Məhkəmə qərarları › İş №2(005)-2384/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2384/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2384/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun və digər xərclərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun və digər xərclərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 30030 (otuz min otuz) manat əsas borc, nümayəndəyə etibarnamə verilməsi üçün ödənilmiş 11.50 (on bir manat 50 qəpik) manat xidmət haqqı və 110 (yüz on) manat vəkilə ödənilmiş xidmət haqqı və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X2 Osmanova ilə xx.xx.2018-ci ildə Bakı şəhəri 9 saylı Notariat Kontorunda notarial qaydada bağladığı kredit müqaviləsinə əsasən, sonuncuya 22000 manat kredit vermişdir. Həmin müqavilənin 3-cü bəndinə görə cavabdeh 30030 manat qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ödənişi xx.xx.2019-cu ilədək qaytarmağı öhdəlik kimi götürməsinə və müqavilənin müddətinin bitməsindən xeyli müddət keçməsinə baxmayaraq, hal-hazıradək borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi barədə sonuncu dəfə xx xxx 2020-ci il tarixli pretenziya məktubu ilə müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyinə görə, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi, vəkil tutulması və digər əlavə xərclərin tutulması barədə hüquqlarının müdafiəsi və ölkə hüdudlarından kənara çıxmasına məhdudiyyət qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət ediləcəyi barədə yazılı xəbərdarlıq edilmişdir. Lakin xx xxx 2018-ci il tarixli xəbərdarlığa baxmayaraq, borclu tərəfindən öhdəliklərə əməl edilməmiş, borcun qısa müddət ərzində ödənilməsinə söz versə də, halhazıradək heç bir nəticə olmamışdır. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Osman qızı məhkəməyə xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiqlənmiş ərizə göndərərək iddia tələbini qəbul etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş kredit müqaviləsinin məzmunundan göründüyü kimi iddiaçı X6 Cavabdeh 22000 (iyirmi iki min manat sıfır qəpik) məbləğində pul borc verir və borc alan krediti xx.xx.2019-cu il (otuz iyun iki min on doqquzuncu) tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Həmçinin tərəflər kreditin illik faiz dərəcəsinin 36.5% olması barədə razılığa gəliblər. Borcalana cəmi 30030.0 (otuz min otuz) manat xx.xx.2019 (otuz iyun iki min on doqquzuncu il) tarixədək İddiaçı qaytarılmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubunda xx xxxxxx 2018-ci ildə notarial qaydada (Bakı şəhəri 9 saylı Notariat kontoru) bağlanılan kredit müqaviləsinə əsasən 30030 manat məbləğində borcun 3 gün müddətində ödənilməsinin təmin edilməsini, əks təqdirdə, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun ödənilməsi, vəkil tutulması və digər əlavə xərclərin cavabdehdən tutlması barədə hüquqlarının müdafiəsi və ölkə hüdudlarından kənara çıxılmasına məhdudiyyət qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh Osman qızı tərəfindən məhkəməyə xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, iddia tələbini qəbul edir və işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyini bildirmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı hüquqi yardımın ödəniulməsinə görə 110 manat ödəmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, 30 manat iddia tələbinə dair rüsum köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçı X3 aldığı məbləğin qarşılığında öhdəliyini icra etməmişdir. və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Göründüyü kimi, iddiaçı X6 tərəfindən 22000 (iyirmi iki min) manat məbləğində pul Cavabdeh tələb edilir və qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı sübutlarla əksini tapmış və cavabdeh iddianı qəbul etdiyini notarial qaydada ərizəsində göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, İddia təmin edilməli, tərəflər arasında Bakı şəhəri 9 saylı Notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 30.030 (otuz min otuz) manat əsas borc, nümayəndəyə etibarnamə verilməsi üçün ödənilmiş 11.50 (on bir manat 50 qəpik) manat xidmət haqqı və 110 (yüz on) manat vəkilə ödənilmiş xidmət haqqı və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh X1 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 30 030 (otuz min otuz) manat əsas borc, nümayəndəyə etibarnamə verilməsi üçün ödənilmiş 11.50 (on bir manat 50 qəpik) manat xidmət haqqı, 110 (yüz on) manat vəkilə ödənilmiş hüquqi yardıma görə xidmət haqqı və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh X1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar