Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2580/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC borclu Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə hesablanmış borcun qaytarılması tələbinə dair əmr çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən kreditor İddiaçı MMC-nin xeyrinə borclu Cavabdeh cəmi 1280 manatın və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə 22.10.2020-ci il tarixli, 2(005)-3900/2020 nömrəli əmr çıxarılmışdır. Borclu Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(005)-3900/2020 nömrəli əmrinin ləğv edilməsi və işə ümumi iddia icraatı qaydasında baxılmasına dair 20 aprel 2021-ci il tarixdə ərizə vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(005)-2580/2021 qərardadı ilə kreditor İddiaçı MMC-nin borclu Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(005)-3900/2020 nömrəli məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1970-cı ildə Naxçıvan şəhərində doğulmuş və hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olan borclu Cavabdeh 30 iyun 2019-cu il tarixli müqavilə üzrə 1260 (min iki yüz altmış) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1280 (min iki yüz səksən) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə iş üzrə borclu Cavabdeh arasında bağlanmış 30 iyun 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən borclu Cavabdeh kreditordan 1 ədəd dəyəri 990 manat olan Combi Comfort 24-lük və 20 ədəd dəyəri 270 manat olan Radiator Atlantis əldə edib. Borclu göstərilən məbləği hər ay 70 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürüb. Lakin borclu müqavilə üzrə borcunu ödəməkdən imtina edib. Bu barədə borcluya dələlərlə şifahi xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməyib. Odur ki, borcludan 30 iyun 2019-cu il tarixli müqavilə üzrə 1260 (min iki yüz altmış) manat əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1280 (min iki yüz səksən) manat məbləğində pul vəsaitinin alınaraq kreditor "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Cavabdeh nümayəndəsi X2 iddia tələbini qismən qəbul edərək, borcu ödəməyə razı olduqlarını, lakin iddia ərizəsində göstərilmiş məbləğin həqiqətə uyğun olmadığını, iş üzrə verilmiş rəyə uyğun iddianın qismən təmin olunmasını xahiş etmişdir. İddiaçı MMC 20.05.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştrak edə bilməyəcəyini bildirmiş, iddia ərizəsində göstərilənlərə əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin müvafiq ərizəsini nəzərə alaraq, məhkəmə iclasının iddiaçı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən borclu Cavabdeh kreditordan 1 ədəd dəyəri 990 manat olan Combi Comfort 24-lük və 20 ədəd dəyəri 270 manat olan Radiator Atlantis əldə edib; İşdə olan maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh 30 iyun 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən əsasən İddiaçı MMC-yə 1260 manat borcu var; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 08.10.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, onun 30 iyun 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən əsasən İddiaçı MMC-yə 1260 manat borcu var; Borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2021-ci il tarixli 9/3572 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, iş materiallarında olan ödəniş cədvəli və kassa mədaxil qəbzlərinə əsasən borclu tərəfindən FSK2873 saylı müqavilə üzrə ödənilmiş ümumilikdə 630 manat məbləgində ğdənişlər nəzərə alınmaqla tərəflər arasında bağlanmış 30.06.2019-cu il tarixli, FSK2873 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 630 manat borcunun olması müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC ilə iş üzrə borclu Cavabdeh arasında bağlanmış 30 iyun 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən borclu Cavabdeh kreditordan 1 ədəd dəyəri 990 manat olan Combi Comfort 24-lük və 20 ədəd dəyəri 270 manat olan Radiator Atlantis əldə edib. Borclu göstərilən məbləği hər ay 70 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürüb. Lakin borclu müqavilə üzrə borcunu ödəməkdən imtina edib. Bu barədə borcluya dələlərlə şifahi xəbərdarlıq edilsə də, borclu müqavilə öhdəliyini icra etməyib. Odur ki, iddiaçı cavabdehdən 30 iyun 2019-cu il tarixli müqavilə üzrə 1260 (min iki yüz altmış) manat əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1280 (min iki yüz səksən) manat məbləğində pul vəsaitinin alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1.280 manat deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2021-ci il tarixli 9/3572 nömrəli ekspert rəyi ilə müəyyən olunmuş 630 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh cəmi 630 (altı yüz otuz) manat borc İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh cəmi 630 (altı yüz otuz) manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2580/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2580/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver