Məhkəmə qərarları › İş №2(005)-2443/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2443/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2443/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan əsas borc üzrə 2905.81 (iki min doqquz yüz beş manat, 81 qəpik) manat, faiz borcu üzrə 588.64 (beş yüz səksən səkkiz manat, 64 qəpik) manat olmaqla, cəmi 3494.45 (üç min dörd yüz doxsan dörd manat, 45 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırlma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər S-FK-828 saylı, 24 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC ilə (bundan sonra Bank) Cavabdeh1 (bundan sonra “Borcalan”) arasında 08.04.2015-ci il saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% olmalqa 36 ay müddətinə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə 08.04.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan” ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.3 bəndi) “Bocalan” a verilən vəsaitindən isifadə müddəti 36 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 2905.81 (iki min doqquz yüz beş manat 81 qəpik) manat, faiz borcu üzrə 588.64 (beş yüz səksən səkkiz manat 64 qəpik) manat olmaqla cəmi 3494.45 (üç min dörd yüz doxsan dörd manat 45 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirlməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirlməmişdir. Məhkəmə iclasında İddiaçı QSC BOKT-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; Borcverən xxxx Nizami filalı ilə borcalan Cavabdeh1 arasında bağlanmış 08 aprel 2015-ci il tarixli 18-08.04.2015 nömrəli təminatlı kredit müqaviləsindən də görünür ki, həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc verən borcalana istehlak məqsəd(ləri) üçün 3500 (üç min beş yüz) manat məbləğində kredit verməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faziləri borc verənə qaytarmağı öhdəsinə götürür. 4.1-ci bəndə əsasən bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu 18-08.04.2015 nömrəli “08” aprel 2015-ci il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. 5.3-cü bəndə əsasən borcalana kredit 36 (otuz altı) ay müddətinə verilir. Müqavilənin 5.4-cü bəndinə əsasən kredit müqaviləsi müddətinin “08” aprel 2018-ci il tarixində bitdiyi qeyd edilmişdir. 08 aprel 2015-ci il tarixli 18-08.04.2015 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli üzrə aylıq ödəniş məbləği 133,70 (yüz otuz üç manat yetmiş qəpik) manat müəyyən edilmişdir. 08.04.2015-ci il tarixli 18-08.04.2015 saylı zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən kreditorla borclu arasında bağlanmış “08” aprel 2015-ci il tarixli 18-08.04.2015 nömrəli kredit müqaviləsinə əsasən 3500,00 (üç min beş yüz) manat məbləğində 36 (otuz altı) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetrilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banlardakı vəsaitləri, qiymətli kağızları və.s hesabına ödənilməsini öhdəsinə götürür. Bu müqavilənin 2.2-ci bəndinə görə borclu qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kreditor məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirlməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair S-FK-828 nömrəli, 24.11.2017-ci il tarixli aktdan görünür ki, təhvil-təslim olan günə “borclunun” “xxxx” ASCdəki şəxsi borc hesablarından çıxarışa əsasən cəmi borc (kredit) 3.556.98 manat (üç min beş yüz əlli altı manat, 98 qəpik), əsas borc (kredit)- 2968.34 manat (iki min doqquz yüz altmış səkkiz manat, 34 qəpik), faiz borcu (kredit)-588.64 manat (beş yüz səksən səkkiz manat, 64 qəpik) təşkil edir və cərimə faziləri (dəbbə məbləği) yoxdur. Cavabdeh1 ödəniş cədvəlindən görünür ki, borcluya “xxxx” nın Nizami fialalından 08.04.2015-ci il tarixdə 3,500.00 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Kreditin bitmə tarixi 08.04.2018-ci il müəyyən edilmişdir. Kreditin qalığı 2,968.34 (iki min doqquz yüz altmış səkkiz manat otuz dörd qəpik) manat, faiz qalığı 588.64 (beş yüz səksən səkkiz manat altmış dörd qəpik) manat təşkil. Kredit illik 22 faiz dərəcəsi ilə verilmişdir. Azərbaycan Beynləxalq Bankının 08.04.2015-ci il tarixli məxaric orderindən görünür ki, 3255 (üç min iki yüz əlli beş) manat məbləğində pul vəsaitini qəbul edərək öz şəxsi imzası ilə təsdiq etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının 02.04.2021-ci il tairxli 905 nömrəli arayışından görünür ki, Cavabdeh1 kredit müddəti 36 ay, kreditin məbləği 3.500,00 (üç min beş yüz) manat, kreditin faiz dərəcəsi 22%-dir. “xxxx” ASC tərəfindən İddiaçı QSC-yə ötürülən məbləğ 3.556,98 (üç min beş yüz əlli altı manat doxsan səkkiz qəpik) manat müəyyən edilmişdir. 31.08.2020-ci il tarixli 4226 nömrəli bildirşdən görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən gecikmədə olan borcu, əsas borc üzrə 2.905,81 manat, faiz üzrə 588, 64 manat olmaqla cəmi 3.494, 45 manat təşkil edir. Yuxarıda qeyd olunan borcla bağlı ödənişi tam şəkildə icra edəsiniz. Qeyd olunan qalıq borc məbləğini bir dəfəlik ödəmək imkanına malik deyilsə həmin borc qalığının hissəvi şəkildə ödənilməsinə dair yeni restrukturizasiya müqaviləsinin bağlanması təklif edilmişdir. Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 23.08.2016-cı il tarixli xəbərdarlıqdan görünür ki, 23 avqust 2016-cı il tarixə xxxx Nizami filalına 2968.34 (iki min doqquz yüz altmış səkkiz manat 34 qəpik) AZN məbləğində kredit borcu, 358.25 (üç yüz əlli səkkiz manat 25 qəpik) AZN məbləğində faiz borcu vardır. Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 15.03.2021-ci il tarixli 716 nömrəli tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetrilməsinə dair bildirişdən görünür ki, 10 (on) gün müddətində yuxarıda qeyd olunan borcla bağlı ödənişin icra edilməsini, əks təqdirdə, əsas borc üzrə 2905.81 (iki min doqquz yüz beş manat səksən bir qəpik) manat, faiz borcu üzrə 588.64 (beş yüz səksən səkkiz manat altmış dörd) manat olmaqla cəmi 3494.45 (üç min dörd yüz doxsan dörd manat 45 qəpik) manat borcun ondan və zamin Cavabdeh2 tutulmasına dair iddia tələbi ilə məhkəmyə müraciət olunacaqdır. Əlavə olaraq məhkəməyə müraciət edildiyi günə qədər müqavilə üzrə hesablanmış faizlər də tələb ediləcəkdir. 22.07.2020-ci il tarixli 2597 nömrəli tələbin güzəşt edilməsinə dair bildirişdən görünür ki, İddiaçı QSC ilə “X3 edilməsi Agentliyi” MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən İddiaçı QSC –yə keçmiş, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X3 Edilməsi Agentliyi” MMC həyata keçirir. 02.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə idda qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 03.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1986-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 03.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1989-cu ildə Şuşa rayonunda anadan olmuş və Şuşa şəhəri, Q.B.Zakir küç, ev.7 ünvanında qeydiyyatdadır. Yasamal RPİ tərəfindən verilmiş 26.09.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh1 xx.xx.1989-cu ildə Şuşa şəhərində anadan olmuş və Şuşa şəhəri, Q.B.Zakir küç, ev. 7 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən verilmiş 16.12.2011-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh2 xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, S.Rəhman küç ev. 19, m.7 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən Zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 oğluna münasibətdə də iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsi imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti 08 aprel 2015-ci il tarixdən etibarən 36 (otuz altı) ay müddətinə verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi nəzərdə tutulmuşdur. Zaminə qarşı iddia tələbinin müddəti ötürüldüyündən hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından Cavabdeh2 kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn zamin kimi məsulıyyəti istisna təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində əsassız olduğundan təmin olunmamalı, Cavabdeh1 ilə “xxxx” ASCnin Nizami filialı arasında bağlanmış 08.04.2015-ci il tarixli, №18-08.04.2015 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borc üzrə 2905,81 (iki min doqquz yüz beş manat, 81 qəpik) manat, faiz borcu 588,64 (beş yüz səksən səkkiz manat, 64 qəpik) manat olmaqla ümumilikdə 3494,45 (üç min dörd yüz doxsan dörd manat, 45 qəpik) manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia qismən təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə yəni 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə “xxxx” ASC-nin Nizami filialı arasında bağlanmış 08.04.2015-ci il tarixli, 18 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borc üzrə 2905,81 (iki min doqquz yüz beş manat səksən bir qəpik) manat, faiz borcu 588,64 (beş yüz səksən səkkiz manat,64 qəpik) manat olmaqla, ümumilikdə 3494,45 (üç min dörd yüz doxsan dörd manat, 45 qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı QSC BOKT-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2905,81 (iki min doqquz yüz beş manat, 81 qəpik) manat əsas, 588,64 (beş yüz səksən səkkiz manat, 64 qəpik) manat faiz borcu olmaqla, cəmi 3494,45 (üç min dörd yüz doxsan dörd, 45 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar