Məhkəmə qərarları › İş №2(005)-2548/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2548/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2548/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi ilə İddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx” ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxxx 2018-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İK.B ASC-dən illik 25 faizlə 36 ay müddətinə 13500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxx 2020-dək Cavabdeh banka xx xxxxxxx 2018-cü il tarixli kredit müqaviləsi üzrə 9395.68 manat əsas borc, 437.02 manat faiz borcu və 38.74 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9871.44 manat borcu vardır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh “xxxxxxxxx” ASC-nin xeyrinə xx xxxxxxx 2018-cü il tarixli kredit müqaviləsi üzrə 9395.68 manat əsas borc, 437.02 manat faiz borcu və 38.74 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9871.44 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, "İddiaçı" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə «xxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 6-Y-3-0-3472-18 saylı kredit müqaviləsinə əsasən borcluya 13500 manat məbləğində 36 ay müddətinə, 25 % illik faiz dərəcəsi ilə kredit verilmişdir. İş materiallarında olan «xxxxxxxxx» ASC-nin xx.xx.2018-ci il tarixli 6-Y-3-0-3472-18 saylı kredit müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, Cavabdeh hər ay 536,76 manat, son ay üçün isə 536,62 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan «xxxxxxxxx» ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, bank xx.xx.2018-ci il tarixli 6-Y-3-0-3472-18 saylı kredit müqaviləsinə əsasən borcalanın yaranmış borcun 5 gün müddətində qaytarılması, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddiaçı «xxxxxxxxx» ASC-nin kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh 13500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı «xxxxxxxxx» ASC-nin xx.xx.2020-ci il tarixli, maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 6-Y-3-0-3472-18 saylı kredit müqaviləsinə əsasən əsasən iddiaçı «xxxxxxxxx» ASC-yə 9395,68 manat əsas, 437,02 manat faiz borcu, 38,74 dəbbə pulu, 0,00 manat əldən çıxmış faydaya görə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 6-Y-3-0-3472-18 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 9395,68 manat əsas borc 437,02 manat faiz borcu və 38,74 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9871,44 manat məbləğində borc iddiaçı “xxxxxxxx” ASCnin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 6-Y-3-0- 3472-18 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 9395,68 manat əsas borc 437,02 manat faiz borcu və 38,74 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9871,44 (doquz min səkkiz yüz yetmiş bir manat, qırx dörd qəpik) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxxxxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar