Məhkəmə qərarları › İş №2(005)-253/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-253/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-253/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “müqavilə üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizə ilə müraciət edərək borclu Cavabdeh onun xeyrinə 2025 manat əsas borcu və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə əmr çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyət ilə məşğul olduğu mağazada onunla borclu Cavabdeh arasında bağlanmış 03.11.2019-cu il tarixli 351463 saylı Alqı-satqı müqaviləsinə əsasən 3453 manat dəyərində olan mal almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alqı-satqı müqaviləsinin 3.4- cü bəndinə əsasən alınmış malların dəyərindən 753 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 aya bölərək, hər ay üçün 225 manat hissə-hissə ödəmək .şərti ilə aldığı malın dəyəri kimi, cəmi 2700 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 675 manat ödəniş etmiş, qalan 2025 manat əsas borcu indiyədək ödəməmiş, bunuıılada alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndini əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Alqı-satqı müqavilələrinin 11.1 -ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barcdə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh maddi vəziyyətinin pisləşməsini əsas gətirərək müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq, mənim sahibkarlıq fəaliyyətimə ciddi ziyan vurmuşdur. Alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir. Müqavilə üzrə ödəniş cədvəlindəndə göründüyü kimi cavabdehin sonuncu ödəniş müddəti də hesablanmaqla qanunla nəzərdə tutilmuş məhkəməyə müraciət etmə müddəti buraxılmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Borclu xx.xx.1949-cu il tarixdə Goranboy rayonunda anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, ev 9da qeydiyyatda olan Cavabdeh X1 xeyrinə 2025 (iki min iyirmi beş manat) manat və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə 22.09.2021-ci il tarixli, 2(005)-4708/2021 nömrəli əmr çıxarılmışdır. Borclu Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2(005)-4708/2021 nömrəli əmrinin ləğv edilməsi və işə ümumi iddia icraatı qaydasında baxılmasına dair 27.10.2021-ci il tarixdə ərizə vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4708/2021 saylı, 28.10.2021-ci il tarixli qərardadı ilə kreditor X1 borclu Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2(005)-4708/2021 nömrəli məhkəmə əmri ləğv edilsin və iddia icraatına keçilməsi qərara alınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmişlər, lakin tərəflər məhkəmənin iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən-işə onların iştirakı olmadan baxmğı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və iddiaçı X1 məhkəmənin çağırışına gəlməməsini, habelə cavabdehin məhkəmə iclasına gəlməməsi ilə yanaşı işə onun iştirakı olmadan baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “müqavilə üzrə borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar