Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2663/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə maddi yardım tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə maddi yardım tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş 30 iyun 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsi. 12 03.2020-ci il tarixindən bir uşağın real xərclərinin yarısını nəzərə aldıqda hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin, bundan edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 2(008)-2940/2020 saylı, 07.12.2020-ci il tarixli qətnaməsinə əsasən 30 iyun 2017-ci ıl təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 12 mart 2020-ci il tarixindən başlayaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qərar alınmışdır. Cavabdehlə birgə yaşayış dövründə o. 1200 manat civarında əmək haqqı almasına baxmayaraq, hal-hazırda İcra orqanına guya 250 manat əmək haqqı alması barədə sənəd təqdim etmişdir. Bu səbəbdən 30 iyun 2017-ci il təvəllüdlü X1 uçün cavabdeh tərəfindən sadəcə 62 50 manat məbləğində aliment ödənir. Qeyd edilən məbləğ isə övladının məsrəflərinə ümumiyyətlə kifayət etmir. Bildirir ki, uşağın qayğı və ehtiyaclarının böyük əksəriyyətini o çəkir. Buna görə də hesab edir ki, təyin edilmiş aliment məbləği artırılmalı və ən azından bir uşağın real xərclərinin yarısını nəzərə aldıqda 300 manat müəyyən edillməlidir. Bundan əlavə, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehlə birgə nikah dövründə uşağa baxması üçün dayə xidmətindən istifadə edirdi. Belə ki, X3 2018-ci il tarixdən hal-hazıra qədər övladım Fərəh Məmmədovanın dayəsidir və onun aylıq xidmət haqqı 500 manatdır. Bu səbəbdən boşandıqdan sonra da övladının birgə nikah dövründə olan təminatının səviyyəsinin saxlana bilməsi üçün həmin dayənin aylıq xidmət haqqının ən az yarısı, yəni ən az 250 manat hissəsi cavabdehdən alınaraq mənə ödənilməlidir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmir. Eyni zamanda məhkəməyə iddiaya etiraz ərizəsi göndərərək, İddiaçıının ona qarşı “alimentin həcminin artırılmasına dair” iddia ərizəsini qəbul etmir. İddia tələbi qanunsuz və əsassızdır.Belə ki, 18 iyun 2013-cü il tarixdə cavabdeh İddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikah Nizami rayon Qeydiyyat Şöbəsində 18.06.2013-cü il tarixdə 1145 sayla qeyd edilmişdir. Birgə nikahlarından 30 iyun 2017-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur.Sabunçu rayon Məhkəməsinin 07.12.2020-ci il tarixli, 2(008)- 2940 saylı qətnaməsi ilə 30 iyun 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 mart 2020-ci il tarixdən başlayaraq ondan hər ay qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir.Həmin iddia tələbi üzrə cavabdeh İddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, sonradan işin məhkəmə baxışı zamanı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək nikahın pozulması barədə ərizəni geri götürmüşdür.Hazırda nikahın poulması tələbi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş 90 günlük barışıq müddəti üçün təxirə salınmışdır.Alimentin həcminin artırılması tələbinə dair qeyd edir ki, onun hazırki vəziyyətdə 250 manatdan artıq gəliri mövcud deyildir.Bakı şəhərində yerləşən “Kerba” avtomobil ehtiyat hissələri mağazasında anbardar işləyir aylıq qazancı 250 manat məbləği təşkil edir.Alimentin ödənilməsi əmək haqqımdan həyata keçirilir.Amma buna baxmayaraq azyaşlı övladı ilə tez-tez təmasda olur, onun müəyyən qədər xərclərində əlavə iştirakları olur. Baxmayaraq ki, iddiaçı uşağın onunla təmasda olmasına ciddi şəkildə mane olur. Ona görə də Nərimanov rayon Məhkəməsinə ünsiyyət hüququ ilə bağlı iddia ərizəsi ilə müraicət elmiş və iddia tələbim qismən təmin olunmuşdur. İddiaçı azyaşlı övladım ilə birlikdə onun mülkiyyətində olan evimdə yaşamaqdadır, iddiaçı onun evinə gəlməyinə ə mane olmuş, övladımın hər hansı bir qaydada zərər görməməsi üçün o iddiaçı ilə maksimum münaqəşələrdən qaçır və mənzilə köçürülmə ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət etmişdir.Qeyd edir ki, məhkəmə hazırki iddia ilə bağlı alimentin həcminin artırsa qətnamənin icrası mümkünsüz olmaqla yanaşı onun minimum yaşayış hüququ pozulacaqdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə qismən əsaslıdır və qismən təmin olunmalıdır. Məhkəmə iclasında şahid X4 ifadəsində İddiaçı uşağı Məmmədova Fərəhə 3 ildir dayəlik etdiyini və bu iş üçün 500 manat əmək haqqı aldığını, əmək haqqısının İddiaçı tərəfindən ödənildiyini təsdiq etdi. İş materiallarında olan AZ-İV №036316 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30.06.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh cari iş yeri üzrə aylıq əmək haqqı 250 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Mediclub klinikasının arayışından görünür ki, X2 bronxit, T C 2 dərəcə, hipertermik sindrom diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 04.06.2021-ci il tarixdən başlayaraq, Cavabdeh 30.06.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 175 (yüz yetmiş) manat müəyyən edilməlidir. İddiaçının digər tələbi X5 dayəsinin xidmət haqqının ən az yarısı, yəni ən az 250 manat məbləğində pulun hər ay Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsidir. Məhkəmə cavabdehin əmək haqqı məlumatlarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh dayə haqqını ödəməsi üçün kifayət qədər yüksək gəlirləri yoxdur. Bu səbəbdən də iddia tələbi bu hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 04.06.2021-ci il tarixdən başlayaraq,Cavabdeh 30.06.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 175 (yüz yetmiş beş) manat müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(005)-2663/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2663/2021
04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver