Məhkəmə qərarları › İş №2(005)-2572/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2572/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2572/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 17 aprel 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi,cavabdehə ödənilmiş 120 000 manat pulun ondan tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, Azərbaycanda turizm xidməti ilə məşğuldur. Təsisçisi olduğu ’’AZERTURK HOTEL VE TURİZM” MMC tərəfindən qonaqlara yüksək səviyyəli xidmət göstərilməklə bütün dövlət vergi ödənişləri və kommunal ödənişlər vaxtlı-vaxtında ödənilmişdir. "AZERTURK HOTEL VE TURİZM” MMC-nin direktoru İddiaçı olaraq X1 arasında 26 avqust 2017-ci il tarixdə icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski 157 ünvanında yerləşən 3592 kv.m qeyri-yaşayış sahəsi 5 il müddətinə otel kimi ona icarəyə verilmişdir. İcarə müqaviləsi bağlanmazdan əvvəl həmin sahə təmirsiz olduğundan aralarında podrat müqaviləsi bağlanmışdır. Həmin zaman və icarə müqaviləsi bağlandıqdan sonra icarədarın adından bütün hərəkətləri və icarə pulu ödənişlərini hazırkı Cavabdeh tərəfindən həyata keçirilmişdir. Podrat müqaviləsi üzrə 120 000 manat ödəniş də tərəfindən hazırkı cavabdehə edilmiş və onun vasitəsilə qəbzə imza edilməklə qəbul edilmişdir. Həmin zaman icarə münasibətləri normal olmuşdur. Tərəfindən aylıq ödənişlər icarədarın əvəzinə hazırkı Cavabdeh tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir. Pandemiya başlanan zaman isə cavabdeh oteli başqa adama verməmək üçün mənimlə formal borc müqaviləsi bağlamağı təklif etdi. Həmin vaxtı icarə müqaviləsinin bitməsinə 3 il qalmasını, yəni gələcəkdə qazanc əldə edəcəyini güman edərək, cavabdehlə formal borc müqaviləsi bağlamağa məcbur olmuşdur. Buna görə də heç bir pul almadan 17.04.2020-ci il tarixdə cavabdehlə 96 000 manatlıq borc müqaviləsi bağladım.hər ay cavabdehə 8000 manat ödəniş etməli idi. Cavabdeh borc müqaviləsini bağladıqdan dərhal sonra onu oteldən çıxarmış və ora öz nümayəndəsini yerləşdirdi. Belə olduqda isə iddiaçı ona podrat müqaviləsi üzrə ödədiyi 120 000 manatı tələb etsə də, həmin pulu da cavabdeh ona verməkdən imtina etmişdir. Dəfələrlə etdiyi danışıqlar səmərəsiz olduğundan formal borc müqaviləsinin ləğv edilməsi və podrat müqaviləsi üzrə ödədiyim 120 000 manat pulun, əlavə digər ödənişlərin cavabdehdən alınıb ona verilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətindədir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmişlər, lakin tərəflər məhkəmənin iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən-işə onların iştirakı olmadan baxmğı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və İddiaçı məhkəmənin çağırışına gəlməməsini, habelə Cavabdeh məhkəmə iclasına gəlməməsi ilə yanaşı işə onun iştirakı olmadan baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və İddiaçı izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.11, 260.1, 263- 264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim:Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar