Məhkəmə qərarları › İş №2(005)-2534/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2534/2021

09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2534/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 iddiaçılar İddiaçı1 xeyrinə 2800 (iki min səkkiz yüz) manat, İddiaçı2 xeyrinə isə 3100 (üç min yüz) manat pulun və ödənilmiş hər iki 30 manat dövlət rüsumunun tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia iddia ərizəsini onunla əsaslandırmışlar ki, cavabdeh olan Cavabdeh iddiaçılar İddiaçı1 və İsrafilzadə X6 rayon Məhkəməsində işləyərkən 2019-cu ilin noyabr ayından tanımışlar. Qısa müddətli tanışlıq əsnasında cavabdeh bank hərraclarından ucuz qiymətə avtomobillər ala biləcəyini bildirmişdir. Bu zaman hətta hərracda “Hundai sonata” və “Kia Rio” markalı avtomobil olduğunu bildirmişdir. Cavabdeh iddiaçı olaraq o, İddiaçı1 avtomobili hərracdan 2.800 manata alacağına digər İddiaçı2 isə 3.100 manata alacağına dair razılaşmış, iddiaçılardan o İddiaçı1 cavabdehə ilkin olaraq ünvan 1 ünvanının qarşısında 300 (üç yüz) manat, qalan 2500 (iki min beş yüz) manat pulu isə ondan bir gün sonra işdə olduğu üçün əmi oğlu X4 vasitəsilə göndərmişdir ki, ondan ümumilikdə cavabdeh 2800 (iki min səkkiz, yüz) manat pul almışdır. Digər iddiaçı olaraq o, İddiaçı2 isə cavabdehə Yasamal rayon Məhkəməsinin qarşısında avtomobilin alınması üçün 3100 (üç min yüz) manat pul vermişdir. Cavabdeh pulu aldıqdan bir müddət sonra işin alınmadığını və qısa zamanda pulu geri qaytaracağını bildirmiş, lakin cavabdeh bu günə kimi onların pulunu geri qaytarmamışdır. Bu səbəbdən də o, Məhərrəmli X5 RPİ-nin 19-cu PŞ-nə və DİN-n 102 xidmətinə müraciət etmişdir. Şikayət əsasında cavabdeh dindirilmiş və o izahatında da pulları aldığını etiraf elmişdir. Lakin cavabdehin əməlində cinayət tərkibinin olmadığı qənaətinə gəlinmiş və Qradağ RPİ-nin 10-cu PB-də 08.02.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh mənimsədiyi pulları 2019-cu ilin noyabr ayının sonunda verəcəyinə dair söz versə də öhdəliyini yerinə yetirməmişdr. Dəfələrlə pulun geri alınması ilə bağlı cavabdehlə əlaqə saxlamaq istəsə də alınmamışdır. Bu səbəbdən də pulun geri qaytarılması üçün məhkəməyə müraciyyət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Qaradağ RPİ-nin 10-cu PB-nın təhqiqatçısı, polis mayoru X3 08 fevral 2020-ci il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı1 müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən qərarın məzmunundan görünür ki, Cavabdeh 3100 manat İddiaçı2, 2800 manat isə İddiaçı1 aldığını verdiyi izahatında etiraf etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehdən müvafiq olaraq 2800 və 3100 manat məbləğində borc tələb edir. Cavabdeh isə mülki iş materiallarında olan Qaradağ RPİ-nin 10-cu PB-nın təhqiqatçısı, polis mayoru X3 08 fevral 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, cavabdeh Ağayev X2 RPİ-nin 10-cu PB-də verdiyi izahatında 3100 manat İddiaçı2, 2800 manat isə İddiaçı1 aldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdeh tərəfindən etiraf olunduğundan borc məbləği iddiaçıların xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 iddiaçılar İddiaçı1 xeyrinə 2800 (iki min səkkiz yüz) manat, İddiaçı2 xeyrinə 3100 (üç min yüz) manat pul tutulmalı, ödənilmiş dövlət rüsumları cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 iddiaçılar İddiaçı1 xeyrinə 2.800 (iki min səkkiz yüz) manat, İddiaçı2 xeyrinə 3.100 (üç min yüz) manat pul tutulsun. Cavabdeh X1 ödənilmiş dövlət rüsumu 30 manat İddiaçı1 xeyrinə, ödənilmiş dövlət rüsumu 30 manat isə İddiaçı2 xeyrinə tutulsun. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar