Məhkəmə qərarları › İş №2(005)-2450/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2450/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2450/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı X2, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı X2 xeyrinə 932.400 (doqquz yüz otuz iki min dörd yüz) ABŞ dolları məbləğinin ödəniş gününə manat ekvivalentində tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvlərilə birlikdə əvvəllər Rusiya Federasiyası Krasnoyarsk vilayətində yaşamışdır. Həyat yoldaşı Novruzxan Əzizov sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və Azərbaycan Respublikasında bir neçə daşınmaz əmlak almışdır. 2009-cu ildə Novruzxan Əzizov vəfat etdikdən sonra iddiaçıya məxsus Bakı şəhəri, Teymur Əliyev küçəsində yerləşən fərdi yaşayış evini satıb həmin puldan 1.000.000 ABŞ dollarını Bakı şəhərində «Texnika» banka qoydu və bu pula görə aldığı faizlərlə ailəsini dolandırırdı. İddiaçı Rusiya Federasiyasında yaşasa da Bakı şəhərində də qohumları yaşayırdı. Bu qohumlarından biri də Cavabdeh Şəmməd oğlu idi. Elxanın həyat yoldaşı Mürşüdova Tamella iddiaçının yaxın qohumudur və onunla münasibəti yaxşı olub. Atası vəfat edən vaxt Cavabdeh avtomobili ilə Gürcüstan Respublikasına getdilər. Bundan başqa Elxan həm atasının yas mərasimində həm də digər işlərində yaxından iştirak etdiyindən onu normal insan kimi qəbul edib ona etibar elməyə başlamışdır. Evin satışından əldə olunmuş pulun 1.000.000 ABŞ dollarını banka qoymağımdan Elxanın və həyat yoldaşı Tamellanın da xəbəri var idi. İddiaçı 2011-ci ilin noyabr ayında Rusiya Federasiyasından Azərbaycana Bakı şəhəri, Tbilisi prospektində yerləşən mənzilini təmir etməyə gəlmişdir. Dekabr ayında Elxan adlı qohumun həyat yoldaşı və atası ilə birlikdə bacısı Minayəgildə olan atasının yanına gəldilər. Elxangil səhəri gün iddiaçını və bacısını Minayəni öz evlərinə qonaq dəvət etdilər. Bir neçə gündən sonra iddiaçı Rusiyaya getməli idi. İddiaçının Bacısı və oğlu iddiaçını yola salarkən onları hava limanına Elxan xalası oğlunun avtomobili ilə apardı. İddiaçı Rusiyaya getdikdən bir həftə sonra bacısı zəng vurub bildirdi ki, atası xərçəng diaqnozu qoyulub və iki ay ömrü qalıb. Bacısıgilin maddi vəziyyəti yaxşı olmadığından iddiaçı 2012-ci ilin yanvarın sonunda yenidən Bakıya qayıtmışdır. İddiaçını hava limanında Elxan qarşıladı və Bakıda qaldığı beş gün ərzində hara getmək lazım olurdusa iddiaçını Elxanın dayısı oğlu Mübarizin avtomobili ilə aparırdı. Həmin ərəfələrdə iddiaçının atasını Gürcüstan Respublikasına öz kəndlərinə aparmalı oldular. Onlar kənddə olanda Elxan ora da gəldi və qohum olaraq nə köməklik lazımdırsa edəcəyini bildirdi. Həmin il fevral ayının 15-də iddiaçının bacısı oğlunun məktəb işi ilə əlaqədar Azərbaycan Respublikasına gəlməli oldu və yenə Elxan iddiaçını Azərbaycana gətirdi. Yolda Elxan dəfələrlə avtomobil alqı-satqısından söhbət salaraq ona bir miqdar pul verməyini və avtomobilllərin alqı-satqısından iddiaçıya da xeyir verəcəyini bildir. Bu səbəbdən də ilk dəfə 2012-ci ilin fevral ayının 17-də Elxana 93.000 ABŞ dolları vermişdir. Elxan bidirdi ki, qısa müddət ərzində avtomobillərin alqı-satqısını təşkil edəcək və əldə olunan gəlirdən iddiaçıya da pay verəcək. İddiaçı pul aldıqdan bir müddət sonra eşitmişdir ki, Elxan avtomobil gətirmək üçün Gürcüstan Respublikasına gedir. Həmin vaxt iddiaçı da onlarla birlikdə Gürcüstana getmişdir. Bir müddət sonra iddiaçı Elxandan işin nə yerdə olmasını soruşduqda bildirdi ki hələ işlər yeni qaydasına düşür. Bu söhbətdən bir iki gün sonra Elxan iddiaçıya müraciət edib əlindəki pulun az olmasını və yaxşı gəlir əldə etmək üçün yenə pula ehtiyacının olmasını dedi. İddiaçı da ona inanıb 2012-ci ilin mart ayının 12də 18.000 ABŞ dolları, mart ayının 13-də isə 10.000 ABŞ dolları bankdan çıxararaq Elxana vermişdir. Bir müddətdə keçəndən sonra 2012-ci ilin aprel ayının əvvəllərində Elxan iddiaçıya müraciət edərək bir neçə avtomobil gətirdiyini lakin onların gömrük rüsumlarını ödəyə bilmədiyini buna görə də pul lazım olduğunu bildirdi. İddiaçı da yenə ona inanıb 05 aprel 2012-ci il tarixdə ona 12.000 ABŞ dolları, 06 aprel 2012-ci il tarixdə isə 18.000 ABŞ dolları verdi. 13 aprel 2012-ci il tarixdə Gürcüstanda olduğum vaxt Elxan onlara gəldi və maşınlar aldığını, Bakıya getməli olmasını, lakin pulunun olmamasını dedi iddiaçı da pulunun az olmasını bildirib ona 800 ABŞ dolları vermişdir. Sonra iddiaçının atası rəhmətə getdi və iddiaçının başı onun yas mərasiminə qarışdı. 2012-ci ilin may ayının əvvəllərində Elxandan işlərin necə olmasını və pulunun qaytarılması barədə soruşduqda Elxan narahat olmamağı, pulunun artıq iki dəfə artmasını, lakin maşınlarda olmasını bildirdi və əlavə 20.000 ABŞ dolları lazım olduğunu dedi. İddiaçı da yenə ona inanıb 15 may 2012-ci il tarixdə bankdan ABŞ dolları çıxararaq Elxana vermişdir. Bundan əlavə iddiaçı 2011-ci ilin dekabr ayının 9 da Rəşid Süleymanov adlı şəxsdən 127.200 ABŞ dollarına iki dükan yeri almışdır. Aralarında olan söhbət zamanı Elxan bu dükanların alınmasından xəbər tutdu və iddiaçıdan əl çəkmədi ki, mağazalar hələ tikilməyib, boş yerə pulu nə üçün yatızdırdığını, iddiaçının həmin pulu iki dəfə artıracaq. İddiaçı da onun sözlərinə inanıb Rəşid Süleymanova müraciət edib mağazaları qaytarmaq istədiyini bildirmişdir. Rəşid Süleymanov da 16 iyun 2012-ci il tarixdə 70.000 ABŞ dollarını, 20 iyun 2012-ci il tarixdə isə 57.000 ABŞ dollarını «Azadlıq» metrostansiyasının yaxınlığında yerləşən «Şahənşah» restoranında iddiaçının yanında Elxana verdi. Bundan sonra da Elxan müxtəlif vaxtlarda - 19 iyun 2012-ci il tarixdə 30.000 ABŞ dolları Nata adlı qadının gömrükdə işləyən atasına vermək üçün və 22.000 ABŞ dolları avtomaşınlar üçün əlavə, 27 iyul 2012-ci il tarixdə 20.000 ABŞ dolları avtomaşınlar üçün əlavə, 01 oktyabr 2012-ci il tarixdə 30.000 ABŞ dolları, 02 oktyabr 2012-ci il tarixdə 8.500 ABŞ dolları, 16 noyabr 2012-ci il tarixdə 22.000 ABŞ dolları, 11 dekabr 2012-ci il tarixdə 27.000 ABŞ dolları, 30 yanvar 2013-cü il tarixdə 28.000 ABŞ dolları, 11 fevral 2013-cü il tarixdə 22.000 ABŞ dolları, 19 mart 2013-cü il tarixdə 8.000 ABŞ dolları, 05 aprel 2013-cü il tarixdə 24.000 ABŞ dolları, 16 may 2013-cü il tarixdə ABŞ dolları, 24 may 2013-cü il tarixdə 8.000 ABŞ dolları, 13 iyun 2013-cü il tarixdə 16.000 ABŞ dolları, 03 iyul 2013-cü il tarixdə 7.000 ABŞ dolları, 28 avqust 2013-cü il tarixdə 30.000 ABŞ dolları, 27 sentyabr 2013-cü il tarixdə 65.000 ABŞ dolları müxtəlif bəhanələrlə iddiaçının pulunu aldı. Bundan sonra bankda pul qurtardı və uşaqlara pul lazım olduğundan iddiaçı Elxana bildirmişdir ki, pulundan 10.000 ABŞ dolları qaytarsın. Elxan isə həmin vaxt pulun olmamasını, lakin tezliklə düzəldəcəyini, huna görə də qısa müddətə Rəşid Süleymanovdan 10.000 ABŞ dolları borc götürməyini və sonra həmin məbləği özü ödəyəcəyini dedi. İddiaçı da Rəşid Süleymanova müraciət etdi və o iddiaçıya 10.000 ABŞ dolları borc verdi. Elxan Rəşidin pulunu da ödəmədi. Bundan sonra iddiaçı Rusiyaya getməli oldu və yenə Elxana müraciət edib 10.000 ABŞ dolları pul lazım olduğunu dedi. Elxan isə iddiaçının pulunun hamısının tezliklə yığılacağını və inənə qaytaracağını, lakin buna kimi onun özünə də 70.000 ABŞ dolları pul lazım olduğunu bu səbəbdən də yeni tikilidə olan evimi girov qoyub pul götürməyi və tezliklə borcu qaytarıb evi girovdan azad edəcəyini təklif etdi, mən də ona inanıb razılıq verdim. Elxan mənim evimi Niyazi adlı şəxsə girov qoyaraq 80.000 ABŞ dolları borc götürdü və həmin puldan 10.000 ABŞ dolları mənə verərək qalan 70.000 ABŞ dollarını özü götürdü. Elxan demişdi ki, borcun faizlərini və əsas məbləği özü ödəyəcək. Bundan sonra iddiaçı Rusiyaya getmişdir. Bir müddət sonra bacısı iddiaçının bacısına zəng vurub bildirdi ki, Elxan iddiaçının pulunu qaytarmır ancaq özünə kafe götürür. İddiaçı bu barədə Elxandan soruşanda iddiaçı dedi ki, kafenin 500.000 ABŞ dolları qiyməti var, gəl kafeni keçirim sənin adına. 08 may 2014-cü il tarixdə Bakıya gəlmişdir. Elxanla görüşdü və o iddiaçının şəxsiyyət vəsiqəsini götürüb bildirdi ki, kafeni iddiaçının adına keçirəcək. Bu arada Elxan Niyazidən götürülmüş kreditin iki ay ödənişlərini vaxtında etmişdi. Sonra pul lazım olduğundan Elxandan pulunu istədi. Elxan də narahat olmamağı, tezliklə pul olacağını bildirdi. İddiaçı da məcbur olub yeni tikilidəki evini ABŞ dollarına satdı. Həmin pulun 85.000 ABŞ dollarını Niyaziyə olan borcu verdik. Qalan puldan isə Elxan yenə də iddiaçının etibarından istifadə edərək maşınlarını aldadıb sataraq pullarını vermədiyinə görə 4500 ABŞ dolları Xəzər adlı şəxsə, 15.000 ABŞ dolları Etibar adlı şəxsə ödəmək üçün iddiaçıdan aldı. Daha sonra isə Elxan problemlərinin yaranmasını və iddiaçının onda olan pullarının batma təhlükəsi olmasını buna görə də əlavə pul lazım olduğunu bildirərək iddiaçıdan 2014-cü ilin sentyabr ayının 2-də 80.000 ABŞ dolları, həmin ayn 3-də 10.000 ABŞ dolları, 4-də isə 19.000 ABŞ dolları aldı. Bundan sonra da eyni bəhanə ilə iddiaçıdan 13 oktyabr 2014-cü il tarixdə 9.000 ABŞ dolları, 28 noyabr 2014-cü il tarixdə 2.600 ABŞ dolları və 26 yanvar 2015-ci il tarixdə 4.000 ABŞ dolları pul aldı. Lakin yenə də iddiaçının pullarını qaytarmamışdır. Cavabdeh ümumilikdə 932.400 (doqquz yüz otuz iki min dörd yüz) ABŞ dolları məbləğində vəsaitini ələ keçirərək qaytarmır. İddiaçı onu da qeyd etmişdir ki, danışıqlarının birində səs yazısı aparılıb. Hazırda isə Cavabdeh borclu olduğunu qismən etiraf etsə də, hər dəfə yeni bəhanə gətirərək hazırda nəğd pulunun olmamasını, bir müddət sonra verəcəyini və sair vədlər verir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 14.04.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 13.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh oğlu 24.08.196-cı ildə Ermənisran Respublikası, Noyanberyan rayonunda anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük stansiyası, ev 6 ünvanında qeydiyyatdadır. ASAN 1 tərəfindən verilmiş 15.02.2015-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, X3 xx.xx.1965-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.06.2017-ci il tarixli 1(005)-38/2017 saylı hökmündən görünür ki, Cavabdeh 7000 ABŞ dolları və 4000 ABŞ dolları olmaqla, ümumilikdə 11000 ABŞ dolları pulu X1 aldatmaqla əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Cavabdeh 23 sentyabr 2016-cı il tarixdən 8 ay 23 gün həbsdə olması nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməklə, ona qəti olaraq 3200 (üç min iki yüz) manat məbləğində cərimə cəzası təyin edilməsi, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsini və o, məhkəmə iclas zalından dərhal azad edilməsi, Cavabdeh barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olan bir ədəd disk və zərərçəkmiş şəxs X2 istintaqa təqdim etdiyi bir ədəd disk cinayət işinin materiallarında saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19.02.2018-ci il tarixli 1(103)-134/2018 nömrəli qərarına əsasən zərər çəkmiş şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli hökmü dəyişdirilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və onun həbsdə saxlanıldığı 8 (səkkiz) ay 23 (iyirmi üç) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməsi, Məhkum Cavabdeh barəsində həbs qətimkan tədbirinin seçilməsi və o, dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzaçkmə müddətinin əvvəli məhkum Cavabdeh həbsə alındığı gündən, yəni 19 fevral 2018-ci il tarixdən hesablanması, məhkum Cavabdeh cəzasının ümumi rejimli cəzaçəkmə müəssində çəkilməsi, məhkum Cavabdeh barəsində qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 7000 ABŞ dolları və 4000 ABŞ dolları olmaqla, ümumilikdə 11000 ABŞ dolları pulu X1 aldatmaqla əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.06.2017-ci il tarixli 1(005)- 38/2017 saylı hökmü ilə ona cəza təyin edilmişdir. İddiaçı məhkəmə iclasında cavabdehin ondan daha artıq məbləğin cavabdeh tərəfindən alınması ilə bağlı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, iddiaçı Cavabdeh tərəfindən tələb etdiyi məbləğin 11000 (on bir min) ABŞ dolları məbləğində pul məhkəmə araşdırması zamanı sübutlarla əksini taparaq müəyyən olunduğundan qeyd edilən pul vəsaitini cavabdeh şəxs iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11.000 (on bir min) ABŞ dolları məbləğində pul (ödəniş günü manata məzənnə ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı X2 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar