Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2465/2020 28.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Əlili Gülnar Yadulla qızının katibliyi ilə, x9 Kredit Təşkilatı “FinTrend” x5 cavabdeh x3 qarşı “borc tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: x9 Kredit Təşkilatı “FinTrend” x7 cavabdeh x3 qarşı “borc tələbi”nə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, x10 Təşkilatı “FinTrend” x7 ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli N8-0***-******* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 66,43 (altmış altı manat qırx üç qəpik) manat məbləğində əsas borc, 26,78 (iyirmi altı manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0,50 faiz dərəcəsində 17,37 (on yeddi manat otuz yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 110,58 (bir yüz on manat əlli səkkiz qəpik) manat məbləğində ümumi borcun və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun x9 Kredit Təşkilatı “FinTrend” x5 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. x9 Kredit Təşkilatı “FinTrend” x7 kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, x10 Təşkilatı “FinTrend” x7 ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli N8-0***-******* nömrəlikredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 (on iki) ay müddətinə ödəmək şərti ilə 335,32 (üç yüz otuz beş manat otuziki qəpik) manat məbləğində kredit verilmişdir. Hazırda borlcu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınmışdır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirilməmişdir. Borclunun xx xxxx 2018-ci il tarixli N8- 0***-******* nömrəli kredit müqaviləsinə görə xx xxxx 2020-ci il tarixə əsas borcu 66,43 (altmış altı manat qırx üç qəpik) manat, faiz borcu 26,78 (iyirmi altı manat yetmiş səkkiz qəpik) manat və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0,50 faiz dərəcəsində cərimə borcu 17,37 (on yeddi manat otuz yeddi qəpik) manat təşkil edir. Kredit üzrə ümumi borc 110,58 (bir yüz on manat əlli səkkiz qəpik) manat müəyyən edilmişdir. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən borcalan kredit göstərilən müddətdə və bu müqaviləyə 1 nömrəli əlavədə müəyyən edilən qaydada ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.13.1-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün 0,50 faiz dərəcəsində dəbbə pulu hesablanır və boralan tərəfindən kreditora ödənilir. xx xxxx 2020-ci il tarixinə borclunun x10 Təşkilatı “FinTrend” x6 ümumilikdə 110,58 (bir yüz on manat əlli səkkiz qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş cavabdeh x4 ilə x9 Kredit Təşkilatı “FinTrend” x7 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli N8-0***-******* nömrəli kredit müqaviləsinin surətindən görünür ki, müvafiq müqaviləyə əsasən cəmiyyət tərəfindən cavabdehə illik faiz dərəcəsi 44% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 335,32 (üç yüz otuz beş manat otuz iki qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, x2 x10 Təşkilatı “FinTrend” x666,43 (altmış altı manat qırx üç qəpik) manat məbləğində əsas və 26,78 (iyirmi altı manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu vardır. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün x9 Kredit Təşkilatı “FinTrend” x7 tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, cavabdeh x4 ilə x9 Kredit Təşkilatı “FinTrend” x7 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli N8-0***-******* nömrəli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə illik faiz dərəcəsi 44% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 335,32 (üç yüz otuz beş manat otuz iki qəpik) manat məbləğində kredit verilmişdir. Hazırda borlcu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınmışdır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirilməmişdir. Borclunun xx xxxx 2018-ci il tarixli N8-0***-******* nömrəli kredit müqaviləsinə görə xx xxxx 2020-ci il tarixə əsas borcu 66,43 (altmış altı manat qırx üç qəpik) manat, faiz borcu 26,78 (iyirmi altı manat yetmiş səkkiz qəpik) manat və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0,50 faiz dərəcəsində cərimə borcu 17,37 (on yeddi manat otuz yeddi qəpik) manat təşkil edir. Kredit üzrə ümumi borc 110,58 (bir yüz on manat əlli səkkiz qəpik) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”.Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh x1 66,43 (altmış altı manat qırx üç qəpik) manat məbləğində əsas borc, 26,78 (iyirmi altı manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0,50 faiz dərəcəsində 17,37 (on yeddi manat otuz yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 110,58 (bir yüz on manat əlli səkkiz qəpik) manat məbləğində ümumi borc vəsaiti və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu x9 Kredit Təşkilatı “FinTrend” x5 xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2465/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2465/2020
28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver