Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2454/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi ilə İddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx” ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxx 2018-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 23 laizlə 36 ay müddətinə 20000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxx 2020-dək Cavabdeh banka xx xxx 2018-cü il tarixli kredit müqaviləsi üzrə 11048.99 manat əsas borc, 1051.7 manat faiz borcu və 222.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 12323.25 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh ndan “xxxxxxxxx” ASC-nin xeyrinə xx xxx 2018cü il tarixli kredit müqaviləsi üzrə 11048.99 manat əsas borc, 1051.7 manat faiz borcu və 222.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 12323.25 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması, "İddiaçı" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-cü il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə «xxxxxx» İKB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 23-Y-1-0-380-18 saylı kredit müqaviləsinə əsasən borcluya 20000 manat məbləğində 36 ay müddətinə, 23% illik faiz dərəcəsi ilə kredit verilmişdir. İş materiallarında olan «xxxxxx» İKB ASC-nin xx.xx.2018-ci il tarixli 23-Y-1-0-380-18 saylı kredit müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, Cavabdeh hər ay 774,19 manat, son ay üçün isə 774,44 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan «xxxxxx» İKB ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, bank xx.xx.2018-ci il tarixli 23-Y-1-0-380-18 saylı kredit müqaviləsinə əsasən borcalanın yaranmış borcun 5 gün müddətində qaytarılmalı, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddiaçı «xxxxxx» İKB ASC-nin kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı «xxxxxxxxx» ASC-nin xx.xx.2020-ci il tarixli, maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 23-Y-1-0-380-18 saylı kredit müqaviləsinə əsasən əsasən iddiaçı «xxxxxxxxx» ASC-yə 11048,99 manat əsas, 1051,7 manat faiz borcu, 222,56 dəbbə pulu, 0,00 manat əldən çıxmış faydaya görə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 23-Y-1-0-380-18 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 11048.99 manat əsas borc, 1051.7 manat faiz borcu və 222.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 12323.25 (on iki min üç yüz iyirmi üç) manat məbləğində borc iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 23-Y-1-0- 380-18 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 11048.99 manat əsas borc, 1051.7 manat faiz borcu və 222.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 12323.25 (on iki min üç yüz iyirmi üç) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxxxxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2454/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2454/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver