmasına istinad edərək, qızıl-zinət əşyalarının girovdan azad edilərək ona qaytarılmasını, birləşdirilmiş iş üzrə iddiaçı X21 isə miras əmlakın naturada bölgüsü ilə bağlı X19 ilə razılıq əldə oluna bilmədiyindən, qızıl-zinət əşyalarının girovdan azad edilərək, 1/5 hissədə ona düşən payının konkret məlumatlar göstərilməklə ona verilməsini və “JAC J7” minik markalı, **-EA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hərrac vasitəsilə satılaraq, əldə edilən pulun 1/5 hissəsinin ona verilməsini məhkəmədən xahiş edirlər. İlkin və birləşdirilmiş işlər üzrə ümumilikdə tələblər qızıl-zinət əşyalarının girovdan azad edilməsinə, qızıl-zinət əşyalarının müəyyən olunmuş miras paylarına münasibətdə bölüşdürülməsinə və nəqliyyat vasitəsinin hərracda satılmaqla, onun dəyərinin vərəsələrə ödənilməsinə yönəlmişdir. Göründüyü kimi barəsində azad etmə, bölgü və satışı həyata keçirilməsi istənilən əşyalar miras aktivlərini ehtiva etməkdədir. Həmin miras aktivlərinə dair notariat ofisi tərəfindən İddiaçı və X16 vərəsəlik hüququnu təsdiq edən şəhadətnamələr verilmiş, payları müəyyən edilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)- 2932/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdehlər İddiaçı və X9 qarşı “əmlaka mülkiyyət hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair iddiası rədd edilmiş, qətnamədən apellyasiya şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəyə minmişdir. Yəni həmin şəhadətnamələr hüquqi qüvvəyə malik sənədlər olmaqla, iş üzrə mötəbər sübutlar qismində çıxış edir. Hazırda məhkəmənin icraatında olan iş üzrə iddia tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin mübahisələndirilməsini təşkil etmir və iclas zamanı girov saxlanan qızıl-zinət əşyalarının mərhum X8 deyil, əslində X13 məxsus olması, mərhumun kredit borcunun Əlizadə Suqra tərəfindən ödənilməsi barədə səsləndirilmiş fikirlər artıq digər məhkəmə icraatı çərçivəsində araşdırılmış və iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.5-ci maddələrinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Mülki Məcəllənin 294.1.1 və 294.2-ci maddələrinə uyğun olaraq, girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilməlidir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Həmin Məcəllənin 527.1-ci və 528-ci maddələrinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Məhkəmə iddia tələblərinin Cavabdeh ASC-dən alınmış kreditin təminatı üçün banka təhvil verilmiş qızıl-zinət əşyalarının girovuna xitam verilməsi hissəsinə münasibətdə qeyd edir ki, ilkin iş üzrə iddiaçının girova xitam verilməsi tələbini irəli sürməkdə əsas məqsədi cavabdeh tərəfindən qızıl-zinət əşyalarının girovdan azad edilməsi olmuşdur. Lakin məhkəmə qeyd edir ki, əsas öhdəliyə xitam verildiyindən, artıq əlavə öhdəlik olan girova da xitam verilmişdir. Belə ki, Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə “kredit alan” X5 “kredit verən”ə borc öhdəliyinin mövcud olmaması təsdiq olunur. Qanunvericiliyin tələblərinə görə girov borclunun kreditor qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə əşya hüququ qismində çıxış edir. Hazırda xx.xx.2023cü il tarixli, MQ/23983/91/15 nömrəli və xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit sazişləri üzrə əsas öhdəlik, kredit borcunun banka ödənilməsi öhdəliyi yerinə yetirilmiş olduğundan, artıq bank əlavə əşya hüququnu itirmiş, yəni girova da xitam verilmişdir. Bu səbəbdən bank qızıl-zinət əşyalarını qaytarmaq öhdəliyi daşıyır. İşin mübahisələndirilməyən halıdır ki, İddiaçı və X21 onların geri verilməsi niyyəti ilə banka müraciət etmiş, lakin bank hər bir müraciət edənə münasibətdə digər vərəsənin də payının olması və hansı növdə qızıl-zinət əşyalarının nə qədər miqdarda kimə veriləcəyinin qeyrimüəyyən olması səbəbindən bundan imtina etmişdir. Odur ki, Cavabdeh ASC məhkəmə tərəfindən müəyyənləşdiriləcək qaydada qızıl-zinət əşyalarını ilkin iş üzrə İddiaçı və birləşdirilmiş iş üzrə X16 qaytarmalıdır. Miras əmlakın naturada bölgüsü ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Mirasın vərəsələr arasında miras qoyan tərəfindən bölüşdürülməsi də mümkündür. Bu halda miras hələ miras qoyanın sağlığında qoyulmuş vəsiyyətnamə üzrə vərəsələr arasında bölüşdürülür. Belə ki, Mülki Məcəllənin 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər. Mirasın miras qoyanın təyin etdiyi şəxs tərəfindən bölüşdürülməsi halı da qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsini üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyrimümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, hüquqtəsdiqedici xarakter daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Məhkəmə qeyd edir ki, miras kütləsinə qızıl-zinət əşyaları, mənzil və nəqliyyat vasitəsi daxil olsa da, birləşdirilmiş iş üzrə iddiaçı X12 tələbi yalnız zinət əşyalarına və nəqliyyat vasitəsinə yönəlmişdir. Bu səbəbdən məhkəmə tərəfindən ixtilaflar olduğu nəzərə alınaraq mirasın naturada bölüşdürülməsi qızıl-zinət əşyalarına münasibətdə (sep - 3 dəst, çəkisi 35,09 qr., əyarı 750, sep-kulon - 1 dəst, çəkisi 20,5 qr., əyarı 750, qolbaq - 2 dəst, çəkisi 27,1 qr., əyarı 750, qolbaq - 4 dəst, çəkisi 47 qr., əyarı 585, kulon - 3 dəst, çəkisi 24 qr., əyarı 585, komplekt (sırğa-üzük) - 2 dəst, çəkisi 24 qr., əyarı 585, dəst (kolye-qolbaq-sırğa-üzük) - 1 dəst, çəkisi 41,2 qr., əyarı 750, boyunbağı - 1 dəst, çəkisi 18,3 qr., əyarı 750, sep-kulon - 1 dəst, çəkisi 10,4 qr., əyarı 585, sırğa (cüt) - 1 dəst, çəkisi 8,28 qr., əyarı 583, kolye - 1 dəst, çəkisi 6,74 qr., əyarı 585, sırğa (cüt) - 1 dəst, çəkisi 4 qr., əyarı 585, üzük - 1 dəst, çəkisi 3,59 qr., əyarı 583) həyata keçiriləcəkdir. İş materiallarında olan xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsələri qismində onun bacısı İddiaçı və qardaşı X12 çıxış etməsi öz təsbitini tapmışdır. Şəhadətnamələrdə İddiaçı düşən pay 4/5, X16 düşən pay isə 1/5 hissədə müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, qızıl-zinət əşyaları texniki cəhətdən bölgüyə yararlı olmaqla, ayrı-ayrı komponentlərinin təyinatı üzrə təklikdə istifadə oluna bilməsi ilə səciyyələnir. Odur ki, qızıl-zinət əşyalarının naturada bölgüsünün mümkünlüyü hamıya bəllidir. Birləşdirilmiş iş üzrə iddiaçı X12 nümayəndəsi X20 qızıl dəstin (kolye-qolbaq-sirğaüzük) - çəkisi 41,2 qr., əyarı 750 olan qızıl-zinət əşyasının əvvəllər anası Hümbətova Arzuya məxsus olduğuna istinad etməklə, məhz həmin əşyaların onlara verilməsini məhkəmədən xahiş etmişdir. Onun tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Tağızadə (İmranlı) Fərəh Nağı qızının cavabdehlər X24 və X26 qarşı iş üzrə 2(102)-3153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı təqdim olunmuşdur və həmin qərarla bəhsi gedən dəstin Hümbətova Arzu tərəfindən alınması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, dəstin (üzük, boyunbağı, qolbaq, sırğa) əvvəllər birləşdirilmiş iş üzrə iddaçının ailəsinə məxsusluğunu və bununla həmin qızıl-zinət əşyasının ailə üçün xüsusi önəm daşıdığını nəzərə alaraq, həmin dəstin birləşdirilmiş iş üzrə iddiaçı X16 verilməsini ədalətli hesab edir. Adıçəkilən dəstin birləşdirilmiş iş üzrə iddiaçı X16 verilməsi, eləcə də miras əmlaklar üzrə vərəsələrin paylarına uyğun olaraq, naturada həyata keçirilmiş bölgünün pul dəyəri ilə adekvat hesablanmasının və yaranan fərq üzrə kompensasiyanın təmin edilməsinin məcburiliyi də nəzərə alınmalıdır. Belə ki, məhkəmə tərəfindən keçirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/8530 saylı ekspert rəyində zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 35778 manat müəyyən edilmiş, qiymətləndirmədən xeyli vaxt keçdiyindən yenidən mütəxəssis rəyi alınmış, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, AQP/QXM-21 nömrəli hesabatında isə qızıl-zinət əşyalarının bazar dəyərinin 40465 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş rəyləri iş materiallarında mövcud olan digər sübutlarla birlikdə qiymətləndirərək, qızıl-zinət əşyalarının bazar üzrə cari qiymətlərini nəzərə almaqla, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, AQP/QXM-21 nömrəli hesabatını mötəbər sübut kimi qəbul edir və mülki iş üzrə qiymətləndirmə aparılarkən həmin hesabatda əksini tapmış tədqiqat nəticələrinə istinad olunmasını məqsədəuyğun hesab edir. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan hesabatın qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Hesabatda əks etdirilmiş tədqiqat nəticələrini iş üzrə tətbiq etdikdə, qızıl-zinət əşyalarına münasibətdə İddiaçı 32372 manat (40465 manat * 4/5 hissədə pay), X12 isə 8093 manat (40465 manat * 1/5 hissədə pay) pul dəyərində qızıl-zinət əşyalarını almaq hüququnun olduğu müəyyən edilir. X16 verilməsi məqsədəmüvafiq hesab edilmiş dəstin qiyməti 6889,46 manat məbləğində dəyərləndirilmişdir. Odur ki, qızıl-zinət əşyalarından cəmi 41.2 qram olan dəst natura şəklində X16 verildikdə, onun əlavə 1203,54 manatlıq (8093 manat- 6889,46 manat) payı qalır. Bu baxımdan məhkəmə əlavə olaraq, 583 əyar, 8,28 qram, 1074,41 manat dəyərində olan 1 dəst sırğanın da birləşdirilmiş iş üzrə iddiaçıya verilməsini məqsədəmüvafiq hesab edir. Yerdə qalan 129,13 manat məbləğində pul isə kompensasiya olaraq birləşdirilmiş iş üzrə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qalan qızıl-zinət əşyaları isə ilkin iş üzrə iddiaçıya verilməlidir. Mülki Məcəllənin 1276-cı maddəsinə uyğun olaraq, hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213.2 və 215.2-ci maddələrinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.2 və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər (Mülki Məcəllənin 221-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Qeyd olunmalıdır ki, ümumi mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi əvvəlcə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək, payın naturada ayrılmasının mümkün olmadığı və ya ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurulmadan mümkün olmadığı təqdirdə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Yalnız bundan sonra ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, paylı mülkiyyətçi əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Hazırki iş üzrə tərəf payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən məhkəməyə müraciət etmişdir. Məhkəmə birləşdirilmiş iş üzrə iddiaçının nəqliyyat vasitəsinin hərracdan satılması tələbi ilə bağlı qeyd edir ki, avtomobil bölünməz əşyalar qrupuna daxil olduğundan və təyinatı saxlanılmaqla naturada bölünməsinin mümkünsüzlüyü açıq-aşkar məlum olduğundan bu halın müəyyən edilməsi üçün xüsusi bilik tələb olunmur. Bu səbəbdən həmin əşyaya mövcud payların naturada ayrılması mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, birləşdirilmiş iş üzrə iddiaçının tələbinə müvafiq olaraq, hazırkı mülki mübahisənin ban nömrəsi LJ12FKT34N4018358, mühərrikin nömrəsi N3304619 və buraxılış ili 2022-ci il olan “JAC J7” minik markalı, **-EA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin bölgüsü hissəsində hüquqi həllinin yeganə vasitəsi avtomobilin hərracdan satılaraq müvafiq satış pulunun vərəsələr arasında paylarına mütənasib surətdə bölüşdürülməsidir. Belə ki, Mülki Məcəllənin 220.2-220.3-cü maddələri ilə nəzərdə tutulmuş 1 və 2-ci qaydaların tətbiqi, yəni əşyaların naturada bölünməsi və tərəfə məxsus payın dəyərinin ödənilməsi mümkün deyildir. Birləşdirilmiş iş üzrə iddiaçı X12 nümayəndəsi X20 birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli hesabatında müəyyənləşdirilmiş avtomobilin 18000 manat bazar dəyərinin ona məxsus 1/5 hissəsinin, yəni 3600 manat pulun ödənilməsi barədə dəfələrlə təklif ünvanlasa da, İddiaçı bunu qəbul etməmiş, məhkəmə iclasında da əvvəlcə ödəyəcəyini bildirsə də, daha sonra bundan imtina etmişdir. Bu baxımdan məhkəmə sadalanmış hallara əsaslanaraq hesab edir ki, nəqliyyat vasitəsi hərracdan satılmalıdır. Məhkəmə əmlakın satışının keçiriləcəyi hərracın formasına münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024 saylı. xx.xx.2024-cü il tarixli vahid məhkəmə təcrübəsi yaradan qərardadına əsasən ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Qeyd edilən mövqedən çıxış edərək və iddiaçının məhkəmə iclasında tərəddüd etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli nəqliyyat vasitəsinin satışı ilk növbədə qapalı hərrac qaydasında keçirilməli, yalnız bu baş tutmadığı halda açıq hərracın keçirilməsi təmin olunmalıdır. Mübahisə predmeti olan əşyanın hərracdakı ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olub-olmamasına münasibətdə isə ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, AQP/QXM-21 nömrəli hesabatı ilə ban nömrəsi LJ12FKT34N4018358, mühərrikin nömrəsi N3304619 və buraxılış ili 2022-ci il olan “JAC J7” minik markalı, **-EA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixinə mövcud bazar dəyəri 18000 manat müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, hərracın keçirilməsi zamanı onun ilkin dəyəri kimi 18000 manat təyin olunmalı, satışdan əldə olunan pul vəsaiti ümumi paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun olaraq İddiaçı 4/5 hissədə, X16 1/5 hissədə ödənilməlidir. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iş üzrə İddiaçı və birləşdirilmiş iş üzrə iddiaçı X12 iddiaları qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, MQ/23983/91/15 nömrəli və xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit müqavilələri üzrə Cavabdeh ASC qarşısında girov qoyulmuş qızıl-zinət əşyaları girovdan azad edilməli, Cavabdeh ASC tərəfindən çəkisi 41,2 qram, əyarı 750 olan dəst (kolye, qolbaq, sırğa, üzük) və çəkisi 8,28 qram, əyarı 583 olan 1 dəst sırğa birləşdirilmiş iş üzrə iddiaçı X16, qalan qızıl-zinət əşyaları – 1) sep: 3 dəst, çəkisi 35,09 qr, əyarı 750; 2) sep-kulon: 1 dəst, çəkisi 20,5 qram, əyarı 750; 3) qolbaq: 2 dəst, çəkisi 27,1 qram, əyarı 750; 4) qolbaq: 4 dəst, çəkisi 47 qram, əyarı 585; 5) kulon: 3 dəst, çəkisi 24 qram, əyarı 585; 6) komplekt: (sırğa-üzük): 2 dəst, çəkisi 24 qram, əyarı 585; 7) boyunbağı: 1 dəst, çəkisi 18,3 qram, əyarı 750; 8) sep-kulon: 1 dəst, çəkisi 10,4 qram, əyarı 585; 9) kolye: 1 dəst, çəkisi 6,74 qram, əyarı 585; 10) sırğa (cüt): 1 dəst çəkisi 4 qram, əyarı 585; 11) üzük: 1 dəst, çəkisi 3,59 qram, əyarı 583 olan qızıl-zinət əşyaları İddiaçı təhvil verilməli, miras payının bərabərləşdirilməsi məqsədilə kompensasiya olaraq 129,13 manat məbləğində pul birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı tutularaq birləşdirilmiş iş üzrə iddiaçı X16 ödənilməlidir. “JAC J7” minik markalı, **-EA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilkin satış qiyməti 18000 manat müəyyən edilməklə qapalı hərrac vasitəsilə, qapalı hərracda əldə edilmədiyi halda isə açıq hərrac keçirilməklə satılmalı və satışdan əldə edilən pul vəsaiti vərəsələr arasında paylarına mütənasib, yəni 4/5 hissədə İddiaçı, 1/5 hissədə X16 verilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Həmçinin qiymətləndirmə tədqiqatının dəyəri olan 472 manat pulun 236 manatı ilkin iş üzrə İddiaçı, 236 manat hissəsi isə birləşdirilmiş iş üzrə iddiaçı X10 tutularaq "xxxx" MMC-nin hesabına, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatı ilkin iş üzrə İddiaçı, 25 manatı isə birləşdirilmiş iş üzrə iddiaçı X10 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iş üzrə İddiaçı və birləşdirilmiş iş üzrə iddiaçı X12 iddiaları qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, MQ/23983/91/15 nömrəli və xx.xx.2023-cü il tarixli, MQ/18932/92/15 nömrəli kredit müqavilələri üzrə Cavabdeh ASC qarşısında girov qoyulmuş qızıl-zinət əşyaları girovdan azad edilsin, Cavabdeh ASC tərəfindən çəkisi 41,2 qram, əyarı 750 olan dəst (kolye, qolbaq, sırğa, üzük) və çəkisi 8,28 qram, əyarı 583 olan 1 dəst sırğa birləşdirilmiş iş üzrə iddiaçı X16, qalan qızıl-zinət əşyaları – 1) sep: 3 dəst, çəkisi 35,09 qr, əyarı 750; 2) sep-kulon: 1 dəst, çəkisi 20,5 qram, əyarı 750; 3) qolbaq: 2 dəst, çəkisi 27,1 qram, əyarı 750; 4) qolbaq: 4 dəst, çəkisi 47 qram, əyarı 585; 5) kulon: 3 dəst, çəkisi 24 qram, əyarı 585; 6) komplekt: (sırğa-üzük): 2 dəst, çəkisi 24 qram, əyarı 585; 7) boyunbağı: 1 dəst, çəkisi 18,3 qram, əyarı 750; 8) sep-kulon: 1 dəst, çəkisi 10,4 qram, əyarı 585; 9) kolye: 1 dəst, çəkisi 6,74 qram, əyarı 585; 10) sırğa (cüt): 1 dəst çəkisi 4 qram, əyarı 585; 11) üzük: 1 dəst, çəkisi 3,59 qram, əyarı 583 olan qızıl-zinət əşyaları İddiaçı təhvil verilsin. Birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı kompensasiya olaraq 129,13 (yüz iyirmi doqquz manat, on üç qəpik) manat məbləğində pul tutularaq birləşdirilmiş iş üzrə iddiaçı X16 ödənilsin. “JAC J7” minik markalı, **-EA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilkin satış qiyməti 18000 (on səkkiz min) manat müəyyən edilməklə qapalı hərrac vasitəsilə, qapalı hərracda əldə edilmədiyi halda isə açıq hərrac keçirilməklə satılsın və satışdan əldə edilən pul vəsaiti vərəsələr arasında paylarına mütənasib, yəni 4/5 hissədə İddiaçı, 1/5 hissədə X16 verilsin. İlkin və birləşdirilmiş iş üzrə iddialar qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qiymətləndirmə tədqiqatının dəyəri olan 472 manat pulun 236 (iki yüz otuz altı) manatı ilkin iş üzrə İddiaçı, 236 (iki yüz otuz altı) manat hissəsi isə birləşdirilmiş iş üzrə iddiaçı X10 tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN ********** Bank rekvizitləri: “Kapital Bank" ASC-nin "İnşaatçılar" filialı, H/h AZ53AİİB400600C**********226, M/h AZ37NABZ********************, Kod 201360, SWİFT: AİİBAZ2Х, VÖEN **********) ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 (iyirmi beş) manatı ilkin iş üzrə İddiaçı, 25 (iyirmi beş) manatı isə birləşdirilmiş iş üzrə iddiaçı X10 tutularaq, (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X11, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar