Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2663/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən iddiaçının dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaitini ödədiyi məlum olur. Halbuki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, iddia ərizəsinin verilməsinə görə rüsumların məbləğinin müəyyənləşdirilməsinin meyarı qismində iddia qiymətinin məbləği əsas götürülmüşdür: 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Hazırki mülki iş üzrə iddiaçı qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş 100 manat məbləğində rüsum ödəmişdir. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı cavadehdən 26482.51 manat məbləğində pulun tutulmasını xahiş edir. Göründüyü kimi, iddia tələbi konkret pul məbləği ilə bağlıdır və qiymətləndirilməyən iddia hesab edilə bilməz. Dövlət rüsumunun hesablanması üçün yaradılmış https://emehkeme.gov.az/Calculator internet səhifəsindən alınmış məlumata əsasən, iddiaçı hazırki iddia ərizəsinin verilməsi üçün məhkəməyə 169,45 manat rüsum ödəməlidir. Məhkəmə həmçinin iddiaçının nəzərinə çatdırır ki, iddia ərizəsində tələbin "xxxx" MTK-ya, bu mümkün olmadıqda isə MTK-nın təsisçilərinə yönəldilməsi xahiş edilmiş, lakin cavabdeh qismində yalnız Cavabdeh MTK göstərilmiş, digər cavabdehlər barədə məlumatlar əks etdirilməmişdir. Halbuki AR MPM-nin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Məhkəmə hesab edir ki, iddia ərizəsində yol verilmiş bu nöqsan da aradan qaldırılmalı, iddia tələbinin yönəldiyi bütün cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar iddia ərizəsində öz əksini apmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5-ci maddələrinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə geri qaytarmalıdır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 266-269-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2663/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2663/2023
13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver