Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2404/2020 25.06.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçılar İddiaçı1, İddiaçı2 Xaliq oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2na qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Xaliq cavabdehlər Cavabdeh1, Cavabdeh2na qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 xeyrinə 78515 manat, İddiaçı2 Xaliq oğlunun xeyrinə 105515 manat məbləğində maddi ziyanın Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsi, cavabdehin qanunazidd hərəkətlərinə görə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı cavabdeh olaraq Cavabdeh2 formal olaraq iddia ərizəsində göstərmiş, həmin quruma qarşı hər hansı tələb irəli sürməmişdir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Xaliq oğlunun cavabdehlər Cavabdeh1 qarşı pul tələbinə dair eyni məzmunli iddia tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli qərardadı ilə ərazi aidiyyatı pozulmaqla verildiyi üçün geri qaytarılmışdır. Hazırda iddiaçı cavabdeh qismində Cavabdeh2 formal olaraq seçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2-ci və 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Göstərilən qanunvericilik aktı normasına məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilməli olan məlumatlardan biri də iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdığı hallardır. İddia tələbi hər hansı digər cavabdehə qarşı yönəlmədiyindən, iddia ərizəsi onun forma və məzmununa uyğun formada məhkəməyə verilməmişdir. Elektron Məhkəmə Sistemində Cavabdeh1 barəsində şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, iddia ərizəsi üzrə cavabdeh Lənkəran rayonu, X1, Boladi kəndi ünvanında pasport qeydiyyatındadır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü il maddəsinə əsasən hakim əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana uyğun məhkəməyə verilməmişdir. Aidiyyat qaydaları pozulduğdan, eyni zamanda iddia ərizəsinin fonra və məzmununa əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 Xaliq oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2na qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2404/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2404/2020
25.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver