Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2456/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı “Yelo Bank” X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Yelo Bank” X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “Yelo Bank” X6 xeyrinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8.666,66 (səkkiz min altı yüz altmış altı manat altmış altı qəpik) manat məbləğində əsas, 1.106 (bir min bir yüz altı) manat məbləğində faiz və 625,14 (altı yüz iyirmi beş manat on dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10.397,80 (on min üç yüz doxsan yeddi manat səksən qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı “Yelo Bank” X9 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxx 2019-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı X3 X4 illik 25 faizlə 15 (on beş) aymüddətinə 10.000 (on min) manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq İddiaçı X3 X9 ilə Cavabdeh2 ilə xx xxxxxx 2019-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. xx xxx 2020-ci il tarixədək Cavabdeh1 İddiaçı X3 X7 xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8.666,66 (səkkiz min altı yüz altmış altı manat altmış altı qəpik) manat məbləğində əsas, 1.106 (bir min bir yüz altı) manat məbləğində faiz və 625,14 (altı yüz iyirmi beş manat on dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10.397,80 (on min üç yüz doxsan yeddi manat səksən qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 İddiaçı X3 X2 borcu ödəməkdən boyun qaçırmışdır. İddiaçı “Yelo Bank” X6 nümayəndəsi X5 xx xxxxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş həcminin çoxluğunu nəzərə alaraq, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçı “Yelo Bank” X6 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 Vasiq oğluna və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 Vasiq oğlunun və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı X3 X9 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 20-MZ1-1-0- 591-19 nömrəli (bank, SİF vəsaiti ilə verilən kreditlər üzrə) kredit müqaviləsinin məzmunundan görünür ki, kreditor borcalana illik 25 faiz ödənilməsi şərti ilə 15 ay müddətinə 10.000 (on min) manat məbləğində pul vəsaiti verilmişdir. Aylıq annuitet 875 (səkkiz yüz yetmiş beş) manat müəyyən edilmişdir; İddiaçı X3 X9 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 20-MZ1-1-0- 591-19 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında xx xxxxxx 2019-cu il tarixli 20-MZ1-1-0-591-19 nömrəli (bank, SİF vəsaiti ilə verilən kreditlər üzrə) kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür; İddiaçı X3 X6 xx xxxxxx 2019-cu il tarixli məxaric qəbzinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixli 20-MZ1-1-0-591-19 nömrəli (bank, SİF vəsaiti ilə verilən kreditlər üzrə) kredit müqaviləsi üzrə 10.000 (on min) manat məbləğində pul vəsaiti Cavabdeh1 verilmişdir; “Yelo Bank” X6 xx xxx 2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, xx xxxxxx 2019-cu il tarixli 20-MZ1-1-0-591-19 nömrəli (bank, SİF vəsaiti ilə verilən kreditlər üzrə) kredit müqaviləsi üzrə Cavabdeh1 xx xxx 2020-ci il tarixə 8.666,66 (səkkiz min altı yüz altmış altı manat altmış altı qəpik) manat məbləğində əsas, 1.106 (bir min bir yüz altı) manat məbləğində faiz və 625,14 (altı yüz iyirmi beş manat on dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10.397,80 (on min üç yüz doxsan yeddi manat səksən qəpik) manat məbləğində borcu vardır; “Yelo Bank” X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx xxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, yaranmış borcun 5 (beş) gün müddətində banka ödənilməsi tələb olunmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, İsmayıl Hidayətzadə küçəsi, ev 20A, mənzil 63 ünvanında qeydiyyatdadır; xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı “Yelo Bank” X9 tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı X3 X9 ilə bağladığı xx xxxxxx 2019-cu il tarixli 20-MZ1-1-0-591-19 nömrəli (bank, SİF vəsaiti ilə verilən kreditlər üzrə) kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 borcun ödənilməsi üçün tam öhdəlik daşıyır. Buna görə də, Cavabdeh1 və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə hesablnamış əsas və faiz borcunu iddiaçı “Yelo Bank” X7ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia ərizəsinin əsas borca hesablanmış 625,14 (altı yüz iyirmi beş manat on dörd qəpik) manat məbləğində cərimə tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 50 (əlli) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “Yelo Bank” X6 xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, “Yelo Bank” X6 hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdehlər isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, xx xxxxxx 2019-cu il tarixli 20-MZ1-1-0-591-19 nömrəli (bank, SİF vəsaiti ilə verilən kreditlər üzrə) kredit müqaviləsinə əsasən iddiaçı “Yelo Bank” X9 tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx xxxxxx 2019-cu il tarixli 20-MZ1-1-0-591-19 nömrəli (bank, SİF vəsaiti ilə verilən kreditlər üzrə) kredit müqaviləsinə əsasən 8.666,66 (səkkiz min altı yüz altmış altı manat altmış altı qəpik) manat məbləğində əsas, 1.106 (bir min bir yüz altı) manat məbləğində faiz və 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9.822,66 (doqquz min səkkiz yüz iyirmi iki manat altmış altı qəpik) manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “Yelo Bank” X7 ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “Yelo Bank” X9 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “Yelo Bank” X6 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8.666,66 (səkkiz min altı yüz altmış altı manat altmış altı qəpik) manat məbləğində əsas, 1.106 (bir min bir yüz altı) manat məbləğində faiz və 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9.822,66 (doqquz min səkkiz yüz iyirmi iki manat altmış altı qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat tutularaq iddiaçı “Yelo Bank” X6 xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2456/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2456/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver