Məhkəmə qərarları › İş №e-2(004)-1574/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1574/2025

23.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1574/2025 23.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərə cəlb etmə” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərə cəlb etmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh nikah münasibətlərinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4689/2024 nömrəli qətnaməsi ilə nikah pozulmuş, yetkinlik yaşına çatmayan X2 Turanə Mustafa qızının yanında saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2879/2024 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmayan X1 üçün hər ay 235 manat sabit pul məbləğində aliment və birdəfəlik ödəmə kimi 500 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin, yetkinlik yaşına çatmayan X3 təhsil, mədəni, istirahət və digər xərcləri yüksək məbləğdə təşkil etdiyindən müəyyən edilən 235 manat məbləğində aliment yetərli deyildir. Odur ki, çəkilmiş xərclər qismində müvafiq pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 4336/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərə cəlb etmə” tələbinə dair iddiası təmin edilməmişdir (hakim Fariz Əlizadə). Həmin iddia tələbi əsasında qəbul edilmiş yekun məhkəmə aktının (mülki işin) və hazırki iddia ərizəsinin təhlili nəticəsində müəyyən edilir ki, hər iki tələbin faktiki və hüquqi əsasları eynidir. Yəni, iddiaçı mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilmiş iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-4336/2024 nömrəli qətnaməsindən şikayət verilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı eyni məzmunlu, eyni faktiki və hüquqi əsaslara söykənən iddia tələbi müvafiq qətnamə qəbul edildikdən sonra məhkəməyə yenidən müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)6365/2024 nömrəli qərardadı ilə eyni əsaslarla (MPM-in 153.2.2-ci maddəsi ilə) geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilməmiş, qərardad qanuni qüvvəyə minmişdir. Eyni tələb üzrə artıq 3-cü dəfədir ki, məhkəməyə müraciət edilir. Qeyd olunanlar nəzərə alınmaqla, iddia ərizəsinin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya müvafiq iddia ərizəsində göstərilən nöqsanlar aradan qaldırılmaqla məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərə cəlb etmə” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar