Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2375/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 25 iyun 2018-ci il tarixli kredit müqaviləsi üzrə 2703.93 AZN əsas borc, 1035.9 AZN faiz borcu, 17583.81 AZN cərimə borcu və kredit müqaviləsi üzrə 25.09.2020-ci il tarixdən 15.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 66.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, ümumilikdə cəmi 21390.14 AZN borcun, 07 mart 2018-ci il tarixli kredit müqaviləsi üzrə 1745.93 AZN əsas borc, 610.11 AZN faiz borcu, 7222.34 AZN cərimə borcu və kredit müqaviləsi üzrə 09.03.2021-ci il tarixdən 15.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, ümumilikdə cəmi 9579.88 borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 25 iyun 2018-ci il tarixli kredit müqaviləsinə əsasən “TBC” Kredit Bank olmayan Kredit təşkilatından illik 23.5 faizlə 27 ay müddətinə 4650 manat , 07 mart 2018-ci il tarixli kredit müqaviləsinə əsasən ‘*TBC‘ Kredit Bank olmayan Kredit təşkilatından illik 26 faizlə 36 ay müddətinə 3000 manat kredit götürmüşdür. “TBC” Kredit Bank olmayan Kredit təşkilatı ilə İddiaçı ASC arasında bağlanmış X3 19 fevral 2019-ci il tarixli müqaviləyə l№li Əlavə Sazişə əsasən Cavabdeh ilə “TBC” Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il martın 15-dək Cavabdeh banka 25 iyun 2018-ci il tarixli kredit müqaviləsi üzrə 2703.93 AZN əsas borc, 1035.9 AZN faiz borcu , 17583.81 AZN cərimə borcu və kredit müqaviləsi üzrə 25.09.2020-ci il tarixdən 15.03.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 66.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, ümumilikdə cəmi 21390.14 AZN borcu , 07 mart 2018-ci il tarixli kredit müqaviləsi üzrə 1745.93 AZN əsas borc, 610.11 AZN faiz borcu , 7222.34 AZN cərimə borcu və kredit müqaviləsi üzrə 09.03.2021 -ci il tarixdən 15.03.2021-ci il lanxədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, ümumilikdə cəmi 9579.88 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçı «İddiaçı” ASC-nin nümayəndəsi X4 qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh izahatında iddia tələbini qismən qəbul edərək, maddi vəziyyətinin çətin olduğunu, hazırda yekun qərar çıxarsa borc tələbini birdəfəyə təmin edə bilməyəcəyini bildirdi və göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış BAKU2-21451-15925 saylı, 25.06.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh illik 23,5% hesablanmaqla 27 ay müddətə 4650 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan BAKU2-21451-15925 saylı, 25.06.2018-ci il tarixli Kredit müqaviləsi üzrə Ödəniş qrafikindən görünür ki, Cavabdeh 4650 manat məbləğində vəsaiti illik 23.5% hesablanmaqla, aylıq 224 manat annuitetlə ödəməyi öhdəsinə götürür. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış BAKU2-21451-15487 saylı, 07.03.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh illik 26 % hesablanmaqla 36 ay müddətə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan BAKU2-21451-15487 saylı, 07.03.2018-ci il tarixli Kredit müqaviləsi üzrə Ödəniş qrafikindən görünür ki, Cavabdeh 3000 manat məbləğində vəsaiti illik 26% hesablanmaqla, aylıq 121 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan müqavilənin surətindən görünür ki, “xxxx” MMC ilə “xxxx” İKB ASC arasında 19.02.2019-cu il tarixli X3 Müqavilə bağlanmışdır. İş materiallarında olan 02.03.2021-cu il tarixli “xxxx” ASC tərəfindən Cavabdeh ünvanlanmış Xəbərdarlıq məktubunun surətindən görünür ki, borcunun tam olaraq 5 iş günü müddətinə ödəməyi əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarında olan 12.02.2021-cu il tarixli “xxxx” ASC tərəfindən Cavabdeh ünvanlanmış Xəbərdarlıq məktubunun surətindən görünür ki, borcunun tam olaraq 5 iş günü müddətinə ödəməyi əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh BAKU2-21451- 15487 saylı müqavilə üzrə 15.03.2021-ci il tarixə 1745.93 manat, 610.11 manat faiz borcu, 7222 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.5 manat, cəmi 9578.38 manat borcu yaranmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh BAKU2-21451- 15925 saylı, müqavilə üzrə 15.03.2021-ci il tarixə 2703.93 manat, 1035.9 manat faiz borcu, 17583.81 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 66.5 manat, cəmi 21323.64 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesabdan çıxarış və maliyyə arayışını əsas götürərək hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və tələb təmin edilməli, BAKU2-21451-15925 saylı, 25.06.2018-ci il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh 2703,93 manat əsas borc, 1035,9 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 66,5 manat, BAKU2-21451-15487 saylı, 07.03.2018-ci il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh 1745,93 manat əsas borc, 610,11 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 1,5 manat məbləğində vəsait İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, BAKU2-21451-15925 saylı, 25.06.2018-ci il tarixli Kredit müqaviləsi üzrə 17583.81 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından cavabdehdən iddiaçının xeyrinə 100 manat məbləğində cərimə, BAKU2-21451-15487 saylı, 07.03.2018-ci il tarixli Kredit müqaviləsi üzrə 7222.34 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından cavabdehdən iddiaçının xeyrinə 70 manat məbləğində cərimə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25.06.2018-ci il tarixli müqavilə üzrə 2703,93 manat əsas borc, 1035,9 manat faiz borcu, 100 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 66,5 manat, 07.03.2018-ci il tarixli müqavilə üzrə 1745,93 manat əsas borc, 610,11 manat faiz borcu, 70 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 1,5 manat cəmi 6333,87 manat və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2375/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2375/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver