Məhkəmə qərarları › İş №2(005)-2462/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2462/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2462/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi, Cavabdeh Cavabdeh1 iştirakı ilə, X3 Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Kredit Təşkilatı “xxxx” MMC Cavabdeh1 və Cavabdeh2qarşı “kredit borcunun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2016-cı il tarixli, LD/16046/00040 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 433.65 (dörd yüz otuz üç dollar 65 sent) ABŞ dolları, xx xxxxxx 2020-ci il il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) ABŞ dolları, cərimə üzrə 00 (sıfır) ABŞ dolları olmaqla ümumilikdə 433.65 (dörd yüz oluz üç dollar 65 sent) ABŞ dolları məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq X3 Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 Təşkilatı “X4” MMC-nin Neftçala filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il il tarixli, LD/16046/00040 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə xx xxxxxx 2020-ci il il tarixə qədər illik 12,73 % dərəcəsini tətbiq etməklə 1412 (bir min dörd yüz on iki) ABŞ doliarıı məbləğində kredit verilmişdir. BOKT “X5" MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxx” MMC-və satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəııdinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakm Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də İmtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə pretenziya qaydasında danışıqlar aparılmış, lakin danışıqlar heç bir fayda verməmişdir və X3 Kredit Təşkilatı “xxxx” MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi ilçün məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X6 Təşkilatı “xxxx” MMC ilə borclu Cavabdeh2 arasında xx xxxxxx 2016-cı il il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzəıinə götürmüşdür. Həmin müqavilənin 2.1 -ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hal-hazırda isə cavabdeh və zamin tərəfindən müqavilə üzrə öhdəliklər ümumiyyətlə icra olunmur. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2020-ci il il tarixə müştərək qaydada əsas borc üzrə 433.65 (dörd yüz otuz üç dollar 65 sent) ABŞ dolları, faiz borcu üzrə 0.00 (sıfır) ABŞ dolları, cərimə üzrə 00 (sıfır) ABŞ dolları olmaqla ümumilikdə 433.65 (dörd yüz oluz üç dollar 65 sent) ABŞ dolları məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə iclasına X3 Kredit Təşkilatı “xxxx” MMC-nin nümayəndəsi X1 ərizəsi daxil olmuş, ərizədə məhkəmə iclasına onun iştirakı olmadan baxılması və iddiaçının xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etdiyini, BOKT “xxxx” MMC-nə 434 ABŞ dolları borcu olduğunu, lakin imkanı olmadığından ödəyə bilmədiyini, həmçinin mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Məhkəmə tərəfin izahatını və ərizəsini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli, LD/16046/00040 saylı kredit müqaviləsinin surətindən görünür ki, X6 Təşkilatı “X5” MMC-nin Neftçala filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il il tarixli, LD/16046/00040 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə, illik 12,73 % dərəcəsini tətbiq etməklə 1412 (bir min dörd yüz on iki) ABŞ dolları məbləğində kredit verilmişdir. BOKT “X5" MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxx” MMC-və satılmışdır (güzəşt edilmişdir). İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli, LD/16046/00040 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, X6 Təşkilatı “X5” MMC-nin Neftçala filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il il tarixli, LD/16046/00040 saylı kredit müqaviləsinə əsasən cavabdehə verilmiş 1412 (bir min dörd yüz on iki) ABŞ dolları məbləğində kreditin alınmasına görə Cavabdeh2 zamin qismində “borc alanla” birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürür. İş materiallarında olan xx xxx 2020-ci il tarixli, maliyyə arayışından görünür ki, X6 Təşkilatı “xxxx” MMC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD/16046/00040 saylı nömrəli kredit müqaviləsinə əsasən X6 Təşkilatı “xxxx” MMC-nə xx xxxxxx 2020-ci il il tarixə müştərək qaydada əsas borc üzrə 433.65 (dörd yüz otuz üç dollar 65 sent) ABŞ dolları, faiz borcu üzrə 0.00 (sıfır) ABŞ dolları, cərimə üzrə 00 (sıfır) ABŞ dolları olmaqla ümumilikdə 433.65 (dörd yüz oluz üç dollar 65 sent) ABŞ dolları məbləğində borcu qalmışdır. İş materiallarında olan xx xxxxxxxx 2016-cı il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 kreditin əsas məbləğinə hesablanmış cərimə və faizlərin 7 gün müddətində ödənilmədiyi təqdirdə qanun çərçivəsində məhkəmə ilə ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 tərəfindən verilmiş ərizədən görünür o, iddianı qəbul edir, BOKT “xxxx” MMC-nə 434 ABŞ dolları borcu olduğunu qəbul edir, lakin imkanı olmadığından ödəyə bilmir. İş materiallarına əlavə olunmuş Hüquqların və tələblərin güzəşti haqqında Bildirişdən görünür ki, LPO BOKT “X5” MMC bütün hüquqlara və tələblərə mülkiyyət hüququnu BOKT “xxxx” MMCnə keçirmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2016-cı il tarixli, LD/16046/00040 saylı kredit müqaviləsinə əsasən 433.65 (dörd yüz otuz üç dollar 65 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü manata məzənnə ilə) iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx xxx 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 433.65 (dörd yüz otuz üç dollar 65 sent) ABŞ dolları məbləğində borc ödəniş günü manata məzənnə ilə manatla və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu X3 Kredit Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 433.65 (dörd yüz otuz üç dollar 65 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü manata məzənnə ilə) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu X3 Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar