Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2426/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh X4rşı “vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X4rşı “vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X14 Carmendən 3453 (üç min dörd yüz əlli üç) ABŞ dolları məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 30.10.20l9-cu il tarixli ******* saylı iş icazəsi əsasında ünvan 1 ünvanda təhsil müəssisəsi kimi fəaliyyət göstərən İddiaçındə müəllim (ibtidai məktəb direktoru) vəzifəsində işləyən Birləşmiş Krallıq vətəndaşı X1 bağlanmış əmək müqaviləsi üzrə götürdüyü öhtəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, daxili intizam qaydalarını kobud şəkildə pozaraq öhdəsində olan inventar və mal-materialları təhvil vermədən özbaşına işdən çıxaraq getmiş və ölkəni tərk etmişdir. Belə ki, X14 Carmen ölkədə Coronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün proflaktik və karantin tədbirlərin həyata keçirildiyi bir vaxtda, məktəbdə “Elektron məktəb” proqramı üzrə '‘Online" formada tədrisin təşkilinə qeyri ciddi münasibət bəsləyərək, tədris prosesinin təşkilini təmin etməmiş, bunun nəticəsində keçən müddət ərzində məktəbdə tədris prosesinin təşkili, “online" formada tədrisin aparılmasında və şagirdlərin tədrisə cəlb olunmalarında müəyyən problemlər yaranmışdır. Yaradılmış təhvil təslim komissiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki. Birləşmiş Krallıq vətəndaşı X14 Carmenin öhdəsində olan inventar və mal-materialdan 3453 (üç min dörd yüz əlli üç) ABŞ dolları dəyərində çatışmamazlıq vardır. Bununla əlaqədar olaraq xx.xx.2020 il tarixli müvafiq qaydada akt tərtib edilmiş və komissiya üzvləritərəfindən imzalanaraq təsdiq edilmişdir. Keçən müddət ərzində dəfələrlə tələb edilməsinə baxmayaraq X14 Carmen öhdəsində olan əmlak və inventarların qaytarılmasını təmin etməmiş və bu haqda izahat verməmişdir. Bunun nəticəsində “BSB" X11 məktəbinə xeyli miqdarda ziyan dəymişdir.Odur ki, işçi Birləşmiş Krallıq vətəndaşı X15 Carmen tərəfindən müqavilə öhdəlikləri pozulmuş və icrası təmin edilməmişdir. Bu səbəbdən 3453 (üç min dörd yüz əlli üç) ABŞ dolları məbləğində pul X14 Carmen tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında İddiaçınun etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndəsi X8 mülki işə qiyabi icraat qaydasında baxılaraq iddianın təmin olunması barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmiş və bu barədə ərizəsini təqdim etmişdir. Cavabdeh X14 Carmenə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci və 238.2-ci maddələrinə əsasən məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi X6 izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 087937 №-li lisenziyanın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyində xx xxxxxx 2016-cı il tarixdə müddətsiz qeydiyyatdan keçməklə “ümumi təhsil müəssisələri fəaliyyətini” həyata keçirir. İş materiallarına əlavə edilmiş Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı orta ümumtəhsil innovasiyalar məktəbi, xx.xx.2012-ci il tarixdə 11/1173 № ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsində İddiaçı adı ilə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 1108-A3-458 №-li şəhdətnamənin surətindən görünür ki, İddiaçı orta ümumtəhsil innovasiyalar məktəbinin adı dəyişdirilərək İddiaçı adı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsi tərəfindən qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, BSB” X11 məktəbinin rəhbərliyi ilə Birləşmiş Krallıq vətəndaşı X14 Carmen arasında bağlanmış müqavilə ilə cavabdeh 1 il müddətinə müəllim (ibtidai məktəb direktoru) vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş seriya MYİ№0****** saylı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, xx.xx.1959-cu il tarixdə Zimbabve Respublikasında anadan olmuş, Birləşmiş Krallıq vətəndaşı X14 Carmen ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş seriya İİ “ ******* saylı iş icazəsinin surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə Zimbabve Respublikasında anadan olmuş, Birləşmiş Krallıq vətəndaşı X14 Carmen xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilər. İş materiallarına əlavə edilmiş X3 fakultəsinin pedaqogika haqqında şəhadətnaməsinin tərcümə olunmuş surətindən görünür ki, X14 Carmenhəqiqətən Pedaqoji institutun filialı olan Bulavayo müəllimlər kollecinin “tədris etmə nəzəriyyəsi və təcrübəsi üzr ümumi biliklər və məktəbəqədər (uşaq bağçası) uşaqların tərbiyəsi və təlimindən ibarət tədris kursu”nu müvəffəqiyyətlə bitirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçındə müəllim işləmiş, Birləşmiş Krallıq vətəndaşı X14 Carmen xx.xx.2020 məktəbə məlumat vermədən çıxıb getmiş və ölkəni tərk etmişdir. Yoxlama zamanı onun öhdəsində olan 3453 (üç min dörd yüz əlli üç) ABŞ dolları məbləğində (adları aktda qeyd olunmuşdur) çatışmayan mal-material, əmlak və inventar müəyyən olunmuş və komissiya üzvləri tərəfindən imzalanaraq təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx xxxxx 2020-ci il tarixli ******* №-li iş icazəsinin ləğv edilməsi haqqında Qərarın surətindən görünür ki, İddiaçı xx xxxx 2020-ci il tarixli müraciəti təmin edilmiş, Birləşmiş Krallıq vətəndaşı X15 Carmenə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün verilmiş 46852 nömrəli iş icazəsi ləğv edilmiş və qüvvədən düşmüş hesab olunmuşdur. İş materiallarına əlavə olunmuş ərizənin surətindən görünür ki, İddiaçı baş direktoru X7 və etibarnamə üzrə nümayəndəsi X8 cavabdehin məhkəmə iclaclarında iştirak etmədiyini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 30.10.20l9-cu il tarixli ******* saylı iş icazəsi əsasında ünvan 1 ünvanda təhsil müəssisəsi kimi fəaliyyət göstərən İddiaçındə müəllim (ibtidai məktəb direktoru) vəzifəsində işləyən Birləşmiş Krallıq vətəndaşı X1 bağlanmış əmək müqaviləsi üzrə götürdüyü öhtəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, öhdəsində olan inventar və mal-materialları təhvil verməmişdir. Yaradılmış təhvil təslim komissiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Birləşmiş Krallıq vətəndaşı X14 Carmenin öhdəsində olan inventar və mal-materialdan 3453 (üç min dörd yüz əlli üç) ABŞ dolları dəyərində çatışmamazlıq vardır. Bununla əlaqədar olaraq xx.xx.2020 il tarixli müvafiq qaydada akt tərtib edilmiş və komissiya üzvləri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Cavabdehdən dəfələrlə tələb edilməsinə baxmayaraq X14 Carmen öhdəsində olan əmlak və inventarların qaytarılmasını təmin etməmiş və bu haqda izahat verməmişdir. Odur ki, işçi Birləşmiş Krallıq vətəndaşı X15 Carmen tərəfindən müqavilə öhdəlikləri pozulmuş və icrası təmin edilməmişdir. Bu səbəbdən 3453 (üç min dörd yüz əlli üç) ABŞ dolları məbləğində pul X14 Carmen tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3453 (üç min dörd yüz əlli üç) ABŞ dolları məbləğində pulvə 30 (otuz) manat dövlət rüsumu cavabdeh X14 Carmendən İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh X14 Carmendən İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qiyabi qaydada təmin edilməli, Cavabdeh X14 Carmen-dən 3453 (üç min dörd yüz əlli üç) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrnə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiatəmin edilsin. Cavabdeh X14 Carmendən 3453 (üç min dörd yüz əlli üç) ABŞ dolları məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2426/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2426/2020
02.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver