Məhkəmə qərarları › İş №2(005)-242/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-242/2025

18.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-242/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (açar sözlər: podrat müqaviləsi; iddia müddəti) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aldadılma nəticəsində tərəfindən 11.50 kv.m artıq ödənilmiş vəsaitin dəyəri olan cəmi 9591,52 (doqquz min beş yüz doxsan bir manat 51 qəpik) manat məbləğində pulun və dövlət rüsumu qismində ödənilmiş 116 manat məbləğində pulun öz xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2” MMC ilə İddiaçı arasında 01 sentyabr 2007-ci il tarixdə №2934 saylı mənzil sertifikatının alqı-satqı Müqaviləsi imzalanmışdır ki, müqavilənin 1.1-ci bəndinin tələblərinə uyğun olaraq predmetinə uyğun olaraq “X2” MMC mənə “Abşeron rayon ərazisində Bakı-Sumqayıt yolunun 7-ci kilometrində inşa edilən yaşayış kompleksində 29 saylı binanın 2 otacdan ibarət ümumi yaşayış sahəsi 69.50 kv m olan 6 saylı mənzilinə hüququ təsdiq edən 1 sentyabr 2007-ci il buraxılış tarixli, dövlət qeydiyyatına alınmış, qeydiyyat №0815-12, olan Qiymətli kağız hesab olunan AMS№00210 saylı mənzil sertifikatını alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada aldığı mənzil sertifikatının dəyərini tam ödəməyə öhdəsinə götürmüşdülər”. “Alıcı” İddiaçı yuxarıda qeyd edilən və öz üzərinə düşən öhdəlikləri tam icra edərək “X2” MMC qarşısında olan ödənişlərini tam icra etmiş və qeyd edilən mənzil sertifikatı üzrə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 7-ci km “ünvan 1 ünvanda yerləşən mənzilə xx.xx.2021-ci il tarixdə çıxarış və texniki pasport almışdır. Belə ki İddiaçı müqavilə öhdəliyi üzrə 69.5 kvm olan mənzilin, hər kv m-üçün 834.04 manat ödəniş edərək, cəmi 57 966.10 (əlli yeddi min doqquz yüz altmış altı manat 10 gəpik) manat məbləğində ödəniş edərək, 69.50 kv m olan 6 saylı mənzilinə hüququ təsdiq edən 1 sentyabr 2007-ci il buraxılış tarixli, dövlət qeyydiyatına alınmış, qeyydiyat № 0815-12, olan Qiymətli kağız hesab olunan AMS№ 00210 saylı mənzil sertifikatını satın almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən 22 iyun 2023-cü il tarixdə mübahisəli mənzilə dair alınmış Çıxarış və Texniki Pasport sənədlərində mənzilin ümumi sahəsi ümumi sahəsi 58 kv m. qeyd olunmuşdur. Həmin an onlara bəlli olmuşdur ki, “X2” MMC- ya səhvən və ya digər səbəblərdən, ümumi sahəsi 58 kvm. olan mənzili, 69.50 kvm kimi təqdim etmiş və əsassız olaraq “Alıcı” İddiaçım aldadaraq mövcud olmayan sahəyə dair əlavə vəsait alaraq 9591.51 (doqquz min beş yüz doxsan bir manat, 51 gəpik) manat məbləğdə maddi zərər vurmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək aldadılma nəticəsində tərəfindən 11.50 kv m artıq ödənilmiş vəsaitin dəyəri olan cəmi 9 591.51 (doqquz min beş yüz doxsan bir manat, 51 gəpik) manat məbləğində pulun, həmin pulun indeksasiya olunaraq 18 511.61 (on səkkiz min beş yüz on bir manat altmış bir qəpik) manat dəyərində hesablanması və dövlət rüsumu qismində ödənilmiş 145.54 (bir yüz qırx iki manat əlli dörd gəpik) manat məbləğin də pul cavabdehdən xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi (29 iyun 2012-ci il) və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (30 iyun 2009-cu il) qeyd olunan bina tikildikdən və mənzil satıldıqdan sonra qəbul edilmişdir. Cavabdeh binaları tikərkən onların layihəsini Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırmış, Layihədə mənzillərin sahələri o dövrdəki ölçmə qaydaları əsasında hesablanaraq müəyyən edilmiş, bina layıhəyə uyğun tikilərək müvafiq dövlət qurumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Mənzil iddiaçıya 2007-ci ildə satılmış, 13 avqust 2009-cu il tarixdə təhvil-təslim aktı ilə təhvil verilmişdir. İddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını imzası ilə təsdiq etmişdir. Cavabdeh mənzilləri satarkən alqı-satqı müqavilələrində mənzillərin sahəsini layihədə qeyd olunan sahələrə uyğun göstərmişdir. İddiaçıya satılmış mənzilin ölçüsü də alqı-satqı müqaviləsində layihədə qeyd olunan ölçüyə uyğun olraq 69,50 kv.m. göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci bəndinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Hamıya məlumdur ki, mənzillərin sahələrinin ölçülməsi müxtəlif dövrlərdə fəqli olmuşdur. Hazırda mənzillərin sahələri Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edilir. Akkord mənzilləri həmin qaydalar qüvvəyə minməmişdən əvvəl satmışdır. Bu səbəbdən də Akkordun satdığı mənzillərin müqavilələrdə göstərilən ölçüləri dövlət reyestrindən çıxarışlardakı ölçülərlə uyğun gəlmir. Akkord heç bir alıcını aldatmamış, müqavilə əsasında mənzillər satılmış, mənzillərin sahəsi də layihədə qeyd olunan sahələrə uyğun göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Cavabdehlə İddiaçı da öz aralarında qanunvericiliyin tələblərinə uyğun müqavilə bağlamışlar. Ekpertiza rəyində də (sual 1) mənzilin ümumi sahəsinin müqaviləyə uyğun olaraq 69.50 kv.m. olduğu təsdiq edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən iddia əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC həmçinin xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, iddaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdehdən 01 sentyabr 2007-ci il tarixli, 2934 saylı alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Bakı-sumqayıt yolunun 7-ci km-də imşa edilən yaşayış kompleksində bina 29, 2 otaqdan ibarət ümumi sahəsi 69,50 kv.m. olan 6 saylı mənzili satın almışdır. Mənzil iddiaçıya 13 avqust 2009-cu il tarixdə təhvil-təslim aktı ilə təhvil verilmişdir. İddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını imzası ilə təsdiq etmişdir. İddiaçı mənzili təhvil aldıqdan sonra təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzilin sahəsi ilə bağlı Cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Mənzilin alınmasından 17 ildən artıq müddət keçdikdən sonra iddiaçı əsassız iddialarla məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin tələbi prosessual tələbin şərtlərinə əməl etməməklə, iş üzrə məhkəmədə çaşqınlıq yaratmaq və məhkəməni başqa istiqamətdə yönəltmək niyyətində olmasının barış nümunəsidir. Cavabdehin növbəti istinadı kimi, mənzilin ona 2007-ci ildə satılması qeyd edilməsi, 13 avqust 2009-cu il tarixdə təhvil-təslim aktı ilə təhvil verilməsi, təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyanın olmadığını imzası ilə təsdiq etməyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü maddəsinin tələblərinə əsasən “Əsassız varlanma, başqa şəxsə zərər vurulması Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasdır”. Eyni zamanda etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin tələblərinə əsasən Hüquqa zidd hərəkətdir ki, buna görədə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cavabdehin iddia tələbinə qarşı növbəti istinad etdiyi hal isə növbəti “Cavabdeh mənzilləri satarkən alqı-satqı müqavilələrində mənzillərin sahəsini layihədə qeyd olunan sahələrə uyğun göstərmişdir. İddiaçıya satılmış mənzilin ölçüsü də alqı-satqı müqaviləsində layihədə qeyd olunan ölçüyə uyğun olraq 69,50 kv.m. göstərilmişdir”. Qeyd etmək istəyim ki, cavadehlə arasında 01 sentyabr 2007-ci il tarixli, 2934 saylı alqı-satqı müqaviləsi imzalanmışdır ki, müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki,” mənzilin ümumi yaşayış sahəsi 69.5 kv.m. olan....”. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** Qeydiyyat nömrəli xx.xx.2021-ci il Qeydiyyat tarixli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri Bakı Sumqayıt şosesi 7-ci kilometr “Abşeron Gənclər Şəhərciyi” ev 14 mənzil 63 ümumi sahəsi 58 kv.m müəyyən edilmişdir. Eyni zamanda qeyd etdiyi hal Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Məhkəmə Ekspertizası İnstitutunun ekspert rəyi ilə də, öz əksini tapır ki, cavabdeh bu halları görmədən öz qanunsuz əməllərinə haqq qazandırmaq istəyindədir. Və yekunda qeyd etmək istəyir ki, cavabdeh tərəfindən verilmiş etirazda istinad etdiyi “Cavabdeh binaları tikərkən onların layihəsini Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırmış”. Ola bilsin ki, özü Azərbaycan Respublikasının inzibati ərazi vahidləri ilə yaxından tanış deyildir və Bakı şəhəri ilə Abşeron rayonunun memarlıq işləri eyni mərkəzdən idarə olunur, yəni Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi, Abşeron rayonunda olan tikililəri də razılaşdırır. Lakin bu halın məntiqsiz olduğunu və yazının bol olması üçün yazıldığını hesab edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - “X2” MMC və İddiaçı arasında bağlanmış 1 sentyabr 2007-ci il tarixli 2934 saylı mənzil sertifikatının alqı-satqı müqaviləsindən görünür ki, satıcı “X2” MMC Abşeron ərazisində Bakı-Sumqayıt yolunun 7-ci kilometrində inşa edilən yaşayış kompleksində 29 saylı binanın 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 69.50 kv.metr olan 6 saylı mənzilinə hüququ təsdiq edən 1 sentyabr 2007-ci il buraxılış tarixli, dövlət qeydiyyatına alınmış qeydiyyat № 0815-12 olan qiymətli kağız hesab olunan AMS № 002103 saylı mənzil sertifikatını alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada aldığı mənzil sertifikatının dəyərini tam ödəməyi öhdəsinə götürür. -“Akkord” Şirkətlər Qrupunun xx.xx.2009-cu il tarixli aktının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, ünvan 2 ünvanda inşa etdiyi mənzili 2934 saylı müqavilənin 2.1-ci maddəsinə əsasən təhvil verir, alıcı İddiaçı isə təhvil alır. -İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, ondan dəymiş zərərin aradan qaldırılması xahiş edilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 58 kv/metr olan mənzil xx.xx.2021-ci il tarixdən İddiaçı məxsusdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsinin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı və "xxxx" ASC arasında bağlanmış 1 sentyabr 2007-ci il tarixli 2934 saylı müqaviləyə əsasən "xxxx" ASC Abşeron ərazisində Bakı-Sumqayıt yolunun 7-ci kilometrində inşa edilən yaşayış kompleksində 29 saylı binanın 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 69.50 kv.metr olan 6 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan mənzil İddiaçı mülkiyyətinə verilmiş və mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda mənzilin ümumi sahəsinin 58 kvadrat metr olması qeyd edilmişdir. Hazırda mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. -762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. -766-cı maddəsinə əsasən, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. -776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; İddia tələbinin mahiyyətindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçının sahibliyinə və istifadəsinə verilməli olan mənzilin ümumi sahəsi 69,5 kv.metr kimi müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus daşınmaz əmlakın ümumi sahəsi 58 (əlli səkkiz) kv.m kimi qeyd edilmişdir. İddiaçı cavabdeh "xxxx" ASC-dən ona müqavilə üzrə 69,50 kv.metr sahəsi olan mənzil əvəzinə 58 kv.m sahəsi olan mənzil təhvil verildiyini bildirərək, yaranmış zərərin məbləğini indeksasiya olunmaqla cavabdehdən tələb edir. Tərəflər arasındakı mövcud hüquq münasibətlərinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, bu münasibətlər onlar arasında bağlanmış 1 sentyabr 2007-ci il tarixli 2934 saylı müqavilə əsasında yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC və İddiaçı arasında bağlanmış müqavilə “alqı-satqı müqaviləsi” adlansa da, mahiyyəti üzrə onlar arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının hansı maddi hüquq normasına istinad etməsindən və hansı hüquqi əsaslandırmanı irəli sürməsindən asılı olmayaraq, mübahisənin məhz hansı hüquqi əsasda yaranması və buna uyğun olaraq da iddia tələblərinin düzgün qanuni əsası müstəqil surətdə məhkəmə tərəfindən müəyyən olunmalı və bu MPM-in 218.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Çünki iddianın əsası, yəni irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar dəyişməz olaraq qalır. Mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi ev 14 ünvanında yerləşən 63 saylı mənzilin ümumi sahəsi Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 58 kv.metr-dir. Məhkəmə araşdırması zamanı qeyd edilən halların araşdırılması, xüsusi bilik tələb edən sualların cavablandırılması məqsədilə mülki iş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli 9/7098 saylı, 10/6802 saylı rəyindən görünür ki: - Tədqiq olunan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi ev 14 ünvanında yerləşən 63 saylı mənzilin ümumi tikinti sahəsinin, yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağın, mətbəxin, dəhlizin, eləcə də balkon, lociya, terras və şüşəbəndin bütün sahəsi azaldılma əmsalına vurulmadan) qonşu divarlar, ara divarlar, sütunaltı sahələr də nəzərə alınmaqla müqaviləyə uyğun olaraq 69,5 m2 olduğu müəyyən olundu. - Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və İddiaçı arasında bağlanmış 1 sentyabr 2007-ci il tarixli 2934 №-li mənzil sertifikatının alqı-satqı müqaviləsinə əsasən mənzilin sahəsi 69,5 m2 qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydalarının 3-cü bəndinin (3.2 və 3.8) tələblərinə əsasən mənzilin ümumi sahəsi azalma əmsalları tətbiq olunmaqla 58 m2 (fərq 11,5 m2 təşkil edir) təşkil edir. Odur ki, normalar və azaltma əmsalları tədbiq olunmaqla müəyyən edilən 58 m2 sahənin Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və İddiaçı arasında bağlanmış 1 sentyabr 2007-ci il tarixli 2934 №-li mənzil sertifikatının alqı-satqı müqaviləsinə uyğun olmadığı müəyyən olundu. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 2009-cu ildə ona təhvil verilmiş mənzilin ölçülərinin müqavilədə göstəriləndən az olması əsası ilə dəymiş zərəri tələb etmək üzrə subyektiv hüquqa malik olmuşdur. Bununla belə, mülki dövriyyənin sabitliyinin qorunması məqsədilə qanunvericiliyə iddia müddətinə dair maddi hüquq normaları (AR MM-in 18-ci fəsli) daxil edilmişdir. İddia müddəti institutu şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəmə araşdırması zamanı iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edərək, iddia müddətini tətbiq etməklə iddiaçının tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. -375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Qanunvericiliyinin sadalanan normaları və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi baxımından qeyd olunmalıdır ki, məhkəmə iddia müddətinin keçməsi əsası ilə iddianı rədd edərkən yalnız iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmaqla kifayətlənməlidir. Çünki, iddia müddəti institunun məqsədi məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaq zərurətindən azad etməkdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarı). Bu konteksdə tələbin əsaslı olub-olmaması məsələsini isə yalnız işdəki sübutların məcmusu ilə mahiyyəti üzrə baxılan zaman qiymətləndirilmək mümkündür. Hazırki iş üzrə iddiaçının iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olması müəyyən olunur. Belə ki, müəyyən olunmuş hallara görə, iddiaçı ilə cavabdeh arasında Abşeron ərazisində Bakı-Sumqayıt yolunun 7-ci kilometrində inşa edilən yaşayış kompleksində 29 saylı binanın 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 69.50 kv.metr olan 6 saylı mənziliə dair 01 sentyabr 2007-ci il tarixdə müqavilə bağlanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə həmin mənzilin ümumi sahəsi 69,5 kv.metr təşkil etsə də, daşınma əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş mənzilin ümumi sahəsi 58 kv.metr qeyd olunmuşdur. Göstərilən xüsusatlarla təsdiq olunur ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. İddia müddətinin tətbiqinə dair gəlinən hansı müddətin tətbiq edilməli olmasına dair isə qeyd edilməlidir ki, hazırkı iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Bu baxımdan mübahisəli sahə binanın tərkib hissəsi olan mənzillə bağlıdır və belə olan halda bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilir. İddiaçı dəlili - iddia müddətinin onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və texniki pasportun verildiyi xx.xx.2021-ci il tarixindən hesablanmalı olmasıdır ki, bu, yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 776.1-ci maddəsinin tələblərinə ziddir. Mübahisə predmeti olan mənzil çoxmənzilli binada yerləşən yaşayış sahəsidir.Bu baxımdan bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilir. Hazırki iddia cavabdeh "xxxx" ASC tərəfindən mənzilin təhvil verilməsindən 15 ilə yaxın müddət keçdikdən sonra 11 iyun 2024-cü il tarixdə qaldırmışdır. Mənzil xx.xx.2009-cu il tarixdə iddiaçıya təhvil verilmiş və iddiaçı 2010-cu ildə həmin mənzilə köçmüşdür (iddiaçının nümayəndəsinin izahatı). Bununla belə iddiaçı 15 ilə yaxın müddət ərzində cavabdehə heç bir irad və ya tələb bildirmədiyi halda göstərilən uzun müddət sonra cavabdehin öz öhdəliklərini lazımınca yerinə yetirmədiyinə, ona zərər vurduğuna istinad etmişdir. Göründüyü kimi iş materiallarında olan müqavilə və akt iddiaçının həmin mənzili təhvil aldığını, iddiaçının nümayəndəsinin izahatı isə iddiaçının həmin mənzilə 2010-cu ildə köçdüyünü sübut edir. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən, bu tələb mənzil təhvil alındıqdan sonra 5 il ərzində irəli sürülməli idi. Həmin müddətin keçməsi isə cavabdeh yazılı ərizə təqdim etdiyi halda iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür və bu isə iddia tələbinin təmin edilməməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bununla yanaşı məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119-cu və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçının iddia tələbinin rədd edildiyi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aldadılma nəticəsində tərəfindən 11.50 kv m artıq ödənilmiş vəsaitin dəyəri olan cəmi 9 591.51 (doqquz min beş yüz doxsan bir manat, 51 gəpik) manat məbləğində pulun, həmin pulun indeksasiya olunaraq 18 511.61 (on səkkiz min beş yüz on bir manat altmış bir gəpik) manat dəyərində hesablanması və dövlət rüsumu qismində ödənilmiş 145.54 (bir yüz qırx iki manat əlli dörd gəpik) manat məbləğin də pul cavabdehdən xeyrinə tutularaq ödənilməsi” barədə tələbi təmin edilməməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aldadılma nəticəsində tərəfindən 11.50 kv m artıq ödənilmiş vəsaitin dəyəri olan cəmi 9 591.51 (doqquz min beş yüz doxsan bir manat, 51 gəpik) manat məbləğində pulun, həmin pulun indeksasiya olunaraq 18 511.61 (on səkkiz min beş yüz on bir manat altmış bir qəpik) manat dəyərində hesablanması və dövlət rüsumu qismində ödənilmiş 145.54 (bir yüz qırx iki manat əlli dörd qəpik) manat məbləğin də pul cavabdehdən xeyrinə tutularaq ödənilməsi” barədə tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar