Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-265/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: şərəf və ləyaqətin müdafiəsi; mənəvi zərər) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş mənəvi zərərə görə 8000 manat pul, hüquqi xidmətə görə ödənilmiş 500 manat pul və 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi, həmçinin "X8" adlı "whatsapp" qrupunda Cavabdeh tərəfindən qrupa səsli mesaj göndərməklə ondan şəxsən üzr istəməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində 36 saylı mənzildə yaşayır. Onunla bərabər əksər bina sakinin olduğu "whatsapp” mobil tətbiqində qonşular tərəfindən yaradılmış "X8" adlı qrupda xx.xx.2024-cü il tarixdə müzakirə edilən məsələlərlə bağlı qrupda öz şəxsi fikrini bildirdikdən sonra həmin qrupda olan "xxxx" MTK-nın nümayəndəsi Cavabdeh onun şərəf və ləyaqətini ləkələyən məlumatları özündə əks etdirən səsli mesajı adı çəkilən qrupa göndərərək yaymışdır. Daha sonra həmin qrupun admini tərəfindən qrupdan xaric edilmişdir. Tərəfindən qrupun admininə səsli mesai göndərərək Cavabdeh ona qarşı səsləndiriyi təhqirə görə qrupda üzr istəməsini, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmiş və bu səs yazımı qrupda səsləndirməyini ondan xahiş etmişdir. Lakin admin həmin səs yazımı birbaşa şəxsən Cavabdeh göndərmişdir. Hesab edir ki, Cavabdeh qrupa göndərdiyi səs yazısı onun şərəf, ləyaqətini ləkləyən məlumatları özündə əks etdirmişdir. Cavabdeh bir daha qrupda üzr istəməsini xahiş etsə də, o bunu etməmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. III. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Konsitutsiyasının 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin 2-ci hissəsinin tələbinə görə, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Konsitutsiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Qeyd edilən qərarın 3-cü bəndində həmçinin göstərilmişdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsulla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli, 7 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilinəsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyası: Maddə 10.1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Maddə 10.2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərər şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyətidir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. (Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarı) Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunmuş maddi hüquq normalarının (Mülki Məcəllə 23.1) tələblərinə əsasən, məlumatı yayan şəxs həmin məlumatın həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi daşıyır. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Qeyd olunmalıdır ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Bu baxımdan şərəf dedikdə insanın əxlaqi, mənəvi keyfiyyətlərinə, başqa şəxslərə və cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymət anlaşılır. Ləyaqət isə şəxsin özünə, davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. İnsanın şəxsiyyətinə uyğun olmayan, onu alçaldan, nüfuzdan salan və cinayət törətməkdə ittiham edilən ifadələr şəxsin şərəf və ləyaqətini alçatmaqla mənəvi iztirab və sarsıntı keçirməsinə, bununla da mənəvi zərərə məruz qalmasına səbəb ola bilər. Şərəf və ləyaqət şəxsiyyəti xarakterizə edir və böyük ictimai əhəmiyyətə malik olmaqla Konstitusiya ilə qorunur. Konstitusiyanın 46-cı maddəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İddiaçı şərəf və ləyaqətini müdafiə etmək barədə hazırki tələb ilə məhkəməyə müraciət etməsinə əsas Cavabdeh tərəfindən onun ünvanına şərəf və ləyaqətini alçaldan sözlər işlədilməsi ilə bağlı olmuşdur. İddiaçı onun şərəf və ləyaqətinin alçaldılmasını zərərin vurulmasını “Whatsapp” sosial şəbəkəsində digər şəxslərin də olduğu ümumi qrupda Cavabdeh tərəfindən onun şərəf və ləyaqətini ləkələyən məlumatları özündə əks etdirən səsli mesaj yayması ilə əlaqələndirir. Odur ki, hazırda ona dəymiş mənəvi ziyana görə vurulmuş zərərin cavabdehin təqsirli hərəkətlərinin olmasını iddia edir. Cavabdeh mübahisəli səs-yazılarında olan ifadələrin özü tərəfindən işlədilməsini təkzib etmir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə Cavabdeh tərəfindən İddiaçı ünvanına səsləndirilmiş ifadələrin iddiaçının şərəf və layəqətini alçaldan ifadələr olub-olmaması aydınlaşdırılmalıdır. Bu məqsədlə məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən səsləndirilmiş səsyazılarında İddiaçı şərəf və ləyaqətini alçaldan ifadələr olub-olmamasının müəyyən edilməsi, mübahisənin obyektiv, düzgün və ədalətli həlli üçün iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2978/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə məhkəmə-linqvistik ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir (mülki iş v. 43-46). Qeyd olunan səs yazıları ilə müəyyən olunmuşdur ki, Cavabdeh bina sakinləri üçün yaradılmış “WhatsApp” qrupunda İddiaçı ünvanına və onunla əlaqəli bir çox fikirlər bildirmişdir. Cavabdeh danışdıqlarında İddiaçı daha öncə qrupda ifadə etdiyi məlumatlara narazılıq səsləndirilir. Belə ki, həmin şəxs tərəfindən binanın və evlərin sənədlərində cinayət və qanunsuzluq ehtimalı olduğu, ayaqyolu suyunun ümumi hozuva töküldüyü kimi iddialar yazılmışdır. Cavabdeh isə bu iddialara sərt reaksiya bildirərək, İddiaçı özünün yanlış olduğunu, qrup üzvlərinin onu qrupda görmək istəmədiklərini, ofis işçilərinin onu lağa qoyaraq güldüklərini, başıboş hesab etdiklərini ifadə etmişdir. Eləcə də, deyilən iddiaları yoxlamaq üçün fəhlələr gətirib nəzərdə tutulan yerdə söküntü aparacağını deyir. Bütün bunların xərcinin isə İddiaçı ödəyəcəyini vurğulayır. Cavabdeh eyni zamanda İddiaçı müraciət edərək, elmi adı harada aldığını ironik üslubda səsləndirir və nəyə görə belə cuşa gəldiyini soruşur. Nitqi zamanı Cavabdeh olduqca kəskin cümlələrdən və sözlərdən istifadə etmişdir. Tədqiqat materiallarının linqvistik araşdırmasından alınan nəticəyə görə, Cavabdeh tərəfindən “WhatsApp” proqramında yaradılmış qrupda səsləndirdiyi nitqlərdə İddiaçı yönələn məlumatlar arasında çoxsaylı mənfi məzmunlu sözlər, ifadələr istifadə edilmişdir, istifadə edilmiş sözlər, cümlələr istər ayrı-ayrılıqda tək nitq vahidləri olaraq, istərsə də, bərabər sintaktik bütövlər daxilində çıxış edərək xüsusi neqativ məna əks etdirir. Bərabər bir nitq daxilində işlədildikdə söz və ifadələrin ekspressivliyi daha sərt məzmun yaratmış, xüsusilə mənfi aspektdən təqdimetmə ilə çıxış etmişlər. İfadə edilmiş fikirlərin məntiqi tərkibində adı çəkilən şəxsin savadsız olduğu, insanlar tərəfindən qəbul edilmədiyi, lağa qoyulduğu, gülüş hədəfinə çevrildiyi, mənasız danışdığı fikirləri yer almışdır. Bununla da şəxsiyyətin keyfiyyət əlamətlərini pisləyən, neqativ- qiymətləndirici ifadə və məlumatların iştirak etdiyi müəyyən olunmuşdur. Bu cür məlumatlar aid edildiyi şəxsin ətrafdakıların, onu tanıyanlar arasında nüfuzdan düşməsinə, alçalmasına, utanmasına səbəb ola bilər. Ümumilikdə, tədqiqat materialı leksik, sintaktik konstruksiyalar və sintaktik bütöv mərhələlərində aparıldı. İfadə olunan məlumatlarda müşahidə olunan informativlik əsasən dilin leksik və sintaktik qatlarında əks olunmuşdır. Bildirilən fikirlər hər hansı ehtimal və ya şübhə formasında deyil, bütünlüklə təsdiq və əminlik tərzində diqqətə çatdırılmışdır, istifadəçinin nitqində tərəddüd də müşahidə edilmir. Məlumatlar mətni-anlama aspektindən yanaşıldıqda qapalılıqdan uzaq, açıq və aydın ifadə tərzindədir. Cümlələrdə emosiaonallıq yaradan qiymətləndirici ekspressiyalardan, təsvirlərdən istifadə edilmişdir (“tupoy”, “bambılı”, “savadsız”), invektiv (nalayiq) leksikaya aid söz və deyimlər cümlələrin tərkibində müşahidə olunmur lakin təhdid xarakterli çox aşağılayıcı cümlənin (“başını unitazın içinə soxacam”) iştirakı müəyyən edilmişdir. Bütün dil vahidləri ədəbi dil səviyyəsində işlədilən vahidlərdir. Nitqlərdə irəli sürülən məlumatlar daha çox mübahisə məqamında etiraz və irad xarakterlidir, lakin eyni zamanda şəxsiyyətə aid mənəvi və əxlaqi keyfiyyətləri neqativ qiymətləndirən xüsusi mənalı sözlər (birbaşa təhqir xarakterli) müəyyən edilmişdir. Nitqlərin neqativ məna yükü sözlərin, cümlələrin və ümumi məzmunun üzərinə düşür. Materialın məna-məzmun təhlilindən də nitqlərin qarşı tərəfə narazılıq bildirmə və ittiham məqsədi ilə irəli sürüldüyü aydın olur. Nəticə olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 mart 2025-ci il tarixli 4/1761 nömrəli rəyi ilə qərardadda göstərilmiş suallar üzrə bildirilmişdir ki:
1. Mülki işin materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən səsləndirilmiş səsyazılarında İddiaçı şərəf və ləyaqətini alçaldan ifadələr vardır.
2. Mülki işin materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən səsləndirilmiş “...indi birinci ona cavab verim ki, əsassız danışan da sizsiniz, savadsız danışan da sizsiniz bu bir. Deyirsən ki, hamısını qoyuram bir qırağa ofisin, üzr istəyirəm ayaqyolusu su çəninə, yəni baseyna tökülür. Belə deyirsən bunu əsaslı şəkildə deyirsən özün bildiyin kimi; demirsən biz əsaslı danışırıq: indi gəl belə danışaq: usta gətirək oranı sökdürək, oranın kanalizasiyası ora axmasa neynəyək Firuz? Əgər sən deyən kimi olmasa neynəyək? Heç mən nə MTK sədri kənar şəxs kimi danışaq: elə bir vətəndaş kimi sən bir Azərbaycan oğlu, mən bir Azərbaycan qızı. Sən məni ittiham edirsən ki, camaatı. Sakinləri ittiham edirsən ki, siz əsassız danışırsız. Sözündən belə çıxır ki, sən “professorsan” sən əsaslı danışırsan. Sənin bildiyin heç nə yoxdur: gedib oranı sökürük. Sən ki, belə ittihamlarda danışırsan, sökürük oranın ayaqyolusu baseynanın içərisinə axmasa sənin başını unitazın içinə mən soxacam, yaxşı?” söz və ifadələr şəxsin şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilə bilər.
3. Mülki işin materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən səsləndirilmiş “Söz atırsan dalında dur. Gəlirsən, su idarəsindən (durursan yanında) ora qazılır, dağıdılır, fəhlə tutulur. Kor gözün görür ki, o unitaz hara axır. Görəndən sonra xərcini də ödəyirsən. O qədər xərci. Əgər kişiliyin varsa da, öz başını özün soxarsan mən dediyim yerə, yaxşımı? Əgər kişiliyin varsa, utandığından gərək başını soxasan mən dediyim yerə” söz və ifadələr şəxsin şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilə bilər.
4. Mülki işin materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən səsləndirilmiş “...Ay Firuz heç sənə müəllim də yaraşmır, Firuz deyirəm. Ay tupoy, bax indi fikirləş ki, olmayan başınla.Şər atanda danışanda heç olmasa elə danışın ki, dalında. Bax indi ofisin başında otuzdurursuz Oqtay, idarə heyətində olan Seymur, Emin. Hamısı bugün oturduğumuz MTK-nın ofisində otururdular da, o unitaza gedirdilər də. Onda nolurdu. Mənim yoldaşım rəhmətə gedəndən sonra 4 il həmin adamlar o ofisdə oturublar. Noldu bunlar ayıb olası tualetə gedəndə gül parfum buraxırlar özlərindən, indi uje mundar oldu? Nə danışırsınız, nə sayıqlıyırsınız, özün kimi xanım ordan, sən burdan. Boş-boş danışırsınız. Durammırsan sən görərsən indi” kimi söz və ifadələr şəxsin şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilə bilər.
5. Şəxsə sual verilməsi şəxsin şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Cavabdeh tərəfindən qeyd olunan ekspert rəyini təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəy mötəbər sübut kimi qəbul edilməli və həmin rəy üzrə gəlinən nəticə nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə cavabdeh tərəfindən “Whatsapp” sosial şəbəkəsində yaradılmış qrupda iddiaçının şərəf və ləyaqətini alçaldan ifadələr səsləndirilmişdir. Bu hal mübahisəsizdir. İstənilən şəxsin, o cümlədən iddiaçının barəsində şərəf və ləyaqəti alçaldan məlumatların yayılması hər bir halda həmin şəxsin mənəvi sarsıntı keçirməsinə səbəb olur. Bunun əksi mümkün deyildir. Məhz bu səbəbdəndir ki, iddiaçı başqa qaydada bu halın qarşısını ala bilmədiyinə görə məcbur qalıb məhkəmə müdafiəsi hüququndan istifadə etmiş, məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Bütün bunlar məhkəmənin mövqeyinə görə, iddiaçının cavabdehin qanunazidd əməli nəticəsində mənəvi iztirab çəkməsinin sübutudur. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şəxs şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mənəvi (qeyri-əmlak) zərər vurulduqda mənəvi zərərin kompensasiyası üsulu tətbiq edilir. Şərəf və ləyaqətə zərər vurulmasına görə, mülki qanunvericilik delikt məsuliyyətini nəzərdə tutur. Bu məsuliyyətin mahiyyəti ondan ibarətdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsiyyətə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının ünvanına işlədilmiş ifadələr sonuncunun şərəf və ləyaqətini alçaldan ifadələrdir. Belə olan halda iddiaçı mənəvi zərərə görə zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin bu məbləğ ağlabatan miqdarda olmalıdır. Mənəvi zərərin kompensasiyası dedikdə-mənəvi zərərin əvəzinin ödənilməsi başa düşülür. Mənəvi zərərin kompensiyası şərəf və ləyaqətin pozulması zamanı onların müdafiə olunması üçün istifadə olunan ümumi mülki-hüquqi sanksiyadır, yəni ümumi xarakterli mülki-hüquqi müdafiə üsuludur. Mənəvi zərərin əvəzinin ödənilməsi bir qayda olaraq pul kompensasiyası şəklində müəyyən edilir. Pul kompensasiyasının məbləğini isə məhkəmə müəyyən edir və məhkəmə, bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirabı, sarsıntıların xarakterini və ağırlığını, zərərvuran şəxsin təqsirini (qəsdini və yaxud ehtiyatsızlığını) və əmlak vəziyyətini, zərərçəkənin fərdi xüsusiyyətlərini (azyaşlı və yaxud qadın olmasını, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümünü, peşə və sənətini, cəmiyyətdə nüfuzunu və sair), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almalıdır Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının Avropa Məhkəməsinin təcrübəsinə əsasən formalaşdırdığı hüquqi mövqelərə əsasən, belə kateqoriya işlərə baxılması zamanı mütləq şəkildə nəzərə alınmalı olan vacib hallara (iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, mənəvi iztirabların xarakteri və dərəcəsi (nədə ifadə olunması); bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi (hansı şəraitdə baş verməsi); qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması; hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi; zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq); hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət; zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.); zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi; cavabdehin əmlak vəziyyəti; adətlər və əxlaq normaları və s.) qiymət verilməli, hər bir konkret halda isə belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin məbləği ağlabatan və ədalətli olmaqla, şəxsin məruz qaldığı sarsıntı və iztirablara mütənasib olmalıdır. Hazırkı işdə İddiaçı, cavabdehdən ona dəymiş mənəvi zərərə görə 8.000 manat pul tələb etsə də, həmin məbləğ tənasübsüz qaydada yüksək olmaqla açıq-aşkar iddiaçının məruz qaldığı sarsıntıya və iztirablara mütənasib deyildir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.1967-ci il təvəllüdlüdür, ailə vəziyyəti subaydır, qüvvədə olan əmək müqaviləsi yoxdur, xx.xx.1997-ci il və xx.xx.2003-cü il təvəllüdlü iki övladı var. xx.xx.2003-cü il təvəllüdlü övladı – X1 orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, anamnezinndə qıcolma tutmaları ilə Daun sindromu diaqnozu qoyulmuşdur. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi pul kompensasiyasının məbləğini müəyyən edərkən, yayılmış məlumatların xarakterini, yayılma dairəsini, bu məsələdə cavabdehin təqsirini, digər tərəfdən onun qadın olmasını, işləməməsini, himayəsində “Daun” sindromu diaqnozu qoyulmuş övladının olmasını nəzərə alaraq, iddianın həmin hissədə qismən təmin edilməsini, Cavabdeh İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində kompensasiya tutulmasını ağlabatan və ədalətli hesab edir. İddia tələbinin “"X8" adlı "whatsapp" qrupunda Cavabdeh tərəfindən səsli mesaj göndərməklə ondan şəxsən üzr istəməsi” hissəsini isə məhkəmə aşağıdakılara əsasən əsassız hesab edir. İnsan Hüquqlarının və X5 X2 10-cu maddəsində qeyd olunmuşdur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Konvensiyanın 17-ci maddəsində həmçinin hər hansı bir dövlətin, qurumun və ya şəxsin burada təsbit olunmuş hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları Konvensiyada nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırmaq hüquqlardan sui-istifadənin qadağan olunması kimi qiymətləndirilir. Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Konvensiyasının 10-cu maddəsi (ifadə azadlığı) ilə bağlı bir çox qərarlarında vurğulamışdır ki, “...məlumatlarla (faktlar) rəylər (qiymətləndirici mülahizələr) arasında dəqiq fərq qoyulmalıdır, belə ki, faktların mövcudluğunu sübut etmək mümkün olsa da, qiymətləndirici mülahizələri sübutlarla təsdiq etmək mümkün deyil....Qiymətləndirici mülahizələrə gəldikdə, bu tələbi təmin etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsinin təmin etdiyi hüququn mühüm tərkib hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur” (Lingens Avstriyaya qarşı iş). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, üzrxahlıq təklif etmək öhdəliyi öz fikrinə malik olmaq hüququnu poza bilər, çünki kimsə inanmadığı bir şeyi söyləməyə məcbur edilir. Hər hansı bir kəsi öz haqsızlığını təsdiqləməklə öz fikrindən dönməyə məcbur edilməsi zərərin əvəzinin ödənilməsinin şübhəli formasıdır və “zəruri” deyil. (Kazakovun Rusiyaya qarşı 2008-ci il məhkəmə işi). Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X3rşı (1976, § 49.) qərarında da qeyd olunmuşdur ki, plüralizm, tolerantlıq və liberallığın tələbləri belədir və bunlarsız “demokratik cəmiyyət” mövcud ola bilməz. Şərəf və ləyaqət əslində insanın bütün digər hüquqlarının əsas məqsədidir. Bu mənada insan ləyaqəti onun hüquq və azadlıqlarının mənbəyidir. Ləyaqət cəmiyyət tərəfdən sosial dəyərlərin tanınması, konkret insanın unikallığı, insan cəmiyyətinin üzvi kimi hər bir şəxsiyyətin mühüm dəyəridir. Deməli bu halda, “rəyində qalmaq imkanı”-nı məhdudlaşdırmaqla digər şəxsin ləyaqətinin qorunması, birincinin ləyaqətinə təcavüzə çevrilmiş olur, baxmayaraq ki, bu “imkan” demokratik cəmiyyətin mövcudolma tələbidir. Odur ki, “üzr istənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ölkə qanunvericiliyinin tərkib hissəsi olan Avropa Konvensiyasının 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüququ üzrə Avropa Məhkəməsinin müəyyənləşdirdiyi prinsiplərə uyğun deyildir. Hər hansı məlumatın yayılması ilə ləkələnən şərəf və ləyaqət həmin məlumatın yalan olması barədə təkzib verilməsi, məlumat nəticəsində dəymiş zərərin pulla əvəzləşdirilməsi, hətta inzibati və cinayət xarakterli cəzalarla aradan qaldırıla bilər. Lakin belə məlumatların yayılmasına görə şəxsin üzərinə üzr istənilməsi vəzifəsinin qoyulması həmin şəxsin özünün ləyaqətinin alçalmasına gətirib çıxara bilər. Göstərilənlərə əsasən məhkəmə iddiaçının şərəf və ləyaqətini ləkələyən sözlərin işlədilməsinə görə cavabdeh "X8" adlı "whatsapp" qrupunda Cavabdeh tərəfindən qrupa səsli mesaj göndərməklə ondan şəxsən üzr istəməsi öhdəliyinin qoyulmasını məqsədəuyğun hesab etmir. Məhkəmə iddiaçının “hüquqi xidmətə görə 500 manat məbləğində pulun cavabdehdən tutulması” tələbinə münasibətdə qeyd edir ki, iddiaçı həmin məbləğdə xərci təsdiq edən hər hansı bir sübutu (qəbz və s.) məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia qismən təmin edildiyindən və tərəflərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyə əlavə edilmiş bildirişlə müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəf olaraq Cavabdeh 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh şərəf və ləyaqətə vurulmuş zərərin əvəzi kimi 500 (beş yüz) manat kompensasiya, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, Cavabdeh ekspertiza xərci kimi 200 (iki yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməli, ərizə qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir.
IV. Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh şərəf və ləyaqətə vurulmuş zərərin əvəzi kimi 500 (beş yüz) manat kompensasiya, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ekspertiza xərci kimi 200 (iki yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Səbinə Nuriyeva