Məhkəmə qərarları › İş №2(005)-2507/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2507/2020

12.10.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2507/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərova Rüfanə Xıdır qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 Sadıx qızının nümayəndəsi və vəkili, İddiaçı2 vəkili X10, Cavabdeh nümayəndəsi və vəkili, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 vəkili X4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sadıx qızının Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətləri Məkanı cəlb edilməklə) qarşı “mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sadıx qızının Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətləri Məkanı cəlb edilməklə) “mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi rayon XDS İK-nin (hazırki Nəsimi Rayon İcra Hakimiyyətinin) xx xxxxxx 1990-cı il tarixli 170/1 saylı qərarı əsasında birgə nikahları dövründə 013877 nömrəli xx xxxxxx 1990-cı il tarixli orderlə onlara verilmiş ünvan 1 ünvanına İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sadıx qızına olan münasibətdə paylı mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1989-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. Həmin nikahdan xx xxxxxx 1991-ci il tarixdə İddiaçı2, xx xxxx 1993-cü il tarixdə İddiaçı3 Sadıx qızı və xx xxxxxx 1994-cü il tarixdə X3 adlı üç uşaqları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşamış, sonradan onunla münasibətləri pisləşməyə başlamışdır. Sonradan cavabdeh başqa ünvana gedərək yaşamış və onunla nikahları formal xarakter daşıdığına görə nikahın pozulması tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx xxxxxx 2009-cu il tarixli 2(005)-3170/2009 saylı qətnaməsinə əsasən Cavabdeh ilə xx xxxxx 1989-cu il tarixdə Ağdam rayonu Bəyəhmədli kənd sovetliyində 13 saylı akt qeydi ilə bağlanmış nikahlarına xitam verilmişdir. Hazırda o, uşaqları ilə birlikdə xx xxxxxx 1990-cı il tarixdə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yaşayır. Cavabdeh isə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 16 ünvanında 2 otaqlı adına olan xüsusi mülkiyyətindəki fərdi yaşayış evində yaşayır. ünvan 1 ünvanında qeydiyyatda olaraq yaşayanlar Cavabdeh, İddiaçı1, İddiaçı2, X1 və İddiaçı3 Sadıx qızının paylı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın dövlət Reyestrində qeydə alınması ilə əlaqədar rəsmi ərizə ilə xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və müraciətlərinə xx xxxx 2020-ci il tarixdə cavab verilmişdir. Cavabdeh sözü gedən mənzilin özəlləşdirilməsinə notariat qaydasında razılıq ərizəsinin verilməsi ilə bağlı rəsmi müraciət etməyinə baxmayaraq, o müraciətlərinə heç bir məhəl qoymur və mənzilin özəlləşdirilməsinə razılıq verməkdən imtina edir. Ona görə də yaşadıqları mənzili özəlləşdirə bilmirlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçılar İddiaçı1 və İddiaçı3 Sadıx qızının nümayəndəsi və vəkili, İddiaçı2 vəkili X13 iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 vəkili X6 iddia tələbini qəbul etməyərək iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətləri Məkanına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı1 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş Arayışdan görünür ki, İddiaçı2 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş Arayışdan görünür ki, İddiaçı3 Sadıx qızı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş Arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş Arayışdan görünür ki, X5 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxx 1991-ci il tarixdə Ağdam rayonu Bəyəhmədli kənd soveti tərəfindən verilmiş XV-ЖГ seriyalı 497707 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1991-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçı1dır. İş materiallarında olan xx xxxx 1993-cü il tarixdə Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş XVİİİ-ЖГ seriyalı 341255 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 Sadıx qızı xx xxxx 1993-cü il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçı1dır. İş materiallarında olan xx xxxxxx 1994-cü il tarixdə Nərimanov rayon VVAQ tərəfindən verilmiş XVİİİ-ЖГ seriyalı 467946 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 1994-cü il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçı1dır. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixdə 3 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 442393 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxxx 2014-cü il tarixdə doğulmuş, atası X11, anası İddiaçı2dır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(005)-3170/2009 saylı Qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında xx xxxxx 1989-cu il tarixdə Ağdam rayonu Bəyəhmədli kənd sovetliyində 13 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 106476 nömrəli Nikahın Pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2010cu il tarixdə 10 nömrəli qeyd edilmişdir. İş materiallarında olan Nəsimi rayon XDS-nin İcraiyyə Komitəsinin 170/1 nömrəli xx xxxxxx 1990-cı il tarixli qərarından görünür ki, həmin qərara əsasən Cavabdeh Xuluflu küçəsində 1 otaqlı, 16 kv.m sahədən ibarət mənzil verilmişdir. İş materiallarında olan Nəsimi rayon XDS tərəfindən verilmiş xx xxxxxx 1990-cı il tarixli 013877 nömrəli Orderin surətindən görünür ki, Xuluflu küçəsində ev 42, mənzil 22 ünvanda 1 otaqlı, 16,22 kv.m sahədən ibarət mənzilə dair Cavabdeh order verilmişdir. İş materiallarında olan 116 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 48 nömrəli Arayışdan görünür ki, Faiq Yusifov küçəsi, 42 nömrəli evin 20 nömrəli mənzilin sahibi Cavabdeh olmaqla mənzildə Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı3 Sadıx qızı, X5 və X14 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X8 ünvanlanmış **********5 nömrəli Məktubdan görünür ki, sözügedən mənzilə dair orderin əsli və ya arxiv arayışı, mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) ilə ASAN Xidmət Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. Həmçinin, məktubda göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. İş materiallarında olan İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sadıx qızı tərəfindən Cavabdeh və X2 ünvanlanmış Məktubdan görünür ki, onlar mənzilin özəlləşdirilməsi üçün ASAN Xidmət Mərkəzlərinə müraciət etməklə bağlı Cavabdeh və A.S.Mustafazadəyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsindən sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasında mənzil münasibətlərini tənzimləyən xx xxxxxxx 2009cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi qərar əsasında rayon, şəhər, şəhərində rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 189.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 xx xxxxx 1989-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. Həmin nikahdan xx xxxxxx 1991-ci il tarixdə İddiaçı2, xx xxxx 1993-cü il tarixdə İddiaçı3 Sadıx qızı və xx xxxxxx 1994-cü il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(005)-3170/2009 saylı qətnaməsinə əsasən Cavabdeh ilə xx xxxxx 1989-cu il tarixdə Ağdam rayonu Bəyəhmədli kənd sovetliyində 13 saylı akt qeydi ilə bağlanmış nikahlarına xitam verilmişdir. İddia tələbinə görə hazırda İddiaçı1 uşaqları ilə birlikdə xx xxxxxx 1990-cı il tarixdən ünvan 1 ünvanında yaşayır. Cavabdeh isə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 16 ünvanında 2 otaqlı adına olan xüsusi mülkiyyətindəki fərdi yaşayış evində yaşayır. ünvan 1 ünvanında qeydiyyatda olaraq yaşayanlar Cavabdeh, İddiaçı1, İddiaçı2, X1 və İddiaçı3 Sadıx qızının paylı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın dövlət Reyestrində qeydə alınması ilə əlaqədar rəsmi ərizə ilə xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin ərizəsi üzrə xahişindən imtina cavabı almışdır. Cavabdeh sözügedən mənzilin özəlləşdirilməsinə notariat qaydasında razılıq ərizəsinin vermir. Ona görə də yaşadıqları mənzili özəlləşdirə bilmirlər. Məhkəmə iddia tələbinin araşdıraraq hesab edir ki, iddia tələbi iki hissədən ibarət olmaqla həm İddiaçı1 iddiasına, həm də digər iddiaçılar olan İddiaçı2 və İddiaçı3 Sadıx qızının iddia tələblərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən “Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.” Belə ki, məhkəmə İddiaçı1 “Nəsimi rayon XDS İK-nin (hazırki Nəsimi Rayon İcra Hakimiyyətinin) xx xxxxxx 1990-cı il tarixli 170/1 saylı qərarı əsasında birgə nikahları dövründə 013877 nömrəli xx xxxxxx 1990-cı il tarixli orderlə onlara verilmiş ünvan 1 ünvanına paylı mülkiyyət hüququnun tanınması barədə” iddia tələbini araşdırarkən tərəflər arasında olan nikaha və nikahın pozulması tarixinə diqqət yetirməyi vacib bilir. İş materiallarından və iddia ərizəsindən də göründüyü kimi tərəflərin aralarında olan nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(005)-3170/2009 saylı qətnaməsi ilə pozulması qət edilmiş və Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2010-cu il tarixdə nikah ləğv edilmişdir. Tərəflər arasında olan nikahın pozulmasından keçən 10 ildən artıq müddətdə İddiaçı1 iddia ərizəsi ilə müraciət etməməsi və bu baxımdan iddia müddətini ötürməsi onun cavabdehə qarşı qaldırdığı “sözügedən əmlaka paylı mülkiyyət hüququnun tanınması barədə” iddia ərizəsinin təmin edilməməsi üçün əsasdır. Məhkəmə digər iddiaçılar olan İddiaçı2 və İddiaçı3 Sadıx qızının “sözügedən əmlaka paylı mülkiyyət hüququnun tanınması barədə” iddia ərizələrini araşdıraraq qeyd etməyi vacib hesab edir ki, məhkəmə iddiaçıların iddia tələbində əsaslandıqları aspektləri araşdırmış və aşağıdakı qənaətə gəlmişdir: İddiaçılar İddiaçı2 və İddiaçı3 Sadıx qızı Cavabdeh qızlarıdır. Cavabdehin övladları olan iddiaçılar İddiaçı2 və İddiaçı3 Sadıx qızının ünvan 1 ünvanında qeydiyyatda olmaları onların həmin mənzildə ehtimal edilən istifadə hüqununun yaranması, bu mübahisəli mənzilə dair mülkiyyət hüququnun yaranması anlamına gəlmir. Belə mövqe birinci olaraq ondan ibarətdir ki, Azərbaycan Respublikası Konstistuiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ xx xxxxxxxx 2017-ci il tarixli Qərarında da öz əksini tapır. Həmin Qərara görə “mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır.” Həmin Qərarda o da qeyd edilir ki, “Mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “..şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.” İkinci əsas ondan ibarətdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 Sadıx qızının mübahisəli mənzilə ehtimal edilən mülkiyyət hüququ Cavabdeh qarşı sonuncunun sağ olduğu halda onun uşaqlarının belə hüqüqunun tanınması tələbinə dair iddiası imkanını istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qeyd olunanlara əsasən məhkəmə belə bir qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sadıx qızının Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətləri Məkanı cəlb edilməklə) qarşı “mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair” iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun hər hansı tələb olmadığından iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin və Ailə Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sadıx qızının Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətləri Məkanı cəlb edilməklə) qarşı “mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair” iddiası rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar