Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-241/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 2500 manat pulun tutulmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə və ona əlavə edilmiş barışıq sazişi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışıq əldə olunması səbəbindən həmin barışıq sazişinin təsdiq olunmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə İddiaçı və Cavabdeh MMC arasında 07 fevral 2023-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “EGE Hospital" MMC-nin öhdəlikləri:
1. “EGE Hospital" MMC öhdəsinə götürür ki, bu müqavilədə adı göstərilən pasiyentə süni mayalanma əməliyyatının icrası üçün sağlam embrion əldə edilməsi mümkün olmadığından transfer əməliyyatının tamamlanmamasına görə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini pasiyent İddiaçı bu müqavilə imzalandığı andan etibarən notarius depozit hesabına ödəyir.
2. 800 manat məbləğində pul vəsaiti pasiyent İddiaçı verildikdən sonra həm pasiyent İddiaçı, həyat yoldaşı X3 eləcə də onların hər hansı qohumlarının və digər şəxslərin həkim X1 və Klinikaya qarşı heç bir iddiası, tələbi və s. olmayacaqdır.
3. 800 (səkkiz yüz) manat verildikdən sonra süni mayalanma əməliyyatın icrası ilə əlaqədar pasiyent İddiaçı təkrar bununla bağlı Cavabdeh MMC tərəfindən icra edilməsinə dair heç bir iddia, tələb, irad və sair olmayacaqdır.
İddiaçı və X2 hüquq və öhdəlikləri:
1. İddiaçı və X3 öhdəsinə götürür ki, bu müqavilə ilə nəzərdə tutulan 800 (səkkiz yüz) manat onlara geri qaytarıldıqdan sonra nə həkim Aynurə Nəcəfəliyevaya, nə də ki, Cavabdeh MMC-yə qarşı bu müqavilədə göstərilən əməliyyatın icrası, əməliyyatla əlaqədar eləcə də digər hər hansı halla bağlı heç bir iddiası, tələbi olmayacaqdır.
2. İddiaçı və X4 öhdəsinə götürür ki, onun digər qohumları, yaxınları tərəfindən də belə bir iddia və tələb olmayacaqdır. Belə tələb və iddia olduğu halda həmin tələbə və iddiaya qarşı şəxsən məsuliyyət daşıyacaq, iddia edilən bütün tələblər onun tərəfindən qarşılanacaqdır.
İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Mehriban Əfəndizadə