Məhkəmə qərarları › İş №2(005)-2365/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2365/2020

27.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2365/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh və onun vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1545/2012 nömrəli, xx xxx 2012-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxxxx 2010-ci il təvəllüdlü X2 üçün müəyyən edilmiş 100 (bir yüz) manat məbləğində alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o cavabdehlə xx xxxxxx 2010-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxxxx 2010-cu il təvəllüdlü X8 anadan olmuşdur. Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-1545/2012 nömrəli, xx xxx 2012-ci il tarixli qətnaməsi əsasında Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsində xx xxxxxx 2010-cu il tarixdə 81 nömrəli akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi, birgə nikahdan doğulmuş xx xxxxxx 2010-cu il təvəllüdlü X5 Ağayeva (Qurbanova) Gülnar Rasim qızının yanında saxlanılması, xx xxxxxx 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi Ağayeva (Qurbanova) Gülnar Rasim qızının yanında saxlanılması, uşağın saxlanılması üçün xx xxxxx 2012-ci il tarixdən başlayaraq Cavabdeh Ağayeva (Qurbanova) Gülnar Rasim qızının xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh indiyə kimi alimenti hissə-hissə, xeyli müddətdə gecikmələrlə ödəmişdir. Dəfələrlə ondan alimenti vaxtıvaxtında ödəməsini istəsə də, sonuncu müxtəlif yollarla vəzifəli şəxsləri ələ almaqla alimenti ödəməkdən yayınmışdır. Ayrıldığı vaxtdan uşağı ilə birgə bir müddət anasıgildə yaşamışdır. Daha sonra kirayədə qalmağa məcbur olmuşdur. Uşaq autizm xəstəsidir, ona həmçinin kanner sindrom, yüngül kəmağıllıq nitq və davranış pozuntusu diaqnozu qoyulmuşdur. Uşaq Bakı şəhərində yerləşən 7 nömrəli uşaq poliklinikasında autizm xəstəsi kimi qeydiyyatdadır. Uşağın xəstəliyi ilə əlaqədar ona xüsusi qulluq lazımdır. Ona görə uşağı tək qoymaq olmur. Özünə və kənardakı şəxslərə hər an təhlükə törədə və xəsarət yetirə bilər. Maddi vəsaiti olmadığından hal-hazırda müalicəsini dayandırmışdır. Cavabdeh nəinki onun müalicəsinə maddi köməklik göstərmir, hətta 100 (bir yüz) manat məbləğində alimenti ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Uşaq onun himayəsindədir, onun bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəyir. Cavabdeh uşaqla maraqlanmır. Aliment borcunu da hissə-hissə ödəyir. Baxmayaraq ki, maddi imkanları yaxşıdır, işləyir və daimi qazancı vardır. Hal-hazırda autizm xəstəliyindən əziyyət çəkən uşağının saxlanılması xərcləri artıb və cavabdehin ödəməli olduğu aliment məbləği onun bütün xərclərinin ödənilməsi, xüsusilə müalicəsi üçün kifayət deyil və onun artırılmasına ehtiyac vardır. Ölkə üzrə yaşayış minimumu da artırılmışdır. Bir daha qeyd edir ki, bir ata kimi cavabdeh demək olar ki, uşaqla maraqlanmır, ehtiyaclarını ödəmir. Təbii ki, belə vəziyyətdə uşağın bütün xərclərinin ödənilməsini o təkbaşına edə bilmir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2020-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Buna görə də hesab edir ki, cavabdehdən uşağın saxlanılmasına görə məhkəmə qaydasında aliment məbləği artırılmalı, hər ay uşağa görə 170 (bir yüz yetmiş) manat (ölkə üzrə bir uşaq üçün yaşayış minimumu əsas götürülərək) sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırda ikinci dəfə qurduğu ailəsi ilə də bağlı həyat yoldaşı Yardımlı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin iddia tələbində də onun hazırkı həyat yoldaşı birgə nikahlarından anadan olmuş üç uşaqları üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat məbləğində məhkəmə qaydasında aliment tələb etdiyindən, hazırkı maddi durumu onun birinci ailəsi ilə bağlı müəyyən edilmiş aliment məbləğinin artırılmasına imkan vermir, bu baxımdan da iddia ərizəsinin rədd edilməsi barədə qətnmə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 536926 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxx 2010-cu il tarixdə 2224 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli 2(005)-1545/2012 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın etibarsız sayılması və aliment məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh ilə Ağayeva (Qurbanova) Gülnar Rasim qızı arasında Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində xx xxxxxx 2010-cu il tarixdə 81 nömrəli akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmamış uşaqları xx xxxxxx 2010-cu il təvəllüdlü X7in iddiaçı Ağayeva (Qurbanova) Gülnar Rasim qızının yanında saxlanılması, xx xxxxxx 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxx 2012-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçı Ağayeva (Qurbanova) Gülnar Rasim qızının xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması, iş üzrə 5 (beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı Ağayeva (Qurbanova) Gülnar Rasim qızına aid edilməsi, 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir; 7 nömrəli uşaq poliklinikasının xx xxxx 2017-ci il tarixli 49 nömrəli arayışının surətindən görünür ki, xx xxxxxx 2010-cu il təvəllüdlü X8 7 nömrəli uşaq poliklinikasında uşaq autizmi, kanner sindromu ilə dispanser qeydiyyatdadır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin xx xxxxxxxx 2017ci il tarixli 2880 nömrəli afrayışının surətindən və məzmunundan görünür ki, xx xxxxxx 2010-cu il təvəllüdlü X8 uşaq autizmi, kabber sindromu, yüngül kəmağıllıq, nitq və davranış pozuntusu diaqnozu müəyyən edilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin xx xxxxxx 2020-ci il tarixli 181 nömrəli arayışının məzmunundan görünür ki, X8 həqiqətən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin xüsusi təhsil İİİ sinfində təhsil alır və internat məktəbində yaşayır; Beləliklə, məhkəmədə müəyyən olundu ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli 2(005)-1545/2012 nömrəli qətnaməsi ilə Cavabdeh ilə Ağayeva (Qurbanova) Gülnar Rasim qızı arasında Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində xx xxxxxx 2010-cu il tarixdə 81 nömrəli akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmamış uşaqları xx xxxxxx 2010-cu il təvəllüdlü X7in iddiaçı Ağayeva (Qurbanova) Gülnar Rasim qızının yanında saxlanılması, xx xxxxxx 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxx 2012-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçı Ağayeva (Qurbanova) Gülnar Rasim qızının xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. xx xxxxxx 2010-cu il təvəllüdlü X8 uşaq autizmi, kabber sindromu, yüngül kəmağıllıq, nitq və davranış pozuntusu diaqnozu müəyyən edilmişdir. X8 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin xüsusi təhsil İİİ sinfində təhsil alır və internat məktəbində yaşayır. İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1545/2012 nömrəli, xx xxx 2012-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxxxx 2010-ci il təvəllüdlü X2 üçün müəyyən edilmiş 100 (bir yüz) manat məbləğində alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, iddia tələbini qismən əsaslı hesab edərək, xx xxxxxx 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay tutulacaq alimentin sabit pul məbləğində ifadə olunmasını ədalətli və əsaslı hesab edir. Məhkəmə, yetkinlik yaşına çatmayanın hazırda 11 nömrəli inteqrasiya təlimli internat məktəbində yaşamasını, 2020-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, birgə nikahdan anadan olmuş 05avqust 2010-cu il təvəllüdlü X1 üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, alimentin artırılması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli 2(005)-1545/2012 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx xxxxxx 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Aliment tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar