Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2498/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Maraqlı şəxsin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı (Bakı şəhəri Maraqlı şəxs qismində göstəriləməklə) “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı (Bakı şəhəri Maraqlı şəxs qismində göstəriləməklə) “yaşayış sahəsindən çıxarılma və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanında yerləşən yataqxanadan çıxarılması, həmin yaşayış sahəsinin sökülmək üçün İddiaçı MMC-yə təhvil verilməsi və Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanında yerləşən yataqxanadan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh yaşayış sahəsini təmin etmək üçün 15000 (on beş min) manat məbləğində birdəfəlik kompensasiya verilməklə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanında yerləşən yataqxanadan çıxarılması, həmin yaşayış sahəsinin sökülmək üçün İddiaçı MMC-yə təhvil verilməsi və Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanında yerləşən yataqxanadan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Maraqlı şəxs başçısının 12.12.2016-cı il tarixli 430 nömrəli sərəncamı ilə Pilot Layihə çərçivəsində rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliye küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Sözügedən normativ Hüquqi və İnzibati Aktın icrasının təmin edilməsi məqsədi ilə Nərimanov RİH ilə MMC arasında müvafiq müqavilə imzalanmış və müqavilə öhdəliyinə əsasən söküntüyə məruz qalan ərazidəki sakinlərin həmin ərazidə yeni inşa edilmiş yaşayış binalarının abad, tam təmirli mənzillərinə köçürülmələri İddiaçı MMC-yə həvalə edilmişdir. Bu məsələ ilə əlaqədar sakinlər hüquqmüəyyənedici sənədlər əsasında müvəqqəti yaşayış sahələrinə köçürülmüş və yeni yaşayış sahələri verilənədək kirayə xərclərinin verilməsi iddiaçı tərəfindən təmin edilmişdir. Həmin ərazidə Təbriz küçəsi 10 ünvanda qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış məcburi köçkün ailələri statuslarına uyğun olaraq Qaçqınların və X6 Dövlət üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən balanslarında olan müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər. Həmin binada fəaliyyət göstərən Nərimanov Bələdiyəsinin istifadəsində olan sahənin 1 otağı heç bir hüquqmüəyyənedici sənədi olmadan Cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin otaq zəbt edildiyindən Nərimanov Bələdiyyəsinin tərəfindən digər sahəyə tam köçürülməsi reallaşmamış, nəticə etibarı ilə İddiaçı MMC tərəfindən tikinti işlərinin davam etdirilməsi mümkünsüz olmuş və MMC böyük maliyyə itkiləri ilə üzləşmişdir. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qanunsuz zəbt etdiyi yaşayış sahəsini tərk etməkdən yayınır. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş “ünvan 1 ünvanında yerləşən yaşayış binasında keçirilən vizual texniki baxışın nəticəsi haqqında” 02 fevral 2017-ci il tarixli Rəyə əsasən, sözügedən ünvanda yerləşən evlər ümumiyyətlə mövcud tikinti norma və qaydalarına,şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Cavabdeh həmin yataqxana binasının otağını qanunsuz tutub, qanunsuz olaraq da həmin ünvana pasport qeydiyyatına düşüb. Onun həmin ünvana pasport qeydiyyatına düşməsi üçün heç bir hüquqi əsas ola bilməzdi. Cavabdehlə iddiaçı arasında heç bir qarşılıqlı öhdəlik yaradan müqavilə yoxdur. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X10 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Maraqlı şəxsin nümayəndəsi X15 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən Bakı şəhəri Maraqlı şəxsin başçısına ünvanlanan 29 nömrəli 05 mart 2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Maraqlı şəxs başçısının 12.12.2016-cı il tarixli 430 nömrəli sərəncamı ilə Pilot Layihə çərçivəsində rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliye küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Sözügedən normativ Hüquqi və İnzibati Aktın icrasının təmin edilməsi məqsədi ilə Nərimanov RİH ilə MMC arasında müvafiq müqavilə imzalanmış və müqavilə öhdəliyinə əsasən söküntüyə məruz qalan ərazidəki sakinlərin həmin ərazidə yeni inşa edilmiş yaşayış binalarının abad, tam təmirli mənzillərinə köçürülmələri İddiaçı MMC-yə həvalə edilmişdir. Bu məsələ ilə əlaqədar sakinlər hüquqmüəyyənedici sənədlər əsasında müvəqqəti yaşayış sahələrinə köçürülmüş və yeni yaşayış sahələri verilənədək kirayə xərclərinin verilməsi iddiaçı tərəfindən təmin edilmişdir. Həmin ərazidə Təbriz küçəsi 10 ünvanda qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış məcburi köçkün ailələri statuslarına uyğun olaraq Qaçqınların və X6 Dövlət üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən balanslarında olan müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər. Həmin binada fəaliyyət göstərən Nərimanov Bələdiyəsinin istifadəsində olan sahənin 1 otağı heç bir hüquqmüəyyənedici sənədi olmadan Cavabdeh tərəfindən zəbt edilmişdir. Digər otaq isə ünvan 3 ünvanında yaşayış sahəsi ilə təmin edilmiş X5 tərəfindən zəbt etdiyindən Nərimanov Bələdiyyəsinin MMC tərəfindən digər sahəyə tam köçürülməsi reallaşmamış, nəticə etibarı ilə İddiaçı MMC tərəfindən tikinti işlərinin davam etdirilməsi mümkünsüz olmuş və MMC böyük maliyyə itkiləri ilə üzləşmişdir. İş materiallarında olan 37 saylı MKİS tərəfindən verilən 252732 nömrəli 11.12.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh və atası X7 Bakı şəhəri, Təbriz küçəsi 10 nömrəli yataqxanada pasport qeydiyyatındadır. İş materiallarında olan 37 saylı MKİS tərəfindən verilən 012689 nömrəli 15.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Təbriz küçəsi 10 nömrəli yataqxanada pasport qeydiyyatındadır. İş materiallarında olan Bakı şəhər Maraqlı şəxs Başçısının çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında 430 nömrəli 12.12.2016-cı il tarixli Sərəncamından görünür ki, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Maraqlı şəxsə ünvanlanan 12 dekabr 2016-cı il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində İddiaçı MMC tərəfindən çoxmərtəbəli yaşayışbinalarının tikintisi məqsədi ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən işlənilmiş tikinti planlaşdırma eskizinin razılaşdırılması barədə 02 dekabr 2016-cı il tarixli 1/910 nömrəli məktuba Dövlət Şəhərsalma və Arkitektura Komitəsində baxılmışdır. Təqdim olunmuş layihə Komitə tərəfindən razılaşdırılmışdır. İş materiallarında olan Maraqlı şəxs və İddiaçı MMC arasında bağlanan 19.12.2016-cı il tarixli müqavilədən görünür ki, şirkət tərəfindən Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülməsi, həmin ərazidə yaşayan sakinlərin, aylıq müavinətlər verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməsi, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayışsahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürülməsini təmin etmək. İş materiallarında olan 03 may 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsinin sədri X11 ilə İddiaçı MMC arasında olan müqaviləyə görə Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsi öz istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanda 440 kv.m olan qeyri-yaşayış sahəsini sökülmək üçün İddiaçı MMC-nə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Nərimanov rayon sektoru tərəfindən Maraqlı şəxsə ünvanlanan 34 nömrəli 25 may 2021-ci il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanında müvəqqəti məskunlaşmış məcburi köçkünlər Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa edilmiş Qob Park 2 yaşayış kompleksinə köçürülmüşdür. Köçürülmə zamanı məcburi köçkün statusu olmayan Cavabdeh yeni mənzillə təmin olunmamışdır. İş materiallarında olan X4 və X2 notarial qaydada təsdiq edilmiş 07iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, X7 1994-cü il tarixdən vəfat etdiyi 03.06.2020-ci il tarixədək ünvan 8 ünvanında yaşamışdır. Cavabdeh isə hal-hazırki günədək həmin ünvanda yaşayır. İş materiallarında olan X8 notarial qaydada təsdiq edilmiş 08 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, X7 1994-cü il tarixdən vəfat etdiyi 03.06.2020-ci il tarixədək ünvan 8 ünvanında yaşamışdır. Cavabdeh isə hal-hazırki günədək həmin ünvanda yaşayır. İş materiallarında olan “X1 Company” MMC-nin 09 iyul 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 9 ünvana yaxın ərazilərdə yaşayışsahəsi 20 kv.m-dək olan mənzillərin aylıq kirayə haqqı məbləği 250-300 manat, yaşayış sahəsi 20 kv.m-dək olan yataqxana tipli yaşayış sahələrinin hər kvadrat metrinin mövcud bazar dəyəri isə təxmini olaraq 1000-1200 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər Maraqlı şəxs Başçısının çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında 430 nömrəli 12.12.2016-cı il tarixli Sərəncamı ilə rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində İddiaçı MMC tərəfindən çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən işlənilmiş tikinti planlaşdırma eskizi Komitə tərəfindən razılaşdırılmışdır. Maraqlı şəxs və İddiaçı MMC arasında bağlanan 19.12.2016-cı il tarixli müqaviləyə əsasən şirkət tərəfindən Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülməsi, həmin ərazidə yaşayan sakinlərin, aylıq müavinətlər verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməsi, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürülməsini təmin etmək barədə razılıq əldə edilmişdir. Təbriz küçəsi 10 ünvanında olan bina Nərimanov rayon Bələdiyyəsinin istifadəsində olduğundan 03 may 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsinin sədri X11 ilə İddiaçı MMC arasında müqavilə bağlanmış və müqaviləyə görə Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsi öz istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanda 440 kv.m olan qeyriyaşayış sahəsini sökülmək üçün İddiaçı MMC-nə təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh atası X7 1994-cü il tarixdən vəfat etdiyi 03.06.2020-ci il tarixədək ünvan 8 ünvanında yaşamışdır. Cavabdeh isə hal-hazırki günədək həmin ünvanda yaşayır və həmin ünvanda pasport qeydiyyatındadır. Həmin sahə yataqxana kimi qaçqınlara müvəqqəti məskunlaşmaq üçün verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Nərimanov rayon sektoru tərəfindən Maraqlı şəxsə ünvanlanan 34 nömrəli 25 may 2021-ci il tarixli məktubla ünvan 6 ünvanında müvəqqəti məskunlaşmış məcburi köçkünlər Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa edilmiş Qob Park 2 yaşayış kompleksinə köçürülmüşdür. Köçürülmə zamanı məcburi köçkün statusu olmayan Cavabdeh yeni mənzillə təmin olunmamışdır. İddiaçı tərəfindən 15000 manat kompensasiya ödənilməsi ilə cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmiş, cavabdeh tərəf isə bu təklifi qəbul etməmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Bakı şəhər Maraqlı şəxs Başçısının çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında 430 nömrəli 12.12.2016-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küç\si 10 ünvanında yaşayış binalarının sökülərək yerində İddiaçı MMC tərəfindən çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən işlənilmiş tikinti planlaşdırma eskizi Komitə tərəfindən razılaşdırılmışdır. Maraqlı şəxs və İddiaçı MMC arasında bağlanan 19.12.2016-cı il tarixdə həmin ərazidə yaşayan sakinlərin, aylıq müavinətlər verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməsi, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürülməsini təmin etmək barədə müqavilə bağlanmışdır. Təbriz küçəsi 10 ünvanında olan bina Nərimanov rayon Bələdiyyəsinin istifadəsində olduğundan 03 may 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsinin sədri X11 ilə İddiaçı MMC arasında müqavilə bağlanmış və müqaviləyə görə Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsi öz istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanda 440 kv.m olan qeyri-yaşayış sahəsini sökülmək üçün İddiaçı MMC-nə təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla belə cavabdeh həmin qeyri-yaşayış sahəsini boşaltmır. Cavabdehin həmin sahədə saxlanması üçün əsas da yoxdur. Cavabdeh şəxs Cavabdeh onun iddia etdiyi kimi müvafiq qeyri yaşayış sahəsində məskunlaşmışlar. Bununla bağlı kompensasiya ödənilməsi yolu cavabdehin qanunsuz zəbt etdiyi sahədən çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, qeyd edilən mənzil iddiaçı şəxsin mübahisəli sahəyə iddia edilən hüquları vardır. Cavabdehin həmin sahədə məskunlaşmaları onun qanunla qorunan hüquqularının pozulması ilə nəticələnmişdir. Buna görə də, cavabdeh həmin mənzildən çıxarılmalıdır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən həmin Qanun Azərbaycan Respublikasında məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin məskunlaşdırılması, sosial müdafiəsi tədbirlərinin və bununla əlaqədar dövlət orqanlarının vəzifələrini müəyyən edir. Həmin Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları (öz səlahiyyətləri daxilində: Nazirlər Kabineti, Qaçqınların və X6 üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1-ci maddəsinə əsasən məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları (Qaçqınların və X6 üzrə Dövlət Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə) məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”nın 4-cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Həmin normalar tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər (“Akimova Azərbaycana qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin (Birinci Bölmə) 2007-ci il 27 sentyabr tarixli qərarı) Qeyd edilənlərə yanaşma baxımından məhkəmə qeyd edir ki, mübahisəli sahə yataqxana kimi qaçqınlara müvəqqəti məskunlaşmaq üçün verilsə də Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Nərimanov rayon sektoru tərəfindən Maraqlı şəxsə ünvanlanan 34 nömrəli 25 may 2021-ci il tarixli məktubdan göründüyü kimi ünvan 6 ünvanında müvəqqəti məskunlaşmış məcburi köçkünlər Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa edilmiş Qob Park 2 yaşayış kompleksinə köçürülmüşdür. Köçürülmə zamanı məcburi köçkün statusu olmayan Cavabdeh yeni mənzillə təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə həmin normaya istinad edərkən, həmçinin aşağıdakıları nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsi “Akimova Azərbaycana qarşı” işi üzrə 2007-ci il 27 sentyabr tarixli qərarında bir daha xatırlatmışdır ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və həmin maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Məhkəmə həmin Qərarla bir daha şərh edilən 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, iddia olunan sahə cavabdehin sahibliyindədir, lakin, cavabdehin həmin yaşayış sahəsinə hüquqlarını, bu sahənin onun sahibliyində olmasının qanuniliyini təsdiq edən sübut işdə yoxdur. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasıın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi və ümumiyyətlə Azərbaycan Respublikası Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququna məhdudlaşdırmaq səlahiyyəti verən müddəa nəzərdə tutmur…Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülk hüquq münasibətlərini tənzimləyən hüquq normasıın olmaması və onun qeyri-müəyyənlyi məhkəmənn mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin təzimlənməməsi, əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamalanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, ümumi yurikdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir.” Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki,Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında bildirmişdir ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi və yuxarıda göstərilmiş qərarlarından göründüyü kimi, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə baxışı zamanı “X1 Company” MMC-nin 09 iyul 2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 9 ünvana yaxın ərazilərdə yaşayış sahəsi 20 kv.mdək olan mənzillərin aylıq kirayə haqqı məbləği 250-300 manat, yaşayış sahəsi 20 kv.mdək olan yataqxana tipli yaşayış sahələrinin hər kvadrat metrinin mövcud bazar dəyəri isə təxmini olaraq 1000-1200 manatdır. Məhkəmə işin hallarını, təqdim olunan kompensasiya məbləğinin mənzilin orta bazar qiymətinə uyğun olduğunu nəzərə alaraq hesab edir ki, kompensasiyanın məbləği cavabdehə təklif olunan kompensasiya hesabına davamlı sürətdə və müəyyən müddət daxilində, başqa yerdə, mübahisəli evə xas olan şəraitə oxşar şəraitdə yaşamalarına imkan verir. Cavabdeh tərəfin bu kompensasiya məbləğilə razılaşmaması məhz hüquqdan sui-istifadədir. Belə sui-istifadə isə qarşılıqlı iddia üzrə cavabdeh tərəfin tərəflərə sübut təqdim etməsi üçün çəkişmə prinsipi əsasında əlverişli şəraitin yaradıldığı məhkəmə proseslərində mənzilə kirayə məbləğinə dair sübut təqdim etmədən, kompensasiyanın verilməsindən ümumiyyətlə imtina etməsində ifadə olunur. Belə mübahisəli vəziyyətdə həm milli qanunvericliyin, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar rəhbər tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan və cavabdehin və üçüncü şəxslərin hüquqlarına xələl gətirmədiyindən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh yaşayış sahəsini təmin etmək üçün 15000 (on beş min) manat məbləğində birdəfəlik kompensasiya verilməklə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanında yerləşən sahədə Cavabdeh istifadə hüququna xitam verilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanında yerləşən yataqxanadan çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2498/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2498/2021
12.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver