Məhkəmə qərarları › İş №2(005)-2361/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2361/2021

16.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2361/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Cavabdeh oglunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və əməliyyat pulunun tutulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və əməliyyat pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.08.2016-cı il tarixli təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)- 4268/2019 saylı, 09.10.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh Qonmalı oğlundan onun xeyrinə tutulmuş alimentin artırılması və hər ay üçün 250 manat müəyyən edilməsi, cavabdehdən iddiaçının xeyrinə 3385 (2000+1385) manat əməliyyat pulunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, məcburi köçkündür. Belə ki, Laçın rayonu, Qalaca kəndinin işğalından sonra ailəsi məcburi köçkün düşmüş, ünvan 1 ünvanında məskunlaşmışlar. Hal-hazırda qeyd edilən ünvanda yaşayır. El adətinə uyğun olaraq 30.09.2015-ci il tarixdə Cavabdeh ilə ailə qurmuş, Elnurun valideynlərinə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ev 1-ə gəlin gəlmiş və cavabdehlə birgə həmin evdə yaşamışlar. Toydan əvvəl həyat yoldaşının sənədlərində müəyyən çatışmazlıqlar olduğu üçün nikahın dövlət qeydiyyatına alınması mümkün olmasa da, toydan sonra həmin çatışmazlıqlar aradan qaldırılsa da, qaynanası nikahın qeydiyyata alınmasına icazə verməmişdir. Toydan əvvəl qaynanası bildirmişdir ki, onun Sumqayıt Dövlət Universitetində təhsil almağına etiraz etmirlər və təhsili başa vurmağına dəstək olacaqlar. Buna baxmayaraq toydan sonra qaynanası dərsə getməyə icazə vermədiyi üçün Universitetdən xaric olmağının qarşısını almaq məqsədi ilə atasının xahişini nəzərə almaqla, Universitet rəhbərliyi akademik məzuniyyətə çıxmağını təmin etmişdir. Aliə qurduqdan sonra ilk gündən başlayaraq qaynanası ona qarşı gəlini kimi yox, düşməni kimi münasibət göstərməyə başlamış və daima aşağıladı, ona qarşı amansız davranmışdır. Buna baxmayaraq o, ailəsinin dağılmaması naminə dözmək qərarına gəlmişdir. Daha sonrakı dövrdə qaynanası evdən çıxmağını tələb etmiş və o, ata evinə qayıtmışdır. Sonradan barışıq olsa da, qaynanası bir daha evdən çıxmağını tələb etmiş və o, uşağı ilə birgə ata evinə qayıtmışdır. Cavabdeh ilə birgə nikahdan 22.08.2016-cı il tarixdə oğlu X3 anadan olmuşdur. Oğlu, Elminin çətinliklə başa gələn doğum xərclərinə belə nə Elnur nə də onun ailəsi dəstək olmamışlar. Bütün xərcləri valideynləri çəkmişlər. Anadan olduğu vaxtdan uşağa valideynləri baxmışlar. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4268/2019 saylı, 09.10.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 22.08.2016-cı il tavəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq mənə ödənilməsi qət edilmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1054/2020 saylı, 18.02.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 22.08.2016-cı il tarixli təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılınası üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Məlum olduğu kimi 2021-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı haqqında Azərbaycan Respublikası Qanuna əsasən 01.01.2021-ci il tarixdən başlayaraq ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Müəyyən edilmiş yaşayış minimumu ilə yanaşı məlum olduğu kimi pandemiya və dünyada baş verən hadisələrlə əlaqədar ölkədə ərzaqların, geyimlərin və xidmətlərin qiyməti də artmışdır. Bu səbəbdən 175 manatla uşağın saxlanması mümkünsüzdür, üstəlik Elminin xəstəlik, dava dərman və həkim xərcləri. Elnur hipostadiyadan əməliyyat olunmuş və daimi müalicə altındandır. 27.02.2017-ci il tarixdə Crand Hospitalda icra edilmiş əməliyyat üçün 2000 manat, 13.02.2018-ci il tarixdə icra edilmiş əməliyyat üçün isə 1385 manat pul vermişik. Bütün bu xərclərin çəkilməsində Elnur iştirak etməmiş, uşağının halını belə soruşmamış, onunla maraqlanmamış, qeydinə qalmamışdır. Məhkəmə yuxarıda qeyd edilən qətnamə ilə alimenti tularkən yaşayış minimumu çərçivəsində alimeııt tutmuş, dava dərman xərcləri nəzərə alınmamışdır və bu səbəbdən hesab edir ki, aliment artırılaraq 220 manat minimum məbləğdə tutulmalı, əməliyyatlara verilmiş 1385 manat və 2000 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin Cavabdeh iddianı qəbul etmədi və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan 5 saylı “ASAN” xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 07 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 882818 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki X3 22.08.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4413 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; İş materiallarında olan 5 saylı “ASAN” xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 26 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 315721 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 22 avqust 2016-ci il tarixdə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 08 dekabr 2016-ci il tarixdə 327 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4268/2019 saylı, 09.10.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 22.08.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulma vaxtının 11 sentyabr 2019-cu il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmşdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1054/2020 saylı, 18.02.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, 18.02.2020-ci il tarixdən başlayaraq, Cavabdeh 22.08.2016-cı il tarixli təvəllüdlü X2yetkinlik yaşına çatanadək, saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan R 26250 №-li, 27.02.2017-ci il tarixli qəbzin surətindən görünür ki, “Grand Hospital”-a 2000 manat məbləğində avans ödəməsi edilmişdir. İş materiallarında olan N 55257 №-li, 13.02.2018-ci il tarixli qəbzin surətindən görünür ki, “Grand Hospital”-a 1385 manat məbləğində avans ödəməsi edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflərin faktiki nikahlarından 22 avqust 2016-cı il təvəllüdlü X3 anadan olmuşdur. Hazırda tərəflər ayrı yaşayır və uşaq ananın himayəsindədir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4268/2019 saylı, 09.10.2019cu il tarixli qətnaməsi ilə Cavabdeh 22.08.2016-cı il tavəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq mənə ödənilməsi qət edilmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1054/2020 saylı, 18.02.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 22.08.2016-cı il tarixli təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılınası üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək 2(005)-4268/2019 saylı, 09.10.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulmuş alimentin artırılması məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, birgə nikahdan anadan olmuş uşagın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı uşağa 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməli, qalan hissədə təmin olunmamalıdır. İddiaçının digər tələbi cavabdehdən onun xeyrinə 3.385 (2000+1385) manat məbləğində əməliyyat pulunun tutulmasıdır. Ailə Məcəlləsinin; 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə hesab edir ki, iddianın “3.385” manat əməliyyat xərci hissəsi qismən təmin olunmalı, həmin məbləg valideynlər arasında bərabər bölünməklə Cavabdeh 1692,5 (bir min altı yüz doxsan iki manat beş qəpik) manat tutulub İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1054/2020 saylı, 10.02.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 22.08.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. 22.08.2016-cı il təvəllüdlü X2 əməliyyat xərci ilə əlaqədar Cavabdeh 1692,5 (bir min altı yüz doxsan iki manat beş qəpik) manat məbləğində əlavə xərc İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar