Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2625/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı “restrukturizasiya edilməsi ilə bağlı müddətin bərpa edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı “restrukturizasiya edilməsi ilə bağlı müddətin bərpa edilməsi və kompensasiyanın ödənilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh BOKT MMC arasında bağlanmış 17 iyun 2015-ci il tarixli ********* №-li kredit müqaviləsi üzrə qalıq əsas borcun restrukturizasiya edilməsi ilə bağlı müddətin bərpa edilməsi, qalıq məbləğin restrukturizasiya edilməklə Cavabdeh BOKT MMC tərəfindən kompensasiyanın ödənilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh BOKT MMC arasında bağlanmış 17 iyun 2015-ci il tarixli ********* №-li kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Onunla Cavabdeh BOKT MMC arasında bağlanmış 17 iyun 2015-ci il tarixli ********* №-li kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Cavabdeh BOKT MMC ilə onun arasında 17 iyun 2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və ona məxsus “Opel Zafira" markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. “Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə Cavabdeh BOKT MMC arasında bağlanmış 17 iyun 2015-ci il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 №-li Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən müqavilənin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən bu müqavilə üzrə 01 mart 2019-cu il tarixinə mövcud olan vaxtı keçmiş əsas kredit borcunun Fərman çərçivəsində restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan tarixə 17 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5.029,00 ABŞ dolları (8.549,30 manat) məbləğində vaxtı keçmiş əsas kredit borcu mövcud olduğundan və hesablanmış 3.376,80 manat kompensasiyanın Fərmanın 2-ci hissəsinin tələblərinə əsasən bu borca proporsional qaydada yönəldilməsi nəzərə alınaraq müvafiq qaydada restrukturizasiya ediləcək məbləğ 5.172,50 manat müəyyən olunaraq müvafiq siyahıya daxil edilmişdir. Eyni zamanda, göstərilən məlumatlar ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Göründüyü kimi iddiaçıya münasibətdə Palata Fərmanla onun üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması (kredit üzrə hesablanmış faiz və cərimə məbləğləri yalnız kredit borcu restrukturizasiya edildikdə silinir) Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Hazırkı iş üzrə İddiaçı cavabdeh qismində Mərkəzi Banka qarşı “kredit borcunun restrukturizasiya edilməsi”nə dair iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN:xxxxxxx) ilə Cavabdeh BOKT MMC arasında bağlanmış 17 iyun 2015-ci il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 №-li Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən müqavilənin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən bu müqavilə üzrə 01 mart 2019-cu il tarixinə mövcud olan vaxtı keçmiş əsas kredit borcunun Fərman çərçivəsində restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan tarixə 17 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5.029,00 ABŞ dolları (8.549.30 manat) məbləğində vaxtı keçmiş əsas kredit borcu mövcud olduğundan və hesablanmış 3.376,80 manat kompensasiyanın Fərmanın 2-ci hissəsinin tələblərinə əsasən bu borca proporsional qaydada yönəldilməsi nəzərə alınaraq müvafiq qaydada restrukturizasiya ediləcək məbləğ 5.172,50 manat müəyyən olunaraq cavabdeh tərəfindən müvafiq siyahıya daxil edilmişdir. Hazırda iddiaçı onunla Cavabdeh BOKT MMC arasında bağlanmış 17 iyun 2015-ci il tarixli ********* №-li kredit müqaviləsi üzrə qalıq əsas borcun restruturizasiya edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəlikləri qeyd olunan Fərmanın təsiri altına düşdüyündən cavabdeh Mərkəzi Bank tərəfindən müvafiq qaydada restrukturizasiya ediləcək məbləğ 5.172,50 manat müəyyən olunaraq müvafiq siyahıya daxil edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 №-li Fərmanından irəli gələn öhdəliklərini yerinə yetirmişdir. Yeni kredit müqaviləsinin bağlanılması isə Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsl olmayan, yəni iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəldiyindən, iş üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hallara yol verilmədiyindən bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin iddiaçıya inzibati orqan olmayan banka qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququna malik olmasını izah edir”. Bu halların olmasına baxmayaraq, Cavabdeh BOKT MMC kompensasiya ödənilməsi və qalıq məbləğin restrukturizasiya edilməsi ilə bağlı onunla heç bir əlaqə saxlamamış və bu barədə ona ümumiyyətlə məlumat verməmişdir. Nəticə etibarilə Cavabdeh BOKT MMC tərəfindən ona kompensasiya ödənilməmiş və qalıq məbləğ restrukturizasiya edilməmişdir. Qalıq məbləğin restrukturizasiya edilmədiyini isə o ancaq icra məmuru onu çağıran zaman bilmişdir. Məlum olmuşdur ki, Cavabdeh BOKT MMC kompensasiya ödənilməsi və qalıq məbləğin restrukturizasiya edilməsi ilə bağlı heç bir addım atmamışdır. Hesab edir ki, bu hallar nəzərə alınmaqla kompensasiya ödənilməsi və qalıq məbləğin restrukturizasiya edilməsi ilə bağlı müddət bərpa edilməli, qalıq məbləğ restrukturizasiya edilməklə ona kompensasiya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı verildikdən sonra o da ümid etmişdir ki, həmin Fərmana uyğun olaraq zamin olduğu bütün kredit müqavilələri restrukturizasiya ediləcəkdir. Çünki hər kredit müqaviləsi üzrə ümumi məbləğ 17.000 manatdan az idi. Bank tərəfindən ona əvvəlcə kredit müqaviləsi üzrə Fərmanın təsirinə düşməsi bildirilsə də, kredit müqavilələri restrukturizasiya edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh BOKT MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6420/2021 №-li 16 noyabr 2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (Cavabdeh BOKT MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatlna cəlb olunmaqla) kredit müqaviləsi üzrə qalıq əsas borcun restrukturizasiya edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, «iddiaçının kredit müqaviləsi üzrə öhdəlikləri qeyd olunan Fərmanın təsiri altına düşdüyündən cavabdeh Mərkəzi Bank tərəfindən müvafiq qaydada restrukturizasiya ediləcək məbləğ 5.172,50 manat müəyyən olunaraq müvafiq siyahıya daxil edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 №-li Fərmanından irəli gələn öhdəliklərini yerinə yetirmişdir. Yeni kredit müqaviləsinin bağlanılması isə Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir». Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə təsdiqlənmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”nın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. İş materiallarından da görünür ki, iddiaçı 2021-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı kredit müqaviləsi üzrə qalıq əsas borcun restrukturizasiya edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6420/2021 №-li 16 noyabr 2021-ci il tarixli qərardadına əsasən iddia tələbi əsl olmayan, yəni iddiaya cavab verməli olmayan cavabdehə qarşı yönəldiyindən mümkün sayılmamış, eyni zamanda iddiaçıya inzibati orqan olmayan banka qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Bundan sonra iddiaçı 27 may 2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı kredit müqaviləsi üzrə qalıq əsas borcun restrukturizasiya edilməsi tələbinə dair həm Bakı İnzibati Məhkəməsinə, həm də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə 31 dekabr 2019-cu il tarixdən, yəni fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu müddəti başa çatdıqdan sonra müraciət etmiş, həmçinin, iddiaçı 31 dekabr 2019-cu il tarixə qədər cavabdehə müraciət etməməsini təkzib edən hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddiaçı ilə Cavabdeh BOKT MMC arasında bağlanmış 17 iyun 2015-ci il tarixli ********* №-li kredit müqaviləsi üzrə qalıq əsas borcun restrukturizasiya edilməsi ilə bağlı müddətin bərpa edilməsi hissəsində iddia tələbini əsassız hesab edir və qeyd edir ki, kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsi müddətinin bərpasının hər hansı hüquqi əsası mövcud deyil. Belə ki, yuxarıda qeyd edildiyi kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə təsdiqlənmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”nın 6.16-cı bəndində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun sonuncu tarixi dəqiq göstərilmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə qalıq əsas borcun restrukturizasiya edilməsi ilə bağlı müddətin bərpa edilməsi hissəsində iddia tələbi əsassız olduğundan, qalıq məbləğin restrukturizasiya edilməklə kompensasiyanın ödənilməsindən də söhbət gedə bilməz və həmin hissədə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affиrmantи, non negantи, иncumbиt probatиon (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbяr tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı kredit müqaviləsi üzrə qalıq əsas borcun restrukturizasiya edilməsi ilə bağlı müddətin bərpa edilməsi, qalıq məbləğin restrukturizasiya edilməklə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2625/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2625/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver