Məhkəmə qərarları › İş №2(005)-2471/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2471/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2471/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı X1 Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhər! Nəsimi rayonunda yerləşən “Smart Telecom" mağazasının sahibi, fiziki şəxs X2 ilə Cavabdeh arasında 17.05.2019-cu il, 09.08.2019-cu il və 11.08.2019-cu il tarixlərində “Alqı-satqı" müqavilələri bağlanmışdır. Cavabdeh 17.05.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 400 (dörd yüz) manat olan ‘‘Epson L3100" markalı printer almış, nəticədə 100 (yüz) manat borc yaranmış, 09.08.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 708 (yeddi yüz səkkiz) manat olan “Samsung Galaxy A50 64gb" markalı telefon almış, nəticədə 708 (yeddi yüz səkkiz) manat borc yaranmışdır və 11.08.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 659 (altı yüz əlli doqquz) manat olan “Samsung A505 128gb" markalı telefon almış, nəticədə 558 (beş yüz əlli səkkiz) manat borc yaranmışdır. Bu günədək cavabdehə etdiyi müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və alqısatqı qiyməti 400 (dörd yüz) manat olan “Epson L3100" markalı printer üçün ümumilikdə 100 (yüz) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə borcu (yəni 4 ay x 30 gün x 0.30 manat), (hər gün üçün ödənilməmiş məbləğin 3 % dəyərində cərimə) yaranmış, digər müqavilə üzrə alqı-satqı qiyməti 708 (yeddi yüz səkkiz) manat olan “Samsung Galaxy A 50” markalı telefon üçün ümumilikdə 708 (yeddi yüz səkkiz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə borcu (yəni 3 ay x 30 gün x İ manat), (hər gün üçün ödənilməmiş məbləğin 3 % dəyərində cərimə) yaranmış və digər müqavilə üzrə alqı-satqı qiyməti 659 (altı yüz əlli doqquz) manat olan “Samsung Galaxy A 505" markalı telefon üçün ümumilikdə 558 (beş yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə borcu (yəni 4 ay x 30 gün x 0.80 manat), (hər gün üçün ödənilməmiş məbləğin 3 % dəyərində cərimə) yaranmışdır. Borclu 17.05.2019-cu il tarixli müqavilə üzrə axırıncı ödənişi 26.11.2019-cu i! 100(yüz) manat olmaqla cəmi 300 (üç yüz) (50 azn x 4 ay)(100 azn ilkin ödəniş) manat ödəniş etmiş, digər 09.08.2019-cu il tarixli müqavilə üzrə heç bir ödəniş olunmamışdır və 11.08.2019-cu il tarixli müqavilə üzrə axırıncı ödəniş 11.08.2019cu il tarixli müqavilə üzrə 101 (yüz bir) manat olmaqla cəmi 101 (yüz bir) (ilkin ödəniş) manat ödəniş etmişdir. Qeyd edilənlərə əsasən, cavabdehdən iddiaçının xeyrinə “Epson L3100” markalı printer üçün 100 (yüz) manat borc, 36 (otuz altı) manat cərimə borcu , digər “Samsung Galaxy A50 markalı telefon üçün 708 (yeddi yüz səkkiz) manat borc, 90 (doxsan) manat cərimə borcu və digər “Samsung Galaxy A505” markalı telefon üçün 558 (beş yüz əlli səkkiz) manat borc, 72 (yetmiş iki) manat cərimə borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1594 (min beş yüz doxsan dörd) manatın tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 17 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh dəyəri 400 manat olan ilkin ödəniş 100 manat ödəməklə, aylıq ödəniş 50 manat müəyyən edilməklə printer almışdır. 17 may 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 50 manat məbləğində müəyyən edilmişdir. 09 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh dəyəri 708 manat olan Samsung galaxy A50 64GB black markalı telefon almışdır. 09 avqust 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 59 manat məbləğində müəyyən edilmişdir. 11 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh dəyəri 659 manat olan Samsung galaxy A 505 128GB markalı telefon almış,558 manat borcu yaranmışdır. 11 avqust 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 62 manat məbləğində müəyyən edilmişdir. 16.02.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, X2 tərəfindən Cavabdeh öhdəliyin icra edilməsi üçün xəbərdarlıq edilmişdir. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh iddiaçı X1 xeyrinə “Epson L3100” markalı printer üçün 100 (yüz) manat borc, 36 (otuz altı) manat cərimə borcu, “Samsung Galaxy A50 markalı telefon üçün 708 (yeddi yüz səkkiz) manat borc, 90 (doxsan) manat cərimə borcu, “Samsung Galaxy A505” markalı telefon üçün 558 (beş yüz əlli səkkiz) manat borc, 72 (yetmiş iki) manat cərimə borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi 1594 (min beş yüz doxsan dörd) manat tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 xeyrinə “Epson L3100” markalı printer üçün 100 (yüz) manat borc, 36 (otuz altı) manat cərimə, digər “Samsung Galaxy A50M markalı telefon üçün 708 (yeddi yüz səkkiz) manat borc, 90 (doxsan) manat cərimə, “Samsung Galaxy A505” markalı telefon üçün 558 (beş yüz əlli səkkiz) manat borc, 72 (yetmiş iki) manat cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1594 (min beş yüz doxsan dörd) manat tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar