Məhkəmə qərarları › İş №2(005)-2468/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2468/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2468/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-na qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASCnin xeyrinə əsas borc üzrə 331197.53 AZN, faiz borcu üzrə 64423.69 AZN olmaqla, cəmi 395621.32 AZN borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 (otuz manat 40 qəpik) AZN dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə yazılı ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 331197.53 AZN, faiz borcu üzrə 70164,45 manat, cəmi 401362,08 manat, həmçinin, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə yazılı ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 331,197.63 AZN, 73,991.62 AZN faiz borcu olmaqla cəmi 405189,25 AZN kredit borcunun tutulması, 2,30 AZN dövlət rüsumu və 0.40 bank xidmət haqqı cavabdehlərdən tutulmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 05.04.2016-cı il tarixli, 14-05-04-2016-Eİ-AS nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 240 ay müddətinə illik 8 % dərəcəsi ilə hesablanmaqla, 340290.00 (üç yüz qırx min iki yüz doxsan manat) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında zaminlik müqavilələri bağlanmışdır. Yuxarıda qeyd olunan müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. 05.04.2016-cı il tarixli, 14-05-04-2016-Eİ-AS nömrəli Kredit müqaviləsinə əsasən 29.03.2021-ci il tarixinə əsas borc üzrə 331197.63 AZN, faiz borcu üzrə 64423.69 AZN olmaqla, cəmi 395621.32 AZN borc məbləği mövcuddur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə bu cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.04.2016-cı il tarixli təminatlı kredit (daxili ipoteka krediti) müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh1 240 ay müddətinə, illik 8% ödəmək şərti ilə 340,290.00 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Kreditin müqaviləsi üzrə təminat kimi çıxış edən 01.04.2016-cı il tarixli 13/İ №-li Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev və S.Vəzirov küçələrinin kəsişməsində, 1171-ci məhəllədə tikilməkdə olan bina 25, blok 1, mərtəbə 16, ümumi sahəsi 199 kv.m ibarət 4 otaqlı 66 №-li mənzil ipoteka ilə rəsmiləşdirilmişdir; "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 05.04.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən borcalan Cavabdeh1 05.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin Cavabdeh3 MMC borcalan Cavabdeh1 ilə "xxxx" ASC qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür; "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 05.04.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən borcalan Cavabdeh1 05.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin Cavabdeh2 borcalan Cavabdeh1 ilə "xxxx" ASC qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür; Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh1 240 ay ərzində, yəni 05.05.2016-cı il tarixdən 05.03.2036-cı il tarixədək hər ay 2,846.40 (sonuncu ay 2,800.69) manat ödəməli idi; 05.04.2016-cı il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh1 05.04.2016-cı il tarixdə "xxxx" ASC-dən 340290.00 (üç yüz qırx min iki yüz doxsan) manat məbləğində pulu qəbul etmişdir; "xxxx" ASC-nin 29.03.2021-ci il tarixli maliyyə arayışına əsasən 05.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 331,197.63 manat əsas borc, müqavilə müddətinə hesablanmış 64,423.69 manat faiz borcu, cəmi 395621,32 manat məbləğində borcu var; "xxxx" ASC-nin 17.06.2021-ci il tarixli maliyyə arayışına əsasən 05.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 331,197.63 manat əsas borc, müqavilə müddətinə hesablanmış 70,164.45 manat faiz borcu, cəmi 401362,08 manat məbləğində borcu var; "xxxx" ASC-nin 10.08.2021-ci il tarixli maliyyə arayışına əsasən 05.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 331,197.63 manat əsas borc, müqavilə müddətinə hesablanmış 73,991.62 manat faiz borcu, cəmi 405189,25 manat məbləğində borcu var; "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə 19.02.2021-ci il tarixdə ünvanlanmış bildirişin surətinə əsasən cavabdehlərə 05.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir; 12.04.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.04.2016-cı il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 240 ay müddətinə, illik 8% ödəmək şərti ilə 340,290.00 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin məbləğdə krediti qəbul etmiş etmişdir. Kreditin müqaviləsi üzrə təminat kimi çıxış edən 01.04.2016-cı il tarixli 13/İ №-li Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev və S.Vəzirov küçələrinin kəsişməsində, 1171-ci məhəllədə tikilməkdə olan bina 25, blok 1, mərtəbə 16, ümumi sahəsi 199 kv.m ibarət 4 otaqlı 66 №-li mənzil ipoteka ilə rəsmiləşdirilmişdir. Eyni zamanda, "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh3 MMC arasında bağlanmış 05.04.2016-cı il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 MMC borcalan Cavabdeh1 05.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdürlər. Lakin kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə qaytarmamışdır. Bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır Məhkəmə aparılmış araşdırmanın nəticələrinə istinadən belə qənaətə gəlir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 331,197.63 manat əsas borc, müqavilə müddətinə hesablanmış 73,991.62 manat faiz borcu, cəmi 405189,25 manat məbləğində borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Eyni zamanda, müəyyən edilmişdir ki, "xxxx" ASC ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 MMC arasında bağlanmış 05.04.2016-cı il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşlər. Məhkəmə qeyd edir ki, həm kredit, həm də zaminlik müqavilələri eyni tarixdə bağlanmış və zaminlik müqaviləsinin 13.2-ci bəndinə əsasən zaminlik müqaviləsi kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra edilənədək qüvvədə olması barədə razılığa gəlmişlər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh1 340290.00 (üç yüz qırx min iki yüz doxsan) manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 və Cavabdeh3 MMC borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada 331,197.63 manat əsas borc, müqavilə müddətinə hesablanmış 73,991.62 manat faiz borcu, cəmi 405189,25 manat borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 331,197.63 (üç yüz otuz bir min yüz doxsan yeddi manat altmış üç qəpik) manat əsas borc, 73,991.62 (yetmiş üç min doqquz yüz doxsan bir manat altmış üç qəpik) manat faiz borcu, cəmi 405189,25 (dörd yüz beş min yüz səksən doqquz manat iyirmi beş qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqı tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar