Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-239/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 üçüncü şəxs qismində cəlb edilməklə) maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş 1.000 (bir min) manat məbləğində maddi ziyanın və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 19V nömrəli evin 36 nömrəli mənzili qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçıya məxsus olmuşdur.Sonradan həmin mənzilin Cavabdeh satılması barədə onunla Cavabdeh arasında 26 yanvar 2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 19V nömrəli evin 36 nömrəli mənzil Cavabdeh satılmışdır. İddiaçı qeyd edir ki, alqı-satqı müqaviləsi bağlayarkən mənzillə bağlı bütün kommunal ödənişlər onun tərəfindən tam şəkildə ödənilərək, ödəniş qəbzləri və borcun olmaması barədə arayışları cavabdehə təqdim edilmişdir. Sözügedən mənzil satılandan sonra kommunalla bağlı ödənişlərin onun adından çıxarılaraq cavabdehin adına qeydiyyata alınmasım "xxxx" ASC-dən xahiş etsə də bunun yalnız mənzili alan şəxsin mülkiyyətini təstiq edən sənədləri və həmin mülkiyyətçinin rəsmi müraciəti əsasında mümkün olması ona bildirilmişdir. Cavabdeh mənzili alarkən şifahi olaraq ona söz versə də kommunal ödənişlərlə bağlı qeydiyyatları öz adına rəsmiləşdirməmiş eyni zamanda aylıq kommunal ödənişlərini də ödəməmişdir.Belə ki, 2024-cü il tarixdə may ayında pensiya pulunu alan zaman məlum olmuşdur ki, iddiaçıya məxsus pensiya kartından 630 manat məbləğində pul tutulmuşdur. Bunun səbəbini araşdırdıqda məlum olmuşdur ki, onun heç bir məlumatı olmadan "xxxx" ASC ona qarşı "su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair" məhkəmədə iddia qaldırmış və məhkəmə iclasları iddiaçının məlumatı və iştirakı olmadan keçirilmiş və Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4421/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh İddiaçı su təhcizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 591.93 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilmişdir. Göründüyü kimi cavabdehin təqsirli hərəkətləri nəticəsində ona məxsus mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borc ona məxsus pensiya kartı hesabından 630 manat məbləğində tutulmuşdur. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyan cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 nümayəndəsi X2 iddia tələbinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıını bildirdi. Eyni zamanda qeyd etdi ki, 31 may 2024-cü il tarixdə Ağa Nemətulla küçəsi, ev 19V, mənzil 36 ünvanında xx.xx.2007-ci ildə quraşdırılmış SSS-15 markalı, 65058 nömrəli mexaniki tipli sayğac işləmədiyi üçün yenisi ilə əvəz edilmişdir. Nəzarət ölçü cihazları idarəsi tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli 65058/0351513 nömrəli laboratoriya rəyinə əsasən mənzildən sökülən sözügedən sayğacın mexaniki hissəsi işləməmiş, sayğac sərfiyyatı qeyd\ alınmamışdır. Eyni zamanda mənzilin yeni sahibi Cavabdeh su təchizatı və tullantı suları xidmətlərinə görə hesabat 2019-cu ilin iyun ayından sayğac göstəricisinə görə deyil orta aylıq göstərici əsasında hesablanmışdır. Həmin müddət üçün hesablanmış 360,73 manat abonentin borcudur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia ərizəsinə uyğun izahata verərək, iddia tələbini müdafiə etmişdir. O qeyd etmişdir ki, mənzil 2019-cu ildə satılmasına baxmayaraq, sayğac hələ də onun adınadır. Cavabdeh öhdəliklərini icra etməyərək sayğacı öz adına keçirməmişdir. Hesablanmış borc isə onun borcu deyil. Buna baxmayaraq məhkəmə qətnamə qəbul edib, həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilib. Yalnız iddiaçının təqaüd kartından pul tutulduqdan sonra məsələdən xəbərdar olublar. Apellyasiya şikayəti vermək üçün müddəti ötürdüyündən apellyasiya instansiyası məhkəməsinə müraciət edə bilməyib. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 izahatında iddia tələbini qəbul etmədiyini bildirmişdir. O qeyd edib ki, iddiaçı ilə evin alqı-satqısı zamanı tanış olub, əvvəldən tanımayıb. Su idarəsinə sayğacın adına keçirilməsi üçün müraciət etsə də, müraciəti hələ də cavabsız və icrasız qalıb. Su İdarəsinin nümayəndəsi sayğaca baxış keçirib. Bildirilib ki, idarədə hesablanacaq. 2 ay sonra idarədən 501 kub borc olduğu bildirilib. 301 kub da əvvəlki mülkiyyətçinin borcu olduğu deyilib. Sonradan rəsmi məktub da təqdim edilib ki, Su idarəsinin işçisi sayğacın göstəricisini səhv qeyd edib və 301 kub əvəzinə 801 kub qeyd edilib. Beləliklə, cavabdehin hər hansı bir borcu olmayıb. Həmin mənzildə ümumiyyətlə yaşayış da yoxdur.İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflərin iştirakı olmadan mülki işə baxıla bilər. Mülki işin materialları - AZ-İ ******* nömrəli, xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, Bakı şəhəri,Nərimanov rayonu,Təbriz küçəsi,ev 19v,mənzil 36 ünvanında yerləşən 3 otaqlı 46.05 kv/m sahəsi olan mənzil İddiaçı tərəfindən Cavabdeh satmışdır. - Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4421/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki,cavabdeh İddiaçı su təchizatı və tullaantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 591.93 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulub. - Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2812/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki,İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. - Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2812/2024 saylı,xx.xx.2024-cü il tarixli qiyabi qətnamədən görünür ki,Cavabdehından 1.000(bir min) manat məbləğində maddi ziyan və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. - Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2812/2024 saylı,xx.xx.2024cü il tarixli qərardaddan görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2812/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilib. - Azərbaycan Dövlət Su X9 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Nərimanov Rayon Su Kanal İdarəsi tərəfindən Cavabdeh ünvanlanan sayğacın göstəricisi barədə X5 məxsus Nərimanov rayonu,Təbriz küçəsi,ev 19V,mənzil 36 ünvanında xx.xx.2007-ci ildə quraşdırılmış 65058 nömrəli sayğac xx.xx.2024-cü il tarixində sökülərək laboritoriyaya göndərilərkən göstəricisi 301 m olmuşdur. xx.xx.2019cu il tarixində nəzarətçi tərəfindən sayğacın göstəricisi oxunarkən mexaniki səhv nəticəsində 819 m göstərilmişdir.Bununda nəticəsində ünvana borc yaranmış və borcun ödənilməsi üçün Məhkəməyə müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2(005)-4421/23 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş və 591,93 manat X3 tutulmuşdur. - İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”X14 tərəfindən 23 yanvar 2025-ci il tarixli məktubundan Nərimanov rayonu,Təbriz küçəsi,ev 19V,mənzil 36 ünvanına(2012-ci ildən xx.xx.2019-cu ilə qədər və həmin dövrdən xx.xx.2023-cü ilə qədər) göstərilmiş su təchizatı və kanalizasiya xidməti haqqında görünür ki,2015-ci ilin yanvar ayında sayğac göstəricisi 319 m 2019-cu il yanvar ayında sayğac göstəricisi 819 m-dir. - “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 tərəfindən 27 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yaşayan Cavabdeh 2019-cu ildən xx.xx.2023-cü ilə qədər göstərilmiş su təchizatı və kanalizasiya xidmətinə əsasən Cavabdeh 360,73 manat borcu vardır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin): 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - Törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - Ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə tərəfindən müəyyən edilən işin halları bundan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən, 19V nömrəli evin 36 nömrəli mənzili iddiaçı X4 xüsusi mülkiyyətində olmuşdur. 26 yanvar 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında mənzil Cavabdeh xüsusi mülkiyyətinə keçmişdir. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(005)-4421/2023 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin X5 qarşı iddia tələbi təmin edilmiş və ondan 591,93 manat məbləğində pulun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icra edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək qətnamə ilə tutulan pulun əslində mənzildən onun istifadəsi zamanı yaranmadığını, cavabdehin təqsiri ucbatından yarandığını, onun öz borcunu ödəmədiyini və sayğacı öz adına keçirmədiyi kimi hallara istinad edir və cavabdehdən 1000 manat pulun tutulmasını xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin maddi ziyanla bağlı qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin edilə bilməz. Qanunun maddi ziyanın ödənilməsi ilə bağlı münasibətləri tənzimləyən normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu (hüquqa zidd əməl) olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Mülki işin materiallarında cavabdeh tərəfindən hər hansı mülki hüquq pozuntusunun törədilməsi öz təsdiqini tapmır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 591,93 manat borc və 30 manat dövlət rüsumu tutulmuşdur. Yenə mülki işin materiallarında olan, üçüncü şəxs tərəfindən təqdim edilən sənədlərdən görünür ki, 2019-cu ilin yanvar ayına qədər 207 manat 61 qəpik, 2019-cu ilin yanvar ayından dən 2023-cü ilin oktyabr ayına qədər 360,73 manat borc hesablanmışdır. 2019-cu ildin iyul ayında sayğac göstərici oxunarkən müxaniki səhv nəticəsində 819 kub metr hesablanmış, bunun nəticəsində ünvana borc yaranmış və məhkəmə qətnaməsi ilə pulun iddiaçıdan tutulması xahiş edilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsindən razı olmadığı halda apellyasiya şikayəti verə, yuxarı instansiya məhkəməsinə müraciət edə bilərdi. Lakin iddiaçı bu hüquqi addımları atmamış, hazırda 1000 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 630 manat deyil (məhkəmə qətnaməsi ilə ondan tutulan pul), 1000 manat məbləğində puılun tutulmasını tələb etməsini ümumiyyətlə əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hər hansı delikt törədilməyinə - maddi hüquq pozuntusuna yol verilmədiyinə, iddiaçıdan cavabdehin hüquqazidd əməllərinin nəticəsində deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası prosesində pul tutulduğundan iddia tələbinin faktiki əsası normanın dispozitiv şərtləri ilə üst üstə düşmür və bu səbəbdən iddia təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin təmin edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-239/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-239/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver