Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2571/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1977 (min doqquz yüz yetmiş yeddi) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə daxil olmuş və tərəflərə bildiriş göndərilmişdir. İddia tələbi üzrə pul tələbi cəmi 2003 manat təşkil etdiyindən, eləcə də, sübutların araşdırılması zərurəti yarandığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2571/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətli əmək müqaviləsi ilə Baş satıcı vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixində öz ərizəsi əsasında 395-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba - Neftçilər 9 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” yekun ziyan məbləği 2471 (iki min dörd yüz yetmiş bir) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 537 (beş yüz otuz yeddi) manat güzəşt edilmiş, qalıq borc 1977 (min doqquz yüz yetmiş yeddi) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, tərtib edilərək məhkəməyə təqdim edilmiş iddia ərizəsinin hazırlanması zamanı riyazi hesablama ilə əlaqədar səhvə yol verərək qalıq borc məbləğini və iddia tələbini yanlış yazılmışdır. Cavabdeh 1934 (bir min doqquz yüz otuz dörd) manat pulun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasında Cavabdeh yazılı ərizə təqdim edərək bildirmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsi təsdiq olmaqla fərdi əmək mübahisələrində olan müddət təsdiq olmaqla iddia müddəti keçmişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 296-cı maddəsi tətbiq olunmalıdır. Məhkəmədən iddianın müddət tətbiq edilməklə rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2017-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; Cavabdeh “X6” MMC-nin direktoru X2 xx.xx.2018-ci il tarixdə ünvanlanmış ərizəsinə əsasən ərizəçi xx.xx.2018-ci il tarixdən etibarən Cəmiyyətinə Satış Departamenti- Satış 2 şöbəsinə Satıcı-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir; Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2018-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək 6 ay müddətinə, hər ay 153 manat əmək haqqı ödənilməklə “X6” MMC-yə Satıcı-Kassir vəzifəsinə işə qəbul edilmişdir; “X6” MMC (işəgötürən) ilə Cavabdeh (işçi) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinin (kontrakt) surətinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 6 ay müddətinə, hər ay 153 manat əmək haqqı ödənilməklə “X6” MMC-yə Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Müqaviləyə əsasən işçi vəzifə təlimatı ilə müəyyənləşdirilmiş əmək funksiyalarının icrasını üzərinə götürmüşdür; xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əlavə olunan “X4 haqqında Müqavilə”yə əsasən Cavabdeh “X6” MMC-də işlədiyi dövr ərzində maddi sərvətlərin qorunub saxlanılmasını, görüləcək işi layiqincə yerinə yetirməyi, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamasını və ziyankarlığa qarşı mübarizə aparmağı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmağı və s. tam məsuliyyəti öz üzərinə götürmüşdür; Cavabdeh “X6” MMC-nin direktoru X2 xx.xx.2019-cu il tarixdə ünvanlanmış ərizəsinə əsasən ərizəçi xx.xx.2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir; “X6” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli, 395-K saylı əmrindən çıxarışa əsasən Cəmiyyətin Satış Departamentinin Satış 1 şöbəsinin Satıcı-Kassir vəzifəsində işləyən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən xitam verilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsi bildirişinə əsasən “X6” MMC-də Satıcı-Kassir vəzifəsində işləyən Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir; “X6” MMC-nin komissiya sədri və komissiya üzləri tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 253 sıra nömrəsindən ibarət malların aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, 3231,61 manat əksikgəlmə aşkar olunmuşdur; “X6” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən Cavabdeh “X6” MMC-yə 2472 (iki min dörd yüz yetmiş iki) manat məbləğdə borcu olduğunu tam etiraf etmiş, tərəflər arasında razılaşdırılmış şərtə əsasən borclu borc məbləğini xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 247,20 (iki yüz qırx yeddi manat, iyirmi qəpik) olmaqla, 10 (on) ay ərzində tam olaraq borcverən”ə ödəməyi öhdəsinə götürmüşdür; “X6” MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışında görünür ki, xx.xx.2019-cu il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 2471 (iki min dörd yüz yetmiş bir) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 2471 (iki min dörd yüz yetmiş bir) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 537 (beş yüz otuz yeddi) manat Cəmiyyət tərəfindən güzəşt edilməklə 1977 (2131-537) manat borcu qalmışdır; “X6” MMC-nin Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, “Oba” marketin Neftçilər 9 filialında Adminstrator vəzifəsində işlədiyi dövrdə fəaliyyəti xx.xx.2019-cu il tarixində yoxlanılmış və 2471 AZN əskikgəlmə aşkarlanmışdır. Vəzifə təlimatına, eləcə də, “X6” MMC ilə bağlanış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən (adminstrator ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır) adminstrator olaraq ona etibar edilmiş əmlakdan 2471 AZN əskikgəlmə aşkar edilməklə, Cəmiyyətə həmin məbləğdə maddi ziyan vurduğunuz müəyyən edilmişdir. Keçən dövr ərzində 537 AZN güzəşt edilmiş faktiki qalıq borcunuz 1934 AZN təşkil edir. 3 gün ərzində maddi ziyanın ödənilməsi xahiş olunmuş, əks təqdirdə müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar olunmuşdur; “X6” MMC-nin komissiya sədri və komissiya üzləri tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən əvvəlki yoxlama tarixindən (xx.xx.2019-cu il) son yoxlama tarixinədək (xx.xx.2019-cu il) 136 günü əhatə edən təhvil-təslim nəticələrinə dair yekundan görünür ki, 3231,61 manat əksikgəlmə aşkar olunmuşdur; xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı “X6” MMC tərəfindən iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 6 ay müddətinə “X6” MMC-yə Satıcı- Kassir vəzifəsinə işə qəbul edilmiş, “X6” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli, 395-K saylı əmri ilə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən xitam verilmişdir. X6” MMC-nin xx.xx.2019-cu il tarixli akta əsasən əvvəlki yoxlama tarixindən (xx.xx.2019-cu il) son yoxlama tarixinədək (xx.xx.2019-cu il) 136 günü əhatə edən təhvil-təslim nəticələrinə dair yekun aktı ilə 3231,61 manat əksikgəlmə aşkar olunmuşdur. “X6” MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 2471 (iki min dörd yüz yetmiş bir) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 2471 (iki min dörd yüz yetmiş bir) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 537 (beş yüz otuz yeddi) manat Cəmiyyət tərəfindən güzəşt edilməklə 1977 (2131-537) manat borcu qalmışdır; Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti” adlanan 288-ci maddəsinə görə, bu Məcəllə ilə işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi (288-ci maddənin “ğ» bəndi) məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işəgötürənin işçiyə qarşı maddi ziyan vurulması məsələləri ilə əlaqədar iddia müddəti ziyanın vurulmasını aşkar etdiyi gündən başlandığından, iddiaçı “X6” MMC ziyanın vurulmasını aşkar etdiyi gündən, yəni yoxlamanın başlaması anında xx.xx.2019-cu il tarixdən 1 il müddətində məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, cavabdeh barəsində zərərin vurulmasını təsdiq edən “X6” MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, yoxlama xx.xx.2019-cu il tarixindən başlamış, xx.xx.2019-cu ilə qədər davam etmiş 136 günü əhatə etməklə yekunda 3231,61 manat əksikgəlmə göstərilmişdir. İddiaçı ziyanın vurulmasını xx.xx.2019cu il tarixdən aşkar etdiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyəxx.xx.2020ciiltarixdəmüraciətetmişdir. Bununla da, iddiaçı “X6” MMC mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “X6” MMC mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan Cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı “X6” MMC mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı “X6” MMC mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2571/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2571/2020
16.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver