Məhkəmə qərarları › İş №e-2(033)-201/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-201/2025

14.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-201/2025 14.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə anadan olmuş övladlarının onun himayəsinə verilməsi, alimentin tutulması və aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə işə Zaqatala şəhərində, məhkəmənin binasında, 14 may 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə anadan olmuş övladlarının onun himayəsinə verilməsi, alimentin tutulması və aliment məbləğinin artırılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qax Rayon Məhkəməsinin 2(024)-559/2019 saylı, 17 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən 14 mart 2010-cu il tarixdə anadan olmuş X2 üçün məhkəmə tərəfindən müəyyən edilmiş 100 manat aliment məbləğinin artırılaraq 235 manat müəyyən edilməsinə, 16 aprel 2008-ci il tarixdə anadan olmuş X9 onun himayəsinə verilməsi və 235 manat aliment məbləğinin cavabdehdən alınaraq ona ödənilməsinə, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, 60 manat mediasiya xərcinin və dövlət rüsumu olaraq ödənilmiş 50 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsinin 2(024)- 559/2019 saylı, 17 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikah dövründə anadan olmuş Bahar Məmmədli və Eldar Məmmədli onun himayəsində saxlanmış və hər uşaq üçün hər ay 100 manat, cəmi 200 manat aliment alınaraq alınaraq ona verilməsi qət edilmişdir. Daha sonra Məmmədov X16 rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 16 aprel 2008-ci il tarixdə doğulmuş X9 onun himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala rayon Məhkəməsinin 2(033)864/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş 16 aprel 2008-ci il tarixdə doğulmuş X17 atası Cavabdeh himayəsinə verilməsinə dair qətnamə qəbul edilmişdir. Artıq uzun müddətdir ki, 16 aprel 2008-ci il tarixdə doğulmuş X17 onun yanındadır. Bunun üçün 16 aprel 2008-ci il tarixdə doğulmuş X9 onun himayəsinə verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda 14 mart 2010-cu il tarixdə anadan olmuş X2 üçün Qax rayon Məhkəməsinin 2(024)-559/2019 saylı 17 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş 100 manat aliment məbləği uşağın saxlanması üçün kifayət etmir. Bunun üçün X2 üçün Qax rayon Məhkəməsinin 2(024)-559/2019 saylı, 17 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş 100 manat aliment məbləğinin artırılmasına dair məhkəməyə müraciət etmişdir. 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat bləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən ümumiyyətlə aliment ödənilməmişdir. Uşaqların əlavə saxlanma və təhsil xərclərində iştirak etmir. Bunun üçün aliment məbləği həcminin artırılmasına dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ilə aralarında mediasiya keçirilmiş, lakin cavabdeh mediasiyada iştirak etməmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyi və aralarında razılıq olmadığı üçün xx.xx.2024-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-201/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə anadan olmuş övladlarının onun himayəsinə verilməsi, alimentin tutulması və aliment məbləğinin artırılması” tələbi barədə işin icraatına “Qax Rayon Məhkəməsinin 2(024)-559/2019 saylı, 17 oktyabr 2019cu il tarixli qətnaməsinə əsasən 14 mart 2010-cu il tarixdə anadan olmuş X2 üçün məhkəmə tərəfindən müəyyən edilmiş 100 manat aliment məbləğinin artırılaraq 235 manat müəyyən edilməsinə” dair hissəsində xitam verilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində qeyd etmişdir ki, cavabdeh qismində cəlb olunduğu mülki iş üzrə o, Qax rayon Əmircan kəndində qeydiyyatda olmaqla faktiki olaraq Qax rayon Əmircan kəndində yaşamağına baxmayaraq Zaqatala rayon Məhkəməsinin müvafiq qərardadı iddiaçının qeydiyyatda olduğu ünvan olaraq Zaqatala rayon İcra Hakimiyyətinə, onun yaşayış yeri üzrə isə Suraxanı rayon İcra Hakimiyyətinə göndərilmişdir. Onun cavabdeh olaraq həyat şəraitinin müayinə olunmasına dair müvafiq qərardad qəbul edərək qediyyatda olduğu və faktiki yaşadığı ünvan üzrə Qax rayon İcra Hakimiyyətinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun dəlillərini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdirlər. Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin və qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan 16 aprel 2008-cı il təvəllüdlü X17 izahat verərək göstərmişdir ki, hal-hazırda öz istəyi ilə anasının və bacısının yanında qalır. Elə anasının himayəsində qalıb, ara-sıra atasının yanına getmək istəyir. Həmçinin atası lazım olduqca onun xərclərini də qarşılayır. Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin X10 izahat verərək uşağın ananın himayəsində qalmasını onun mənafeyinə zidd olmadığını bildirmişdir. 11 dekabr 2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2019-cu il qəbul edilmiş qətnaməyə əsasən iki uşağı üçün aliment ödəmişdir. Bir ildən sonra oğlu onun ilə qalmaq istədiyindən Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ilə oğlu onun himayəsinə verilmişdir. Sentyabr ayının 24-də oğlu anasının yanına getmək istədiyini demiş, o isə oğluna məktəbə getməli olduğunu bildirmişdir. Daha sonra Zaqatalaya getmiş, geri qayıtdıqda böyük bacısı Eldarın getdiyini demişdir. İddiaçı himayəsində olan oğlunu onun razılığı olmadan Bakıya aparmışdır. Bildirir ki, uşağı artıq üç aydır ki, məktəbə getmir. Uşağın onun himayəsinə verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarına əlavə edilmiş sənədlər Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 31 oktyabr 2024-cü il tarixdə verilmiş 611 saylı arayışın surətindən görünür ki, Cavabdeh ilə X6 nikahı haqqında 21 fevral 2008-ci il tarixdə 04 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah Qax rayon Əmircan kənd icra nümayəndəliyində qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Nikah Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(024)-559/2020 saylı qətnaməsinə əsasən pozulmuş, xx.xx.2020-ci il tarixli 28 saylı akt qeydi ilə Qax rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 31 oktyabr 2024-cü il tarixdə verilmiş 613 saylı arayışın surətindən görünür ki, X17 16 aprel 2008-ci ildə Qax şəhərində anadan olmuşdur, atası X18, anası X12r. Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 31 oktyabr 2024-cü il tarixdə verilmiş 614 saylı arayışın surətindən görünür ki, X19 14 mart 2010-cu ildə Qax şəhərində anadan olmuşdur, atası X18, anası X12r. Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 31 oktyabr 2024-cü il tarixdə verilmiş 612 saylı arayışın surətindən görünür ki, Cavabdeh və X11 nikahı Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2020-ci ildə 28 nömrəli akt qeydi ilə Qax rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Nikah pozulduqdan sonra ərə Məmmədov, arvada Şahmalıyeva soyadı verilmişdir. Qax Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(024)-559/2019 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X8 və xx.xx.2008-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ya hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment alınıb iddiaçı X13 verilməsi, alimentin tutulmasının xx.xx.2019cu il tarixdən başlanması qərara alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-864/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək 16 aprel 2008-ci ildə doğulmuş X17 atası Cavabdeh himayəsinə verilmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının 19 fevral 2025-ci il tarixli, 5-82/2-125/2025 saylı rəyindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(033)-1370/2024 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşağın kimin yanında saxlanılması barədə işə RİH-in Qəyyumluq və Himayə Orqanının iclasında baxılmışdır. Həmin iclasda 16 aprel 2008-ci il təvvəlüdlü X3 üzvlərinin iştirakı ilə dinlənilmişdir. Söhbət zamanı uşaq yazılı izahat verərək hazırda anasının yanında yaşadığını, anasının ona yaxşı baxdığını və anasının yanında qalmaq istədiyini bildirmişdir. İddiaçı yazılı izahat verərək uşağın atasından alınaraq onun himayəsində saxlanılmasını xahiş etmişdir. Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanı tərəfindən İddiaçı yaşadığı evə baxış keçirilmiş, müayinə aktı tərtib edilmiş və onun həyat şəraitinə qismən qənaətbəxş rəyi verilmişdir. RİH-in Qəyyumluq və Himayə Orqanı yuxarıda qeyd olunanlara əsasən 16 aprel 2008-ci il tarixdə anadan olmuş X9 fikrini nəzərə alaraq anası İddiaçı himayəsində saxlanılması uşağın mənafeyinə uyğun olduğu rəyindədir. Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının xx.xx.2025-ci il tarixli müayinə aktında görünür ki, İddiaçı yaşadığı evə həyat şəraitinin müayinə edilməsi üçün yerində baxış keçirilmiş, sözügedən ev iddiaçının anası X4 məxsus, ümumi sahəsi 150 kv.m, yaşayış sahəsi 70 kv.m, 3 otaqlı, mətbəxi olan kürsülü 1 mərtəbədir. Həmin evdə İddiaçı anası, 2 qardaşı, bacısı və 2 yetkinlik yaşına çatmayan övladı ilə birgə yaşayır. Bu evdə həyat şəraiti qismən qənaətbəxşdir. xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-01966 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 14:00-15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini və 10 (on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Zaqatala Rayon Vəkil Bürosunun hesabına vəkil xərci təyinatı ilə 300 (üç yüz) manat məbləğində pul ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Zaqatala Rayon Məhkəməsinin hesabına 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İİ hissəndə müəyyən olunmuşdur ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən təbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tаriхli 8-2/2016 sаylı qərаrındа göstərilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün АM-in 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1dən 345 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, yetkinlik yaşına çatmayan X17 izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Müəyyənləşdirilmiş mübahisəsiz hallar оndan ibarətdir ki, tərəflər 21 fevral 2008-ci ildə nikahlarını rəsmi qеyd еtdirməklə ailə qurmuşlаr. Həmin nikаhdаn 16 aprel 2008-ci ildə X17 və 14 mart 2010-cu ildə X19 dоğulmuşdur. Qax Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında 21 fevral 2008-ci ildə bağlanmış nikah pozulmuş və onların birgə nikahından 14 mart 2010-cu ildə doğulmuş X19 və 16 aprel 2008-ci ildə doğulmuş X17 anaları X11 himayəsində saxlanmışdırlar. Zaqatala Rayon Məhkəməsinin 2(033)-864/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 16 aprel 2008-ci ildə doğulmuş X17 iddiaçı X7 alınaraq atası Cavabdeh himayəsinə verilmişdir. İşin müəyyən еdilmiş hallarından görünür ki, tərəflərin birgə nikаhındаn dоğulmuş X17 hаzırdа iddiаçının yаnındа qаlır. Cavabdeh həmin halı mübahisələndirməmiş, lakin məhkəmə iclaslarında verdiyi izahatında oğlu X9 anasının himayəsində qalmasına razı olmadığını qeyd etmişdir. İş üzrə sübutlаrlа iddiаçının cavаbdeh ilə birgə nikahından 16 aprel 2008-ci ildə doğulmuş X14 münаsibətdə valideyn vəzifəsinin icrаsındаn yаyınmаsı, еləcə də, uşağının оndаn ayrılması üçün müstəsna şəraitin mövcudluğu təsdiq еdilməmişdir. Qəyyumluq və himаyəçilik оrqаnı dа, tərəflərin birgə nikahından dоğulmuş 16 aprel 2008-ci il tarixdə anadan olmuş X9 fikrini nəzərə alaraq anası İddiaçı himayəsində saxlanılmasını məqsədəmüvafiq hеsаb еtmişdir. Məhkəmə 16 aprel 2008-ci il tarixdə anadan olmuş X9 İddiaçı himayəsinə verilməsi məsələsini müzakirə edərkən Zaqatala Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayə Orqanının 19 fevral 2025-ci il tarixli rəyini, uşağın fikrini, onun mənafeyini, iddiaçının həmin övladının onun himayəsinə verilməsini tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və 16 aprel 2008-ci il təvəllüdlü X17 İddiaçı himayəsinə verilməli, həmçinin uşağın saxlanması üçün Cavabdeh aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən qeyd edilən maddələrinin tələblərinə əsasən hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan hər bir uşağa görə tutulmalı olan aliment sabit pul məbləğində tutulmalı, onun miqdarını ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində təyin edilməli, sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, habelə aylıq aliment məbləğinin dövlət tərəfindən uşağın saxlanması üçün müəyyən edilmiş minimum ehtiyac meyarından aşağı olmamasının zəruriliyini, alimentin indeksiyası qaydasını müəyyən edən maddələrin tələblərini nəzərə alaraq hesab edir ki, 16 aprel 2008-ci il tarixdə anadan olmuş X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmin məbləğ uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərlidir. İş materiallarından görünür ki, İddiaçı aliment tələbi barədə ərizə ilə məhkəməyə 05 noyabr 2024-ci ildə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 05 noyabr 2024-ci il tarixdən hesablanmalı və qətnamə bu hissədə dərhal icra edilməlidir. Məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 47,84 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, qanunvericilik nümayəndəyə və ya vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsini tələbin təmin edilmiş hissəsi ilə əlaqələndirməmiş, bu məbləği ağlabatan məbləğlə olması ilə şərtləndirmişdir. Bu mənada məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının 150 (bir yüz əlli) manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 50 manat və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçıya verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından 16 aprel 2008-ci ildə doğulmuş X17 İddiaçı himayəsinə verilsin. Tərəflərin birgə nikahından 16 aprel 2008-ci ildə doğulmuş X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 noyabr 2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh iddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumu, 60 (altmış) manat ilkin mediasiya sessiyasının keçirilməsi üçün xərc və 150 (bir yüz əlli) manat vəkil xərci alınaraq İddiaçı ödənilsin. Cavabdeh 47,84 (qırx yeddi manat səksən dörd qəpik) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar