Məhkəmə qərarları › İş №2(005)-2572/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2572/2020

16.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2572/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşın əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşın əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən əmlakına dəymiş zərərə görə 430 manat məbləğində pulun, sorğunun göndərilməsi və iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 60 manat pul vəsaitinin və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, CavabdehAR DİN BDYP idarəsinin verdiyi AD 587321 №-li, xx xxxxxxxx 2019-cu il tarixli texniki pasporta əsasən “xxxx” MMC-yə məxsus ** PB *** dövlət qeydiyyat nişanlı ”KHAZAR SD” markalı avtomobili lizinqə götürmüş və o, həmin maşını idarə edir. xx.xx.2020-ci il tarixdə etibarnamə əsasında idarə etdiyim ** PB *** dövlət qeydiyyat nişanlı “KHAZAR SD” markalı avtomobilə Maştağa yolunda hərəkətdə olarkən “Mersredes” markalı, QQ 462 UQ dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh qəflətən manevr qaydasını pozaraq ona məxsus avtomobili sağ tərəfdən vurmuş, nəticədə onun avtomobilinə xeyli ziyan dəymişdir. Cavabdehlə söhbətləşdikdən sonra o, avtomobilə vurduğu ziyanı ödəyəcəyini bildirsə də, iddiaçı ona dəymiş ziyanı ödəyəcəyindən narahat olduğundan Dövlət Yol Polisinə müraciət etmiş, bundan sonra cavabdehin barəsində protokol tərtib ediliş, Əliyev X4 DYPŞ-nin xx.xx.2020-ci il tarixli qərarı ilə İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. İnzibati İcraat zamanıhadisənin sxemi də tərtib edilmiş və Cavabdeh təqsiri də təsdiqini tapmış, cavabdeh cərimə də ödəmişdir. İdarə etdiyi ** PB *** dövlət qeydiyyat nişanlı “KHAZAR SD” markalı avtomobil lizinqdə olduğundan “xxxx” MMC tərəfindən qüsur aktı tərtib edilmiş, həmin qüsur aktında ona 430 manat dəyərində ziyan dəydiyi hesablanmışdır. Bununla belə cavabdeh ziyanı ödəməyə söz versə də faktiki olaraq ödəməkdən boyun qaçırmışdır. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olmasını işə əlavə etdiyi izahatlarla da təsdiq olunduğunu bildirmiş və yol-nəqliyyat hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri tanınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə müvafiq çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X5 ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbinin İddiaçı tərəfindən qaldırılması əsassızdır. Belə ki, ziyan vurulmuş nəqliyyat vasitəsi lizinq müqaviləsi şərtlərinə görə“xxxx” MMC-nin mülkiyyətindədir. Yol-nəqliyyat hadisəsi zamanı “KHAZAR SD” markalı ** PB *** qeydiyyat nişanlı avtomobiliə dəymiş 430 manat məbləğində ziyanın Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:30 radələrində “MERCEDES BENZ VİTO” markalı, QQ 462 UQ dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci , 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, PO **********9 nömrəli etibarnamənin surətindən görünür ki, «xxxx» MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1249 saylı daxili lizinq müqaviləsi əsasında 2019-cu il buraxılışlı, ** PB *** dövlət qeydiyyat nişanlı ”KHAZAR SD” markalı avtomobil lizinqə verilmiş və nəqliyyat vasitəsini idarə etməyi etibar etmişdir. İş materiallarında olan ƏN-V seriyalı 065425 nömrəli 05.03..2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 Cavabdeh “Mercedes-Benz VİTO” markalı, QQ 462 UQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi etibar etmişdir. İş materiallarında olan «xxxx» MMC-nin nümayəndəsi X2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “KHAZAR SD” markalı markalı ** PB *** qeydiyyat nişanlı avtomobiliə dəymiş 430 manat məbləğində ziyanın Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında əlavə olunan xx.xx.2019-cu il tarixli MAS-1249 №-li X1 2.2-ci maddəsində qeyd olunmuşdur ki, Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Lizinq obyektinin lizinq alana keşməsi lizinq alan və lizinq verən arasında bağlanan mülkiyyət hüququnun küşməsi barədə akt əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs (zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ odmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin müddəalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyvəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsində qeyd olunur ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi iddia tələbinin İddiaçı tərəfindən qaldırılması əsassızdır. Belə ki, ziyan vurulmuş nəqliyyat vasitəsi lizinq müqaviləsi şərtlərinə görə “xxxx” MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarı) Beləliklə məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbi ilə çıxış etməyə subyektiv mənada hüququ yoxdur. Buna görə də onun yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşın əmlakına vurulmuş zərərin əvəzinin Cavabdeh onun xeyrinə ödənilməsinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilənlərə əsasən məhkəmə, İddiaçı subyektiv hüquqa malik olmadığından onun verdiyi tələbə baxmağı əsaslı hesab etməmişdir. Məhkəmə qənaətə gələrkən, İddiaçı müvafiq subyektiv hüquqa malik olmamasını, onun subyektiv hüququnun pozulmamasının, cavabdehin bu pozuntunu etməməsini əsas götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşın əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar