Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2442/2021 08.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “borc tələbinin vərəsələrə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “borc tələbinin vərəsələrə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı - İddiaçı ASC-nin “Nəsimi” filialı ilə X5 Cahangir arasında bağlanmış 11 aprel 2019-cu il tarixli NSNPU-1848 saylı kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 6938,45 manat, faiz borcuna görə 83,28 manat, cərimə borcuna görə 0 manat, cəmi 7021,73 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun Məmmədov Əlvan Cahangir oğlunun qanun üzrə birinci dərəcəli vərəsələri, arvadı - Cavabdeh1, atası - Cavabdeh2 və anası - Cavabdeh3 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı elektron məhkəmə vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə yazılı ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 11 aprel 2019-cu il tarixli NSNPU-1848 saylı kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 6938,45 manat, faiz borcuna görə 83,28 manat, cərimə borcuna görə 0 manat, cəmi 7021,73 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı - İddiaçı ASC-nin “Nəsimi” filialı ilə X5 Cahangir oğlu arasında bağlanmış 11 aprel 2019-cu il tarixli NSNPU-1848 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18 % olmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə və ona əlavə olan ödəniş cədvəlinə əsasən borclu həmin məbləği və ona hesablanmış faizi hər ayin 11-dən gec olmamaq şərtilə ödəməli idi. Lakin X5 Cahangir oğlu kredit ödənişlərini vaxtlı vaxtında icra edə bilməmişdir. Belə ki, Bakı Şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 25 oktyabr 2019-cu il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən, Məmmədov Əlvan Cahangir oğlu 20.10.2019-cu il tarixdə vəfat etmişdir. X5 Cahangir oğlunun 20.10.2019-cu ildə öldüyünü nəzərə alararaq, onun yuxarıda adı çəkilən 11 aprel 2019-cu il tarixli NSNPU-1848 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1 -ci dərəcəli vərəsəsindən tələb edir. Bu vərəsələr: borclunun arvadı - Cavabdeh1, borclunun atası - Cavabdeh2, borclunun anası - Cavabdeh3dır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ASC ilə borcalan Məmmədov Əlvan Cahangir oğlu arasında bağlanmış 11.04.2019-cu il tarixli, NSNPU-1848 nömrəli Kredit müqaviləsinə əsasən İddiaçı ASC cavabdeh Məmmədov Əlvan Cahangir oğluna 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə hesablamaq şərti ilə 8000 manat məbləğində kredit verməyi, cavabdeh Məmmədov Əlvan Cahangir oğlu isə həmin krediti götürməyi və həmin saziş ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür; 25.10.2019-cu il tarixli AZ-İİ №040370 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Əlvan Cahangir oğlu 25.10.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. ünvan 1 ünvanlandığı 15.10.2020-ci il tarixli məktubun surətindən görünür ki, 20.10.2019-cu il tarixdə vəfat etmiş ünvan 2 ünvanında yaşamış 16 iyun 1987 ci il təvəllüdlü Məmmədov Əlvan Cahangir oğlunun adına vərəsəlik işi açılmış, vərəsələr 1. Atası - Cavabdeh2 2.Anası - Cavabdeh3 3.Arvadı - X1 müəyyən edilmişdir; Kredit sazişinə əlavə olunan ödəniş cədvəlinə əsasən Məmmədov Əlvan Cahangir oğlu 36 ay ərzində hər ay 289,22 (sonuncu ay 289,00) manat ödəniş etməli idi; 11.04.2019-cu il tarixli kassa məxaric orderinə əsasən İddiaçı ASC tərəfindən Məmmədov Əlvan Cahangir oğluna 8000 manat məbləğində kredit verilmişdir; 11.04.2019-cu il tarixli, NSNPU-1848 nömrəli Kredit Sazişi üzrə 09.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Məmmədov Əlvan Cahangir oğlunun İddiaçı ASC ASC-yə 6938,45 manat məbləğində əsas, 83,28 manat faiz, 0 manat cərimə borcu yaranmışdır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Məmmədov Əlvan Cahangir oğlu arasında bağlanmış 11.04.2019-cu il tarixli, NSNPU-1848 nömrəli Kredit Sazişinə əsasən İddiaçı ASC tərəfindən Məmmədov Əlvan Cahangir oğluna 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Məmmədov Əlvan Cahangir oğlu həmin sazişlə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür. Lakin X5 Cahangir oğlu kredit ödənişlərini vaxtlı vaxtında icra edə bilməmişdir. Belə ki, Bakı Şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 25 oktyabr 2019-cu il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən, Məmmədov Əlvan Cahangir oğlu 20.10.2019-cu il tarixdə vəfat etmişdir. X5 Cahangir oğlunun 20.10.2019-cu ildə öldüyünü nəzərə alararaq, onun yuxarıda adı çəkilən 11 aprel 2019-cu il tarixli NSNPU-1848 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1 -ci dərəcəli vərəsəsindən tələb edir. Bu vərəsələr: borclunun arvadı - Cavabdeh1, borclunun anası - Cavabdeh3dır. İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunu da cavabdehdən tələb etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərinin hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Ona görə də cavabdehlər kredit müqaviləsi üzrə borcu ödəməyə borcludurlar. Cavabdehlər kredit alanın öldüyü tarixə, yəni 20.10.2019-cu il tarixinədək mövcud olan borcu ödəməyə görə məsuliyyət daşıyırlar, bu tarixdən sonrakı dövr üçün kredit alana hesablanmış faiz borcunu və cəriməni ödəməli deyillər. Belə ki, “faiz” puldan istifadə haqqı olduğuna, ölmüş şəxs isə puldan istifadə etmək qabiliyyətinə malik olmadığına görə 20.10.2019-cu il tarixindən sonrakı dövr üçün kredit alana faiz borcu hesablana bilməz. Belə ki, MM-in 462.1-cü maddəsindən görünür ki, dəbbə pulu (cərimə, penya) öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda ödənilməli olan pul məbləğidir. Ölmüş şəxs öhdəliyi icra etmək qabiliyyətinə malik olmadığına görə öhdəliyi icra etməməkdə və ya lazımınca icra etməməkdə, o cümlədən icranın gecikdirməkdə təqsirləndirilə bilməz. Kredit alanın 11 aprel 2019-cu il tarixli NSNPU-1848 saylı kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 6938,45 manat, faiz borcuna görə 83,28 manat təşkil edir, cərimə borcu isə yoxdur. Ödəniş cədvəlindən görünür ki, kredit alan həmin aya görə 289,22 manat ödəməli idi, MM-in 1306-cı maddəsinin mənasına görə vərəsələr alınmış miras aktivi həddində məsuliyyət daşıyırlar. Bununla bağlı məhkəmə qeyd edir ki, borcun məbləğinin alınmış miras aktivindən çox olduğu müəyyən edilmədi. Belə ki, MM-in 1307-ci maddəsində qeyd olunmuşdur ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Nəzərə alınmalıdır ki, miras notarius tərəfindən siyahıya alınmayıb, odur ki, miras qoyanın borcunun (4.554,25 manatın) mirasdan çox olduğunu sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Vərəsəlik şəhadətnaməsində bir əşyanın (sahəsi 13,2 kv.m təşkil edən bir otağın) qeyd olunması mirasın yalnız həmin əşyadan ibarət olması kimi qəbul edilə bilməz. Mirasın yalnız bu əşyadan ibarət olması barədə sübut təqdim edilməyibsə, MM-in 1307-ci maddəsinin məqsədləri baxımından hesab olunur ki, digər əşyalar da (pul, daşınar əşya, ər-arvadın ümumi əmlakındakı pay və s.) miras qalıb. Həmin maddənin mənasına görə vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edənə qədər mirasın borcdan çox olduğu pezumpsiyası qüvvədə olur. Nəzərə alınmalıdır ki, MM-in 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Cavabdehlər vərəsəlik şəhadətnaməsində göstərilən əşyanı miras kimi qəbul etməklə kredit verəndən qalan mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, mirası tamamilə qəbul etmiş sayılırlar. Lakin cavabdehlər məhkəmə iclasında gəlməmiş, borcun (4.554,25 manatın) mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Vərəsələrin öhdəliyi birgə deyil, paylıdır. Belə ki, MM-in 1306-cı maddəsində “özlərinin hər birinin payına mütənasib surətdə” ifadəsindən istifadə olunması ona dəlalət edir ki, öhdəlik paylıdır. Məsuliyyətin paya mütənasibliyi məsuliyyətin ədalətliliyini təmin edir, yəni az pay almış vərəsə çox pay almış vərəsə ilə eyni həcmdə məsuliyyət daşımalı deyil, hər bir vərəsə miras qoyanın hesabına hansı həddə zənginləşibsə həmin həddə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6938,45 manat, faiz borcuna görə 83,28 manat, cərimə borcuna görə 0 manat, cəmi 7021,73 manat məbləğində kredit borcu tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6938,45 (altı min doqquz yüz otuz səkkiz manat qırx beş qəpik) manat, faiz borcuna görə 83,28 (səksən üç manat iyirmi səkkiz qəpik) manat, cərimə borcuna görə 0 (sıfır) manat, cəmi 7021,73 (yeddi min iyirmi bir manat yetmiş üç qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində kredit borcu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2442/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2442/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver