Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2460/2022 09.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, İlkin iddia tələbi üzrə Cavabdeh1, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh2 İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 5000 (beş min) manat əsas borcun və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun, cəmi 5070 (beş min yetmiş) manat pulun müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Cavabdeh2 İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun xeyrinə vurduğu maddi ziyana görə 7033 (yeddi min otuz üç) manatın və ödənilmiş dövlət rüsumuna görə 91 (doxsan bir) manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 “Mercedes-Benz” GL450 minik markalı, Ban № 4JGBF71E57A132780, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədi ilə digər Cavabdeh1 faktiki sahibliyinə verib. Bununla əlaqədar olaraq Cavabdeh2 Cavabdeh1 həmin avtomobillə bağlı bütün hərəkətləri etməyə səlahiyyət (idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək) etibarnamə verib. Cavabdeh1 isə nəqliyyat vasitəsini satışının təşkil edilməsi məqsədilə iş üzrə digər Cavabdeh3 təhvil verib. Sonuncu avtomobili Bakı şəhəri Binəqədi rayon ərazisində rəhbərlik etdiyi avtosalona yerləşdirmiş və avtomobilin satılması məqsədilə internetdə elan yerləşdirib. O, avtomobilin satılması barədə internetdə yerləşdirilmiş elan vasitəsilə xəbərdar olub Bakı şəhərinə gəlmiş və Cavabdeh3 ilə razılıq əldə edərək avtomobili 24.500 manata sonuncudan satın almışdır. Bununla əlaqədar olaraq Cavabdeh2 ona 05 fevral 2021-ci il tarixdə etibarnamə verib. Cavabdeh2 09 mart 2021-ci il tarixdə ona verdiyi etibarnaməni ləğv edib. Bununla əlaqədar olaraq Cavabdeh2 ilə danışdıqda sonuncu ona avtomobil üçün ödədiyi pulun Cavabdeh1 tərəfindən ona ödənilməməsini bildirib. Yaranmış vəziyyətlə bağlı o, avtomobil salonunun sahibi Cavabdeh3 məlumat vermiş və etibarnamənin bərpa edilməsi və ya ondan aldığı pulun qaytarılmasını tələb etmişdir. Cavabdeh3 bir neçə gün müddətinə bu məsələni həll edəcəyinə söz versə də, həll etməmişdir. Odur ki, o, Cavabdeh3 verdiyi pulların geri qaytarılmasını tələb etmiş, eyni zamanda pul qaytarıldığı vaxt avtomobili geri qaytaracağını sonuncuya bildirmişdir. Bir neçə gündən sonra Cavabdeh3 onu Bakı şəhərinə dəvət edərək 19.500 manat pulu qaytarmış, qalan 5000 manat pulu isə bir neçə günə qaytaracağına söz vermişdir. Lakin Cavabdeh3 bugünədək 5000 manat pulu qaytarmamışdır. Cavabdeh3 deməsinə görə, ondan aldığı 24.500 manatı Cavabdeh1, sonuncu isə Cavabdeh2 verib. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 5000 (beş min) manat əsas borcun və 70 (yetmiş) manat dövlət rüsumunun, cəmi 5070 (beş min yetmiş) manat pulun müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(005)-2360/2021 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və ona qarşı iddia tələbləri qismən təmin edilərək 2007 ci il buraxılışlı, “Mercedes- Benz” GL450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ondan alınaraq Cavabdeh2 qaytarılması qət edilsə də, ona 5000 manat pulun qaytarılması məsələsi həll edilməmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, özünə məxsus olan 2007-ci il buraxılışlı, “Mercedes-Benz” GL450 minik markalı, Ban № 4JGBF71E57A132780, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti idarə etmək üçün etibarnamə ilə ilk iddia üzrə digər Cavabdeh1 vermişdir. Sonradan ona məxsus olan avtomobil ilk iddia üzrə üçüncü Cavabdeh3 tərəfindən ilk iddia üzrə İddiaçı faktiki olaraq satılmışdır. O, avtomobilini cavabdehlərdən geri tələb etsə də qaytarmadılar. Nəticədə avtomobilin geri qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(005)-2360/2021 saylı qətnaməsinə əsasən onun cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı əmlakın geri qaytarılması və vurulmuş ziyanın ödənilməsinə dair iddia tələbləri qismən təmin edilərək “Mercedes-Benz” GL450 minik markalı, **- HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq ona geri qaytarılması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamə artıq qanuni qüvvəsini almışdır və 11 may 2022-ci il tarixdə yekun icra tədbiri həyata keçirilməklə 2263 saylı akt tərtib edilməklə həmin avtomobil ona qaytarılmışdır. Avtomobili götürüb evakuator vasitəsilə Bakıya gətirən kimi 18 may 2022-ci il tarixdə onu “Mercedes-Benz” rəsmi dileri olan "xxxx" MMC-də müayinə etdirmişdir. Məlum oldu ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı avtomobilin ona qaytarılacağını bildiyi üçün onun zavod istehsalı olan disklərini dəyişərək, üzərində “istismarı qadağandır” möhürü vurulmuş çatlı disklər qoymuş, həmçinin avtomobilin səsboğan borusunu qaynaq vasitəsilə kəsərək sağ və sol katalizatorlarını çıxarmışdır. O, avtomobilin normal aşınması ilə bağlı olan və baxımsızlıqla bağlı xərclərini tələb etmir. Lakin avtomobilin ona qaytarılması ilə bağlı icra prosesi ərəfəsində bu cür ziyan vuran hərəkətləri nəticəsində ona dəymiş zərəri İddiaçı tələb edir. Qeyd edilən qanunazidd əməllər təqdim etdiyi sənədlər və fotoşəkillərlə tam təsdiqini tapır. Həmin sənədlərdən göründüyü kimi səsboğan borusu və sağ katalizator komplektinin qiyməti 4698,79 manat, sol katalizatorun qiyməti 5378,34 manat, R19 zavod istehsalı təkər diskinin 1 komplektinin qiyməti 4 əd x 997,50 manat olmaqla, 3990 manat təşkil edir. Qeyd edilənlərdən həmin ehtiyat hissələrinin yenilərinin ümumi dəyərinin 14.067,13 manat təşkil etməsi müəyyən olunur. Həmin ehtiyat hissələri üçün aşınma (amortizasiya) faizi tətbiq etməklə hətta yarı qiyməti götürülsə ona dəyən ziyan 7033 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini etiraf etmədi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi, qarşılıqlı iddia tələbi üzrə bildirdi ki, “Mercedes-Benz” GL450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəfindən heç bir ziyan vurulmamışdır, qarşılıqlı iddia tələbində qeyd olunanlar tamamilə əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə Cavabdeh1 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, Cavabdeh2 onun qohumudur. Natiq özünə məxsus “Mercedes-Benz” GL450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəmişdir. O, həmin dövrdə qohumu X5 ilə bir yerdə işləmişdir. Əslində Natiqin maşınını Maqsud almış, lakin qohum olduqları üçün Natiq etibarnaməni onun adına vermişdir. Natiq maşını 19.000 manata satmışdır. Daha sonra həmin maşını avtosalonda satışa qoyub iddiaçıya 24.000 manata satmışlar. Maşının satılması barədə Natiqin də, onun da məlumatı yox idi. Maşının satılmasını öyrəndikdən sonra Natiq etibarnaməni ləğv etmişdir. Onlar Maqsud və digər Cavabdeh3 19.500 manat məbləğində pul vermişlər ki, pulu iddiaçıya qaytarsın. Hazırda iddiaçının tələbinin ona heç bir aidiyyəti yoxdur. Belə ki, maşını 24.000 manata iddiaçıya Cavabdeh3 satmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 ilk iddia tələbini etiraf etmədi, qarşılıqlı iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin ona aid olan hissədə rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia tələbi üzrə Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2360/2021 nömrəli 03 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, “Mercedes-Benz” GL450 minik markalı, **- HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq Cavabdeh2 geri qaytarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2022-ci il tarixli, 3/1121 saylı rəyindən görünür ki, təqdim edilmiş “Mercedes-Benz” GL450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəllər üzərində olmuş təkər disklərin dəyişdirilməsinə uyğun gəlir. Təqdim edilmiş “Mercedes-Benz” GL450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucuların qaynaq üsulla kəsilərək dəyişdirilməsinə uyğun gəlir. Müvafiq elmi metodika olmadığından təqdim edilmiş “Mercedes-Benz” GL450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucuların kəsilmə tarixini müəyyən etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2022-ci il tarixli, 9/5821 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, normal vəziyyətdə orta bazar qiyməti təxminən 23500,00 manat olmuş 2006-cı il buraxılışlı “Mercedes-Benz” GL 450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla nəzəri qaydada təxminən 14100,00 (23500- 40%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra müəyyən edilmiş salamat qalmış hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. İş materiallarında olan qüsur aktından görünür ki, “Mercedes-Benz” GL 450 minik markalı, **- HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri - səsboğan borusu və sağ katalizator komplektinin qiyməti 4698,79 manat, sol katalizatorun qiyməti 5378,34 manat, R19 zavod istehsalı təkər diskinin 1 komplektinin qiyməti 997,50 manat olmaqla (997,50 x 4 ədəd), 3990 manat təşkil edir. Məhkəmə iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı və təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, “Mercedes-Benz” GL 450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh2 həmin avtomobili 19.500 manata satmaq istəmiş, bunun üçün qohumu Cavabdeh1 etibarnamə vermiş, sonuncu da öz növbəsində avtomobili satması üçün digər Cavabdeh3 təhvil vermişdir. Cavabdeh3 da avtomobili Bakı şəhəri Binəqədi rayonu ərazindəki avtosalonuna apararaq internet resurslarında elan yerləşdirmişdir. İddiaçı həmin avtomobilin satılmasından elan vasitəsi ilə məlumat əldə etmiş və Cavabdeh3 ilə aralarındakı razılığa əsasən sonuncuya 24.500 manat pul ödəyərək “Mercedes-Benz” GL 450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişdir. Bundan sonra avtomobilin sahibi Cavabdeh2 tərəfindən avtomobilə dair İddiaçı etibarnamə verilmişdir. Avtomobilin satışından əldə edilmiş 19.500 manat, yəni Cavabdeh2 satış üçün müəyyən etdiyi məbləğ sonuncuya ödənilmədiyindən, o, İddiaçı və Cavabdeh1 qarşı əmlakın geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin yuxarıda qeyd olunan qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Hazırda İddiaçı avtomobil sahibliyindən alındığından avtomobilin alınması üçün ödədiyi 24.500 manatın 5000 manatını (19.500 manatın Cavabdeh3 tərəfindən İddiaçı qaytarılması işin mübahisəsiz halıdır) cavabdehlərdən tələb edir. Məhkəmə hesab edir ki, avtomobilin alınması ilə bağlı razılaşma Cavabdeh3 ilə İddiaçı arasında olduğundan və sonuncu tərəfindən avtomobilin satış qiyməti olaraq 24.500 manat Cavabdeh3 verildiyindən, hazırda isə avtomobil İddiaçı alınaraq Cavabdeh2 qaytarıldığından, avtomobilin satışından əldə edilmiş 5000 manatın (24.500-19.500) Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə, iddia tələbini digər cavabdehlərə münasibətdə isə əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, avtomobilin mülkiyyətçisi Cavabdeh2 olsa da, sonuncu avtomobilin satılması üçün Cavabdeh1 etibarnamə vermiş, o da öz növbəsində avtomobili satması üçün digər Cavabdeh3 təhvil vermişdir. Avtomobilin satılması ilə bağlı danışıqlar və pulun ödənilməsi Cavabdeh3 ilə İddiaçı arasında olmuşdur. Cavabdeh2 avtomobilin pulunun ona ödənilməməsi səbəbindən Cavabdeh1 və İddiaçı qarşı məhkəmədə iddia qaldırmış və məhkəmə qətnaməsinə əsasən avtomobil sahibliyinə qaytarılmışdır. Cavabdeh1 isə Cavabdeh3 ilə İddiaçı arasında olan razılaşmada iştirak etməmiş, İddiaçı avtomobilin pulunu Cavabdeh3 verdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 və Cavabdeh2 aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qarşılıqlı iddianın əsaslarının təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qarşılıqlı iddiaçının iddia tələbinin əsasını “Mercedes-Benz” GL450 minik markalı, **- HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın ödənilməsi təşkil edir. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə, yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırkı mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür. Lakin qarşılıqlı iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, qarşılıqlı iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində avtomobilinə 7033 manat məbləğində ziyanın vurulmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan zərərin məhz ilk iddiaçı tərəfindən vurulduğunu (avtomobilə zərərin onun məhz İddiaçı istifadəsində olan zaman dəyməsi, avtomobilin sonuncudan təhvil alınan zaman avtomobilin vəziyyətini özündə əks etdirən akt və s.), göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız qarşılıqlı iddiaçının izahatı mövcuddur ki, həmin izahat da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə qarşılıqlı iddiaçı öz izahatında bildirdiyi kimi, “Mercedes-Benz” GL450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7033 manat məbləğində zərər vurulduğunu qeyd etsə də, bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Eyni zamanda, ekspert rəyinə əsasən “Mercedes-Benz” GL450 minik markalı, **-HZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucuların kəsilmə tarixini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ilkin iddia tələbi üzrə ödənilmiş 70 manat dövlət rüsumu Cavabdeh3 alınaraq İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməli, eyni zamanda, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 160 (110+50) manat Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh3 5000 manat məbləğində pul və 70 manat dövlət rüsumu olmaqla, cəmi 5070 (beş min yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh2 İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Məhkəmə trasoloji və məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri cəmi 160 (bir yüz altmış) manat məbləğində pul Cavabdeh2 tutulsun, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2460/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2460/2022
09.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver