Məhkəmə qərarları › İş №2(005)-2484/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2484/2020

21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2484/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli ******* saylı iş icazəsi əsasında ünvan 1 ünvanda təhsil müəssisəsi kimi fəaliyyət göstərən İddiaçındə müəllim vəzifəsində işləyən Birləşmiş Krallıq vətəndaşı Cavabdeh onunla bağlanmış əmək müqaviləsi üzrə götürdüyü öhtəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, daxili intizam qaydalarını kobud şəkildə pozaraq öhdəsində olan inventar və mal-materialları təhvil vermədən özbaşına işdən çıxaraq getmiş və ölkəni tərk etmişdir. Belə ki, Cavabdeh ölkədə Coronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün proflaktik və karantin tədbirlərin həyata keçirildiyi bir vaxtda, məktəbdə “Elektron məktəb“ proqramı üzrə “online” formada tədrisin təşkilinə qeyri ciddi münasibət bəsləyərək, tədris prosesinin təşkilini təmin etməmişdir. Bunun nəticəsində keçən müddət ərzində məktəbdə tədris prosesinin təşkili, “online” formada tədrisin aparılmasında və şagirdlərin tədrisə cəlb olunmalarında müəyyən problemlər yaranmışdır. Yaradılmış təhvil təslim komissiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Birləşmiş Krallıq vətəndaşı Cavabdeh öhdəsində olan inventar və mal-materialdan 2205 ABŞ dolları dəyərində çatışmamazlıq vardır. Bununla əlaqədar olaraq xx.xx.2020 il tarixli müvafiq qaydada akı tərtib edilmiş və komissiya üzvləri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bunun nəticəsində “BSB" X13 məktəbinə xeyli miqdarda ziyan dəymişdir. Ona görə də Birləşmiş Krallıq vətəndaşı Cavabdeh vurduğu zərərə görə 2205 ( iki min iki yüz beş ) ABŞ dolları maddi ziyanın alınaraq “BSB" X13 məktəbinin xeyrinə verilməsinə dair qətnamə çıxarılmalıdır. Qeyd edilənləri nəzərə alaraq, Birləşmiş Krallıq vətəndaşı Cavabdeh vurduğu zərərə görə 2205 ABŞ dolları maddi ziyanın və 30 manat rüsumun alınaraq İddiaçı xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçıX13 Məktəbinin nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X6 işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəl-lə-sinin 238.1-ci mad-də-sinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri- Kommersiya Qrumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan 087937№-li lisenziyadan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ünvan 1 ünvanında İddiaçınə müddətsiz ümumi təhsil müəssisələri fəaliyyətini həyata keçirməyə icazə vermişdir. İş materiallarında olan “Mac Air” istifadə müqaviləsindən görünür ki, İddiaçıX13 Məktəbi ilə Cavabdeh arasında müqavilə imzalanmışdır. İş materiallarında olan İİ seriyalı ******* №-li Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli ******* saylı iş icazəsi əsasında Cavabdeh ünvan 1 ünvanında İddiaçındə müəlllim kimi fəaliyyət göstərir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı baş direktoru professor X2 ilə Birləşmiş Krallıq vətəndaşı Cavabdeh arasında 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış razılaşmadan görünür ki, cavabdeh 06.09.19-cu ildə iddiaçı tərəfindən ona təqdim edilən avadanlığının istifadə edilməsi barədə qəbz imzalamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X7 - Direktor müavini, X3 - Direktor müavini, X8 ümumi şöbə müdiri, X4- Direktor köməkçisi, X9 - Mühafizə rəisi, X12 - İKT üzrə mühəndis, X5- Kitabxanaçı BSB X20 Məktəbində müəllim vəzifəsində işləmiş Birləşmiş Krallıq vətaııdaşı Cavabdeh xx.xx.2020-ci ildə məktəbə məlumat vermədən çıxıb getmiş və ölkəni tərk etmişdir. Yoxlama zamanı onun öhdəsində olan aşağıda adları qeyd olunmuş çatışmayan mal-materil, əmlak və inventar müəyyən olunması barədə aktı öz imzaları ilə təsdiqləmişlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, maddi ziyanla bağlı iddia tələbi 505 manatın cavabdehdən tutulması hissəsində əsaslıdır və təmin edilməlidir, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid ediməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2205 (iki min iki yüz beş) ABŞ dolları məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar