Məhkəmə qərarları › İş №2(005)-2526/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2526/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2526/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı «xxxx» MMC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəməiclasındabaxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» MMC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 712,98 (yeddi yüz on iki manat, 98 qəpik) manat, xx xxxx 2017-ci il tarixə qədər hesablanmış faiz borcu 114,64 (yüz on dörd manat.64 qəpik) manat, cərimə üzrə 71.30 (yetmiş bir 30 qəpik) olmaqla ümumilikdə 898,92 (səkkiz yüz doxsan səkkiz manat. 92 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı « xxxx » MMC BOKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 Təşkilatı “X4” MMC-nin Göyçay filalı ilə Cavabdeh1 arasında bağlanmış “29” iyun 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə “03” iyul 2017-ci il tarixə qədər aylıq qalıq borcunun 38% dərəcəsini tətbiq etməklə 2400 manat (iki min dörd yüz manat) məbləğində kredit verilmişdir. BOKT “X4” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxx” MMC-yə satılmışdır. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış fazilərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı X5 Təşkilatı “xxxx” MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmiş və kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında “29” iyun 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 və Cavabdeh2 “04” may 2020-ci il tarixli arayışa əsasən BOKT “xxxx” MMC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 712.98 (yeddi yüz on iki 98 qəpik) manat, xx xxxx 2017-ci il tarixə qədər hesablanmış faiz üzrə 114.64 (yüz on dörd 64 qəpik) manat, cərimə üzrə 71.30 (yetmiş bir 30 qəpik) manat olmaqla ümumilikdə 898.92 (səkkiz yüz doxsan səkkiz 92 qəpik) manat təşkil edir. iddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi X1, rəsmi ərizə ilə məhkəməyə müraciət edərək iddianı tam müdafiə etdiyini nəzərə alaraq mülki işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 185.4-ci maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsinə dair xx.xx.2019-ci il tarixli bildirişdən, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən və zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 X5 Təşkilatı“X4” MMC-nin Göyçay filialı ilə xx.xx.2015-ci il tarixdə, LD/15180/00276 saylı kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən öz biznesini inkişaf etdirmək və həyat səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə ona 24 ay müddətinə illik 38% olmaqla 2400,00( iki min dörd yüz ) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi zamin Cavabdeh2 ilə xx.xx.2015-cü il tarixdə, LD/15180/00276 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehin gecikmədə olan borcu əsas borc üzrə 712,98 (yeddi yüz on iki manat, 98 qəpik) manat, xx xxxx 2017-ci il tarixə qədər hesablanmış faiz borcu 114,64 (yüz on dörd manat,64 qəpik) manat, cərimə üzrə 71.30 (yetmiş bir 30 qəpik) olmaqla ümumilikdə 898,92 (səkkiz yüz doxsan səkkiz manat, 92 qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 X5 təşkilatı “xxxx” MMC-yə № LD/15180/00276 nömrəli, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə xx.xx.2017-ci il tarixinə 898,92 (səkkiz yüz doxsan səkkiz manat, 92 qəpik) manat borcu qalmışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, borcluya üç (üç) gün ərzində borc müqavilə şərtlərinə və qanunvericiliyə uyğun ödənilməzsə, bank borcun məcburi qaytarılmasına dair qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəməyə müraciət edəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən Zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsi imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti xx xxxxx 2015-ci il tarixdən etibarən 24 (iyirmi dörd) ay müddətinə verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi nəzərdə tutulmuşdur. Zaminə qarşı iddia tələbinin müddəti ötürüldüyündən hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından Cavabdeh2 kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn zamin kimi məsulıyyəti də istisna təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində əsassız olduğundan təmin olunmamalı, Cavabdeh1 ilə “X5 Təşkilatı “X4” MMC-nin Göyçay filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LD/15180/00276 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borc üzrə 712,98 (yeddi yüz on iki manat,98 qəpik) manat, xx xxxx 2017-ci il tarixə qədər hesablanmış faiz borcu 114,64 (yüz on dörd manat, 64 qəpik) manat, cərimə üzrə 71.30 (yetmiş bir 30 qəpik) olmaqla ümumilikdə 898,92 (səkkiz yüz doxsan səkkiz manat, 92 qəpik) manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia qismən təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumukimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə yəni 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə X5 Təşkilatı “X4” MMC-nin Göyçay filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LD/15180/00276 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borc üzrə 712,98 (yeddi yüz on iki manat, 98 qəpik) manat, xx xxxx 2017-ci il tarixə qədər hesablanmış faiz borcu 114,64 (yüz on dörd manat,64 qəpik) manat olmaqla ümumilikdə 898,92 (səkkiz yüz doxsan səkkiz manat, 92 qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı X5 Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2, 477-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 712,98 (yeddi yüz on iki manat, 98 qəpik) manat, faiz borcu 114,64 (yüz on dörd manat,64 qəpik) manat, cərimə borcu 71.30 (yetmiş bir manat 30 qəpik) olmaqla ümumilikdə 898,92 (səkkiz yüz doxsan səkkiz manat, 92 qəpik) manat borc və 30 (otuz manat) manat dövlət rüsumu iddiaçı X5 Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar