Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2455/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi ilə İddiaçı xxxxxxxxASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxxxxxx” ASC-nin cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx” ASC cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 22 faizlə 36 ay müddətinə 2500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxx 2020-dək X2 banka xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2264,74 manat əsas borc, 171,02 manat faiz borcu və 19,35 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2455,11 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənləri nəzərə alaraq X1 “xxxxxxxxx” ASC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2264,74 manat əsas borc, 171,02 manat faiz borcu və 19,35 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2455,11 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X3 baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan X5 ilə «xxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3-Y-2-0-1111-19 saylı kredit müqaviləsinə əsasən borcluya 2500 manat məbləğində 36 ay müddətinə, 22% illik faiz dərəcəsi ilə kredit verilmişdir. İş materiallarında olan «xxxxxxxxx» ASC-nin xx.xx.2019-cu il tarixli 3-Y-2-0-1111-19 saylı saylı kredit müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, cavabdeh X5 hər ay 95,48 manat, son ay üçün isə 95,28 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan «xxxxxxxxx» ASC tərəfindən cavabdeh X3 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, bank xx.xx.2019-cu il tarixli 3-Y-2-0-1111-19 saylı kredit müqaviləsinə əsasən borcalanın yaranmış borcun 5 gün müddətində qaytarılması, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddiaçı «xxxxxxxxx» ASC-nin kassa məxaric orderindən görünür ki, bank tərəfindən X3 2500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı «xxxxxxxxx» ASC-nin xx.xx.2020-ci il tarixli, maliyyə arayışından müəyyən olunur ki, X2 xx.xx.2019-cu il tarixli 3-Y-2-0-1111-19 saylı kredit müqaviləsinə əsasən əsasən iddiaçı «xxxxxxxxx» ASC-yə 2264,74 manat əsas, 171,02 manat faiz borcu, 19,35 dəbbə pulu, 0,00 manat əldən çıxmış faydaya görə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh X2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X5 ilə iddiaçı «xxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3-Y-2-0-1111-19 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdeh X1 2264,74 manat əsas borc, 171,02 manat faiz borcu və 19,35 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2455,11 (iki min dörd yüz əlli beş manat on bir qəpik) manat məbləğində borc iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh X5 ilə iddiaçı «xxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3- Y-2-0-1111-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh X1 2264,74 manat əsas borc, 171,02 manat faiz borcu və 19,35 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2455,11 (iki min dörd yüz əlli beş manat on bir qəpik) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxxxxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2455/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2455/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver