Məhkəmə qərarları › İş №2(005)-2354/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2354/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2354/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, X4 Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, X4 Kredit Təşkilatı İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 01№-li qrup kredit müqaviləsinə əsasən, kredit təşilatı tərəfindən cavabdehlərə ticarət (biznes sektorunun artırılması) məqsədi ilə 24 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə Cavabdeh1 3000 manat və Cavabdeh2 2000 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxx 2018-ci il tarixli, 01№-li qrup kredit müqaviləsi ilə onların üzərinə düşən öhdəliklərini köbud sürətdə pozmuşlar, ödəniş müddətini dəfələrlə ötürmüşlər, xx xxx 2018-ci il tarixli, 01№-li qrup kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişlər, dəfələrlə şifahi, telefon bağlantısı, və rəsmi bildirişlərlə ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etməkdən boyun qaçırılar, xx xxx 2018-ci il tarixli, 01№-li qrup kredit müqaviləsi üzrə ödənişlərdə gecikmələr əmələ gəlmişdir. Cavabdehlər Cavabdeh1 xx xxx 2018-ci il tarixli, 01№-li qrup kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə günün əvvəlinə 2718.20 manat məbləğində, Cavabdeh2 xx xxx 2018-ci il tarixli, 01 №-li qrup kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə günün əvvəlinə 1649.85 (bir min altı yüz qırx doqquz manat, səksən beş qəpik) manat məbləğində əsas borc üzrə kredit borcları mövcuddur. Qeyd edilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxx 2018-ci il tarixli, 01№-li qrup kredit müqaviləsi üzrə müştərək qaydada əsas borc üzrə xx.xx.2020-ci il tarixinə günün əvvəlinə olan 4368.05 manat məbləğində kredit borcunu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq X5 Təşkilatı İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X4 Kredit Təşkilatı İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etdi. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan X5 Təşkilatı İddiaçı ilə cavabdehlər X2 və X1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 nömrəli qrup kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehlərə illik 30 faiz olmaqla 24 ay müddətinə Cavabdeh1 3000 manat, Cavabdeh2 isə 2000 manat məbləğində kreditin ayrılmasını öz öhdəsinə götürmüşdür, borcalan yəni Cavabdeh1 və Cavabdeh2 krediti qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri borcverənə, yəni X5 Təşkilatı İddiaçınə qaytarmağı öhdələrinə götürmüşlər. İş materiallarında olan KF/06659 saylı kredit müqaviləsinə əlavə kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 üçün aylıq ödənişin məbləği 111,83 manat müəyyən edilmişdir. İş materiallarında olan KF/06658 saylı kredit müqaviləsinə əlavə kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 üçün aylıq ödənişin məbləği 167,74 manat müəyyən edilmişdir. İş materiallarında olan BOKT «xxxxxxxxxxxxx» MMC-nin cavabdehlərə göndərdiyi xx xxxx 2020-ci il tarixli Fİ\20\008 VƏ Fİ\20\009 saylı bildirişlərdən görünür ki, 3 gün ərzində kreditlə bağlı öhdəliklərini yerinə yetirməyəcəkləri təqdirdə cavabdehlər barəsində qanun çərçivəsində tədbirlər görüləcəyinə dair xəbərdar edilmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X5 Təşkilatı İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, hal hazırda Cavabdeh1 arasında bağlanılmış xx xxx 2018-ci il tarixli, 01 N2-1 i qrup kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 2718.20 (iki min yeddi yüz on səkkiz manat, iyirmi qəpik) manat əsas borc üzrə, Cavabdeh2 arasında bağlanılmış xx xxx 2018-ci il tarixli, 01 №-li qrup kredit müqaviləsi üzrə 1649.85 (bir min altı yüz qırx doqquz manat, səksən beş qəpik) manat əsas borc üzrə ödənilməmiş kredit borcu mövcuddur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 Təşkilatı İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 nömrəli qrup kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehlərə illik 30 faiz olmaqla 24 ay müddətinə Cavabdeh1 3.000 manat, Cavabdeh2 2.000 manat məbləğində kreditin ayrılmasını öz öhdəsinə götürmüşdür, borcalanlar yəni Cavabdeh1 və Cavabdeh2 krediti qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri borcverənə, yəni X5 Təşkilatı İddiaçınə qaytarmağı öhdələrinə götürmüşlər. Lakin bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiklərindən cavabdehlərin banka Cavabdeh1 nəzərən 2718,20 manat borcu, Cavabdeh2 nəzərən isə 1649,85 borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxx 2018-ci il tarixli, 01№-li qrfup kredit müqaviləsi üzrə müştərək qaydada əsas borc üzrə xx.xx.2020-ci il tarixinə günün əvvəlinə olan 4368.05 (dörd min üç yüz altmış səkkiz manat, sıfır beş qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulub X5 Təşkilatı İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxx 2018-ci il tarixli, 01№-li qrup kredit müqaviləsi üzrə müştərək qaydada əsas borc üzrə xx.xx.2020-ci il tarixinə günün əvvəlinə olan 4368.05 (dörd min üm yüz altmış səkkiz manat, sıfır beş qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu X5 Təşkilatı İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar