Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2500/2024 08.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2 500 (iki min beş yüz) manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı əvvəllər tanıdığı Neftçala rayonu Qaramanlı kənd sakini Cavabdeh inanaraq, onu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə iddiaçının mülkiyyətində olan ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilini 5 600 (beş min altı yüz) manat qiymətləndirmişdir və 4 700 (dörd min yeddi yüz) manat məbləğində nəğd şəkildə pul vermişdir. Lakin iddiaçını işə düzəltmək üçün ümumilikdə 10 300 (on min üç yüz) manat məbləğində aldığı pulu qaytarmırdı və iddiaçı onun tərəfindən özünü aldadılmış hesab etdiyini bildirir. Bu səbəbdən də hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh keçmiş polis işçisi olduğuna görə Neftçala rayon prokurorluğunda ona qarşı dələduzluq maddəsi ilə cinayət işi başlandı və araşdırma aparıldıqdan sonra iş məhkəməyə göndərildi. İstintaq və məhkəmə zamanı pulun bir hissəsini qaytardı qalan 2 500 (iki min beş yüz) manat məbləğində pulu qaytarmırlar, bu zaman iddiaçı məhkəmədə mülki iddia qaldırmaq üçün məhkəməyə müraciət etdi, lakin Cavabdeh və onun anası məhkəmə iclasında iddiaçıya yalvararaq “onun uşaqları var ərizə yaz mən anası olaraq sənə qalan borcun 2 500 (iki min beş yüz) manat məbləğində pulu hissə-hissə qaytaracam” demişdir. İddiaçı bildirir ki, bunlara inanaraq humanistlik edərək ərizə yazmış və o, həbs olunmamışdır. Lakin bir müddət keçdikdən sonra iddiaçı cavabdehdən pulunu tələb edəndə iddiaçıya qarşı hörmətsizlik edərək iddiaçının 2 500 (iki min beş yüz) manat məbləğində pulunu bu günə kimi müxtəlif bəhanələrlə ödəməkdən yayınırlar və açıq-aşkar iddiaçıya bildirirlər ki, get hara şikayət edirsən et. Bütün bunları sübut edən telefon danışıqları var. Bu səbəbdən də iddiaçı məcburiyyət qarşısında qalıb yenidən məhkəməyə müraciət edir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Neftçala Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(053)-103/2022 saylı hökmünə əsasən təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 4000 (dörd min) manat cərimə cəzası təyin edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs T.V Mustafayev Neftçala rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyərkən Neftçala rayonunun Mirqurbanlı kənd sakini İddiaçı 5000 manat pul müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin regional xüsusi riskli xilasetmə qrupunda işə düzəltmək adı ilə inandırıb 03 iyun 2021-ci il tarixdə saat 10 radələrində ünvan 1 ünvanında yerləşən Neftçala rayon polis şöbəsinin inzibati binasının yaxınlığında İddiaçı 4700 manat məbləğində pulunu etibarından sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrar 2021-ci ilin iyun ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə İddiaçı faktiki sahibi olduğu və etibarnamə əsasında idarə etdiyi “QAZ-3110" markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilini 5600 manat pul müqabilində alacağı barədə yalan vəd verib istifadəyə yararsız əmək haqqı kartını ona təqdim edib həmin məbləğdə pulu hər ay əmək haqqı kartından çıxarmaqla avtomobilin dəyərini ödəməsi barədə inandırmaqla “QAZ-3110” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilini ələ keçirib qeyri-rəsmi idarə etməklə 04 oktyabr 2021-ci il tarixdə həmin avtomobili X2 3100 manat məbləğində pul müqabilində satıb, 5600 manat məbləğində, xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə baxış iclasında tədqiq edilmiş və işdə olan zərərçəkmiş şəxs İddiaçı məhkəməyə təqdim etdiyi ərizədə ona dəymiş ziyanın çox hissəsinin ödənildiyini, təqsirləndirilən şəxs T.V. Mustafayevdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxış iclasında tədqiq edilmiş və işdə olan qəbzə əsasən, zərərçəkmiş şəxs İddiaçı dəymiş zıyanın çox hissəsi, yəni 7700 manatı ödənilmiş, qalan az bir hissəsinin ödənilməsi ilə bağlı öz aralarında razılığa gəlmişlər. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Neftçala Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(053)-103/2022 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 4000 (dörd min) manat cərimə cəzası təyin edilmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən aldatma yolu ilə ələ keçirdiyi ona məxsus maddi ziyan kimi 2 500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini qaytarmadığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhkəmə qeyd edir ki, Neftçala Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(053)- 103/2022 saylı hökmündən müəyyən olunur ki, İddiaçı cinayət işinə baxılan dövrdə məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh heç bir şikayəti olmadığını, ona dəymiş ziyanın çox hissəsini ödədiyini bildirmişdir və cinayət işinə baxan məhkəmə bu halı cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə almaqla cavabdehə cəza təyin etmişdir. Mülki iş materiallarına əlavə edilmiş tərəflərin danışıqlarını özündə əks etdirən “CD” diskdən aydın olur ki, Cavabdeh iddiaçıya borcunun qaldığını etiraf etmişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçının telefonuna baxış keçirilən zaman tərəflər arasında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli danışıqlardan da görünür ki, cavabdeh qalan məbləği iddiaçıya ödəyəcəyini vəd etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh qalan məbləği iddiaçıya geri qaytaracağını vəd etmiş, lakin daha sonra 2 500 manatı iddiaçıya geri ödəməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh maddi ziyan kimi 2 500 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2 500 (iki min beş yüz) manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 50 (əlli) manat pul məbləği tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2500/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2500/2024
08.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver