Məhkəmə qərarları › İş №2(005)-2441/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2441/2021

19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2441/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlə birgə nikahdan olan uşağı 07 sentyabr 2013-cü il təvəllüdlü X5 saxlanması üçün Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 175 (bir yüz, yetmiş beş)manat sabit pul məbləğində alimentin müəyyən olunmasına, habelə sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq etməyi ilə əlaqədar əlavə olaraq hər ay Cavabdeh onun xeyrinə 100 (bir yüz) manat əlavə alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi ona verilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahdan 07 sentyabr 2013-cü ii təvəllüdlü X5 adlı bir uşaqları vardır. O, Cavabdeh ayrılmış və aralarındakı nikah pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli, 2(005)-9695/2016 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşağı X3 saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bildirmək istəyir ki, Cavabdeh ona ödədiyi 120 manat aylıq aliment bu güııkü gündə uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Belə ki, azyaşlı uşağın X5 “anadangəlmə xroniki miopatiya" əzələ xəstəliyindən əziyyət çəkir və uşağın daimi, yəni sistematik müalicəyə ehtiyacı vardır. Uşağının əziyyət çəkdiyi həmin xəstəlik xroniki xarakter daşıyır və bir dəfə müalicə olunmaqla keçib getmir. Belə olan halda uşağın müalicəsi mütəmadi davam etdirilməlidir. Ona görə də Cavabdeh ona ödədiyi 120 manat aylıq aliment uşağın gündəlik müalicəsi üçün cavab vermir. İddiaçı axırıncı dəfə uşağı Türkiyə Respublikasına aparıb orada müalicə etdirmişdir. Bu barədə uşağın xəstəliyinə dair diaqnoz və xəstəliyi ilə əlaqədar çəkilmiş xərclər barədə sənədləri iddia ərizəsinə əlavə etmişdir. Bir daha qeyd edir ki, uşağın müalicəsi davam etdirilməlidir. 07 sentyabr 2013-cü il təvəllüdlü uşağım X3 sağlamlıq imkanları məhdud uşaq olması Tibbi-Sosial Fkspert Komissiyasının müayinə rəyinə əsasən müəyyən edilmişdir. Bundan əlavə bildirir ki, o, özü də xəstədir, gözdən 1-ci qrup əlildir. Belə bir vəziyyətdə o, işləyə bilmir və uşağının müalicəsi üçün zəruri vəsaiti təkbaşına əldə etmək imkanından məhrumdur. Bütün yuxarıda qeyd etdiyi hallar nəzərə alınmaqla Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarı artırılmalı və hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment müəyyən olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 1 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat Şöbəsi tərəfindən 28.11.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 158492 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 07 sentyabr 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 04 oktyabr 2013-cü il tarixdə 2585 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli 2(005)-9695/2016 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 07 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub X1 verilməsi, alimentin tutulmasının 07 noyabr 2016-cı il tarixdən hesablanması, qalan hissədə iddia təmin olunması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 aprel 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 293893 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12 aprel 2018-ci il tarixdə 114 nömrə ilə qeyd edilmişdir; Tibbi-Sosial Ekspert Komissiyasının müayinə məlumatlarından görünür ki, 07 sentyabr 2013cü il təvəllüdlü X5 sağlamlıq imkanları məhdud uşaqdır. Diaqnoz: Anadangəlmə miopetiyalar. .Anadangəlmə Duşcn forması. Ağırlaşma F06.7 Yüngül koqnitıv pozğunluq. Yanaş, xəstəliklar 152.0* Digər rubrikalarda təsnif olunan bakterial xəstəliklər zamanı müşahidə edilən ürəyin başqa zədələnmələri, Yanaşı xəstəliklar M41 Skolioz. Yanaşı xəstəlik 149.» Ürək ritmlnln diyaı dəqiqləşdirilmiş pozğunluqları. Yanaşı xəstəliklar H52.2 Astiqmatizır Yanaşı xəstəliklər F90.0 Aktivlik və diqqət pozğunluğu, . Yanaşı xəstəliklər Q6/.8 DÖŞ qəfəsinin digər anadangəlmə deformasiyaları, Yanaşı xəstəliklər J35.2 Adenoidlərin hipertrofiyası. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli 2(005)-9695/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 07 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub X1 verilməsi, alimentin tutulmasının 07 noyabr 2016-cı il tarixdən hesablanması, qalan hissədə iddia təmin olunması qət edilmişdir. Birgə nikahdan doğulmuş 07 sentyabr 2013-cü il təvəllüdlü X5 hal-hazırda iddiaçı ilə birlikdə yaşayırlar. Məhkəmə, İddiaçı Cavabdeh tərəfindən hazırda ödənilən 120 (bir yüz iyirmi) manat məbləğində alimentin uşağın saxlanılmasına kifayət etməməsi ilə bağlı iddia tələbi ilə razılaşaraq, cavabdehin ayda uşağa görə hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment ödəmək ilə bağlı əsaslı tələbini nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının təminatı baxımından belə qənaətə gəlir ki, tutulan alimentin məbləğinin artırılmasına dair iddia təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli 2(005)-9695/2016 nömrəli qətnaməsinə əsasən 07 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq hər ay uşaq üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməlidir. Məhkəmə İddiaçı 07 sentyabr 2013-cü il təvəllüdlü X3 müalicə xərclələrinin təmin edilməsi uçün cavabdeh şəxsin əlavə xərclərə cəlb edilməsi tələbi ilə bağlı qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X4 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, 07 sentyabr 2013-cü il təvəllüdlü X5 “anadangəlmə xroniki miopatiya" əzələ xəstəliyindən əziyyət çəkir, uşaq daimi olaraq həkim nəzarəti altında olmalıdır. X3 xəstəliyi ilə əlaqədar onun müayinə və müalicəsinə əlavə xərclər tələb olunur. Məhkəmə hesab edir ki, 07 sentyabr 2013-cü il oğlu X3 müalicəsinin ödənilməsi ilə əlaqədar yaranmış əlavə xərclərdə Cavabdeh iştirak payı hər ay 50 (əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli 2(005)-9695/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 07 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin artırılması ilə əlaqədar alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. 07 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək müalicə xərclərinin ödənilməsi ilə əlaqədar Cavabdeh hər ay 50 (əlli) manat məbləğində əlavə xərc İddiaçı xeyrinə tutulsun. Əlavə xərcin tutulması 14 aprel 2021-ci il tarixdən hesablansın. Əlavə xərc hissəsində qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar