Məhkəmə qərarları › İş №2(005)-2654/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2654/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2654/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “İddiaçı ” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı ” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 5 Avqust 2020-cu il tarixli, SHNPU-6979 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1076,75 (bir min yetmiş altı manat 75 qəpik) manat, faiz borcuna görə 57,24 (əlli yeddi manat 24 qəpik) manat, dəbbə borcuna görə 110,88 (bir yüz on manat 88 qəpik) manat, cəmi 1244,87 (bir min iki yüz qırx dörd manat 87 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASCnin Sahil filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 5 Avqust 2020-cu il tarixli, SHNPU- 6979 saylı kredit müqaviləsinə əsasən illik 20 % (iyirmi) faiz dərəcəsi olmaqla 18 (on sekkiz) ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 5 Avqust 2020-cu il tarixli, SHNPU-6979 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 5 Avqust 2020-cu il tarixli, SHNPU-6979 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 5-dan gec olmayaraq hər ay 97,15 (doxsan yeddi manat 15 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 5 Avqust 2020-cu il tarixli, SHNPU-6979 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1076,75 (bir min yetmiş altı manat 75 qəpik) manat, faiz borcuna görə 57,24 (əlli yeddi manat 24 qəpik) manat, dəbbə borcuna görə 110,88 (bir yüz on manat 88 qəpik) manat, borcun cəmi məbləği 1244,87 (bir min iki yilz qırx dörd manat 87 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdehdan 5 Avqust 2020-cu il tarixli, SHNPU-6979 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1076,75 (bir min yetmiş altı manat 75 qəpik) manat, faiz borcuna görə 57,24 (əlli yeddi manat 24 qəpik) manat, dəbbə borcuna görə 110,88 (bir yüz on manat 88 qəpik) manat, cəmi 1244,87 (bir min iki yüz qırx dörd manat 87 qəpik) manat, cəmi 1244,87 (bir min iki yüz qırx dörd manat 87 qəpik) manat pul tutulmalıdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin Yasamal filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 05 avqust 2020-ci il tarixli, 6979 saylı kredit müqaviləsinə əsasən illik 20 % (iyirmi) faiz dərəcəsi olmaqla 18 (on səkkiz) ay müddətinə 1500 (bir in beş yüz ) manat məbləğində cavabdehə kredit verilmişdir. İş materillarına əlavə olunmuş 19 aprel 2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh iddiaçı “İddiaçı ” Açıq Səhmdar Cəmiyyətinə 05 avqust 2020-ci il tarixli, 6979 saylı kredit müqaviləsi üzrə 16 aprel 2021-ci il tarixə 1076,75 manat, faiz borcuna görə 57,24 manat, dəbbə borcuna görə 110,88 manat, cəmi 1244,87 (bir min iki yüz qırx dörd manat 87 qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş pretenziya məktublarının surətindən və məzmunundan görünür ki, müvafiq borc məbləğinin ödənilməsi barədə cavabdeh şəxsə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş 21 aprel 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı ASC-nin Sahil filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 5 Avqust 2020-cu il tarixli, SHNPU-6979 saylı kredit müqaviləsinə əsasən illik 20 % (iyirmi) faiz dərəcəsi olmaqla 18 (on sekkiz) ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. Tərəflər arasında bağlanmış 5 Avqust 2020-cu il tarixli, SHNPU-6979 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 5-dan gec olmayaraq hər ay 97,15 (doxsan yeddi manat 15 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 5 Avqust 2020-cu il tarixli, SHNPU-6979 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1076,75 (bir min yetmiş altı manat 75 qəpik) manat, faiz borcuna görə 57,24 (əlli yeddi manat 24 qəpik) manat, dəbbə borcuna görə 110,88 (bir yüz on manat 88 qəpik) manat, borcun cəmi məbləği 1244,87 (bir min iki yilz qırx dörd manat 87 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 05 avqust 2020-ci il tarixli, SHNPU-6979 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1076,75 (bir min yetmiş altı manat 75 qəpik) manat, faiz borcuna görə 57,24 (əlli yeddi manat 24 qəpik) manat, dəbbə borcuna görə 110,88 (bir yüz on manat 88 qəpik) manat, cəmi 1244,87 (bir min iki yüz qırx dörd manat 87 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “İddiaçı ” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar