Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2422/2020 26.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəməiclasındabaxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətnin xeyrinə xx xxxx 2019-cu il tarixli 15-MZ-1-0-201-19 nömrəli kredit müqaviləsi üzrə 6097.5 (altı min doxsan yeddi manat beş qəpik ) manat məbləğində əsas borc, 867.85 AZN faiz borcu və 237.73 AZN cərimə borcu olmaqla cəmi 7203.08 AZN borcu; xx xxxxxxx 2019-cu il tarixli 22-MZ-1-0-494-19 nömrəli kredit müqaviləsi üzrə 7555.56 AZN əsas borc, 929.63 AZN faiz borcu və 295.86 AZN cərimə borcu olmaqla cəmi 8781.05 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxx 2019-cu il tarixli 15-MZ- 1-0-201-19 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 28 faizlə 18 ay müddətinə 8000 AZN, xx xxxxxxx 2019-cu il tarixli 22-MZ-1-0-494-19 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 18 ay müddətinə 8000 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxx 2019-cu il tarixli və xx xxxxxxx 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il mayın 18-dək Cavabdeh1 banka xx xxxx 2019-cu il tarixli 15-MZ-1-0-201-19 nömərli kredit müqaviləsi üzrə 6097.5 AZN əsas borc, 867.85 AZN faiz borcu və 237.73 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 7203.08 AZN borcu, xx xxxxxxx 2019-cu il tarixli 22-MZ-1- 0-494-19 nömrəli kredit müqaviləsi üzrə 7555.56 AZN əsas borcu, 929.63 AZN faiz borcu və 295.86 AZN cərimə borcu olmaqla cəmi 8781.05 borcu vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbinin müddəalarına uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayənədəsi və vəkili X4 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1975-ci ildə Naxçıvan MR, Naxçıvan rayonu, Qahab kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1956-cı ildə Naxçıvan MR, Naxçıvan rayonu, Qahab kəndində anadan olmuş və qeydiyyatdan çıxımışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli 15-MZ-1-0-201-19 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 illik 28 faizlə 18 ay müddətinə 8000 AZN kredit verilmişdir. İş materiallarında olan ilə xx xxxx 2019-cu il tarixdə Cavabdeh2 ilə kredit müqaviləsinin təminatı olaraq 15-MZ-1-0-201-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 15-MZ-1-0-201-19 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarix üzrə 6097.5 manat əsas borc, 867.85 manat faiz borcu, 237.73 (iki yüz otuz yeddi manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7203.08 manat borcu mövcuddur. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli 22-MZ-1-0-494-19 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 illik 30 faizlə 18 ay müddətinə 8000 AZN kredit verilmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh2 ilə kredit müqaviləsinin təminatı olaraq 22-MZ-1-0-494-19 saylı zaminlik müqaviləsi bağlanmışdır . İş materiallarında olan 22-MZ-1-0-494-19 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarix üzrə 7555.56 manat əsas borc, 929.63 manat faiz borcu, 295.86 (iki yüz doxsan beş manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8781.05 manat borcu mövcuddur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləğinin 5 gün müddətində ödənilmədiyi təqdirdə qanunvericliyin tələbinə uyğun tədbir görülməsi bildirilmişdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 7920 manat məbləğində pul vəsaitini təhvil alaraq öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə 237.73 (iki yüz otuz yeddi manat yetmiş üç qəpik) manat cərimə borcu azaldılmalı, 30 manat məbləğində müəyyən edilməli və digər müqavilə üzrə 295.86 (iki yüz doxsan beş manat səksən altı qəpik) manat cərimə borcu azaldılmalı 25 manat müəyyən edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində əsaslı olduğundan qismən təmin olunmalı, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2019-cu il tarixli 15-MZ-1-0-201-19 nömrəli kredit müqaviləsi üzrə 6097,5 (altı min doxsan yeddi manat, 5 qəpik) manat əsas, 867, 85 (səkkiz yüz altmış yeddi manat, 85 qəpik) manat faiz, 25,00 (iyirmi beş manat, 00 qəpik) manat cərimə borcu və xx xxxxxxx 2019-cu il tarixli 22-MZ-1-0-494-19 nömrəli kredit müqaviləsi üzrə 7555.56 (yeddi min beş yüz əlli beş manat 56 qəpik) manat əsas borc, 929.63 (doqquz yüz iyirmi doqquz manat 63 qəpik) manat faiz, 30,00 (otuz manat, 00 qəpik) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2019-cu il tarixli 15-MZ-1- 0-201-19 nömrəli kredit müqaviləsi üzrə 6097,5 (altı min doxsan yeddi manat, 5 qəpik) manat əsas, 867,85 (səkkiz yüz altmış yeddi manat, 85 qəpik) manat faiz, 25,00 (iyirmi beş manat, 00 manat) manat cərimə borcu olmaqla, cəmi 6.989,90 (altı min doqquz yüz səksən doqquz manat, 90 qəpik) manat məbləğində pul və xx xxxxxxx 2019-cu il tarixli 22-MZ-1-0-494-19 nömrəli kredit müqaviləsi üzrə 7555.56 (yeddi min beş yüz əlli beş manat 56 qəpik) manat əsas borc, 929.63 (doqquz yüz iyirmi doqquz manat 63 qəpik) manat faiz, 30,00 (otuz manat, 00 qəpik) manat cərimə borcu olmaqla, cəmi 8515.19 (səkkiz min beş yüz on beş manat 19 qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2422/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2422/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver