Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2460/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “verilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “verilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6.970 (altı min doqquz yüz yetmiş) manatməbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o xx xxxxxx 2020-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 8.770 (səkkiz min yeddi yüz yetmiş) manat dəyərində poletilen örtük vermişdir. Onlar pulu bir həftə ərzində verəcəyini bildirsə də, ona cəmi 1.800 (bir min səkkiz yüz) manat məbləğində pul ödəmişdilər. Qeyd edilməlidir ki, əvvəllər də tərəflər arasında poletilen örtük alqı-satqısı olmuş, həmin vaxt onlar pulu ödədiklərinə görə cavabdehlər onun etibarını qazanmışdılar. Sonuncu dəfə 2020-ci ilin yanvar ayının 25-də onlara verdiyi poletilen örtüyünün pulunu verməkdən imtina etdilər. Dəfələrlə cavabdehlərdən pulunu istəsə də, müxtəlif bəhanə gətirərək pulu ödəməkdən yayınırlar. Hazırda onların 6.970 (altı min doqquz yüz yetmiş) manat borcu vardır. O, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hər iki cavabdeh polis bölməsində verdiyi izahatında ona olan borclarını etiraf edərək, pulu qısa müddətdə qaytaracaqlarına söz vermişdilər. Aparılan araşdırmanın nəticəsi olaraq ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Odur ki, o mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə edilmiş araşdırma materiallarından görünür ki, cavabdehlər 6.970 (altı min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaitinin ona borclu olduqlarını etiraf ediblər. Buna görə də hər iki cavabdeh şəxsdən həmin məbləğdə pul tutularaq ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli ərizəsinin surətindən və məzmunundan görünür ki, o xx xxxxxx 2020-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində “mal bazarı” adlanan yerdə Cavabdeh2 və Cavabdeh1 6.970 (altı min doqquz yüz yetmiş) manat dəyərində poletilen örtük vermişdir. Onlar pulu bir həftə ərzində verilən pul vəsaitini qaytaracaqlarını bildirsələr də, onun pulunu ödəməkdən imtina etmişdilər. Həmin şəxslər barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir; İddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli izahatının surətindən və məzmunundan görünür ki, o xx xxxxxx 2020-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində “mal bazarı” adlanan yerdə Cavabdeh2 və Cavabdeh1 8.770 (səkkiz min yeddi yüz yetmiş) manat dəyərində poletilen örtük vermişdir. Həmin pul vəsaitindən dörd gün sonra 1.800 (bir min səkkiz yüz) manat hissəsini qaytarmışdılar. Qalan 6.970 (altı min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaitini qaytaracaqlarını bildirsələr də, onun qalıq pulunu ödəməkdən imtina etmişdilər. Müvafiq məbləğdə pul vəsaitinin qaytarılması ilə bağlı ona köməklik göstərilməsini xahiş etmişdir; Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli izahatının surətindən və məzmunundan görünür ki, o Cavabdeh1 ilə birlikdə xx xxxxxx 2020-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində “mal bazarı” adlanan yerdə əvvəllər tanıdığı İddiaçı 8.770 (səkkiz min yeddi yüz yetmiş) manat dəyərində poletilen örtük götürmüşdür. Müvafiq pul vəsaitini bir həftə ərzində qaytaracığını İddiaçı qaytaracığını bildirmişdir. Lakin həmin məbləğdən 10 (on) gün sonra 1.800 (bir min səkkiz yüz) manat hissəsini qaytarmış, qalan məbləği isə iki ay müddətinə qaytaracağını bildirmişdir; Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli izahatının surətindən və məzmunundan görünür ki, o Cavabdeh2 ilə birlikdə təxminən xx xxxxxx 2020-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində “mal bazarı” adlanan yerdə əvvəllər tanıdığı İddiaçı 8.770 (səkkiz min yeddi yüz yetmiş) manat dəyərində poletilen örtük götürmüşdür. Müvafiq pul vəsaitini hissə-hissə qaytaracığını İddiaçı qaytaracığını bildirmişdir; Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin polis sahə inspektoru polis kapitanı Orxan Məmmədzadənin İddiaçı müraciətinə baxılmasının nəticəsinə dair xx xxxx 2020-ci il tarixli arayışının surətindən və məzmunundan görünür ki, icraatına xx xxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, binəqədi rayonu, Binəqəd qəsəbəsində Babək, Rəşad və bir nəfər adını bilmədiyi şəxsə 8.970 (səkkiz min doqquz yüz yetmiş) manat dəyərində poletilen örtük verməsi, lakin pulunu ala bilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə ünvanladığı şikayət ərizəsi daxil olmuşdur. Daxil olmuş ərizə ilə bağlı CəfərovElçin Mustafaoğlu eyni məzmunlu izahat vermişdir. Araşdırma zamanı Cavabdeh2 izahat verərək CəfərovElçin Mustafaoğluna borclu olduğu pulu iki aya qaytaracağını bildirmişdir. Vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material mülki iddia xarakterli olduğuna görə materialın işə tikilməsini və bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi barədə ərizəçiyə yazılı məlumat verilməsi məqsədəmüvafiq hesab edilmişdir; Elektron Hökümət Portalının xx xxxx 2020-ci il tarixli “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sisteminin şəxsiyyət vəsiqəsi məlumatları haqqında çıxarışın surətindən görünür ki, xx xxxxxx 1982-ci il tarixdə Sumqayıt şəhərində andan olmuş Cəfərov X1 şəhəri, 4-cü məhəllə, ev 15/30, mənzil 9 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxxxx 1982-ci il tarixdə Bərdə rayonu, Hüseynbəyli kəndində anadan olmuş Cavabdeh1 ünvan 5 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxxx 1986-cı il tarixdə Bərdə rayonu, Dətmədağıldı kəndində anadan olmuş Cavabdeh2 Bərdə rayonu, Şirvanlı ərazi dairəsi, Dəymədağıldı kəndində qeydiyyatdadır; xx xxxx 2020-ci il tarixli 37245 nömrəli qəbzdən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1 -ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir; 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 741-ci maddəsinə əsasən-əgər müqavilənin iştirakçılaı borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə; 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1-ci və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 2020-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 8.770 (səkkiz min yeddi yüz yetmiş) manat dəyərində poletilen örtük vermişdir. Cavabdeh şəxslər həmin pul vəsaitini bir həftə ərzində verəcəklərini bildirmişlər, lakin iddiaçı şəxsə cəmi 1.800 (bir min səkkiz yüz) manat məbləğində pul ödənilmişdir. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, hər iki cavabdeh polis bölməsində verdiyi izahatında ona olan 6.970 (altı min doqquz yüz yetmiş) manat məbləğində borclarını etiraf edərək, pulu qısa müddətdə qaytaracaqlarına söz vermişdilər. Ona görə də məhkəmə hesab edir ki, 6.970 (altı min doqquz yüz yetmiş) manat məbləgində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6.970 (altı min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6.970 (altı min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2460/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2460/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver